13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

NARDARANDA ARAZ AĞALAROVUN ŞİRKƏTİNDƏN NARAZILIQ VAR

2010-03-15

Kənd sakinlərinin mülkiyyəti “Crocus” şirkətinə qanunsuz olaraq icarəyə verilib

Sabunçu rayonu, Nardaran qəsəbəsindəki bağ sahələrinin zəbt olunması ilə əlaqədar bir qrup şikayətçi redaksiyamıza müraciət edib. Mehdi İsmayılov, Elmira Bəhramova, Rafiq Quliyev, Şakir Qurbanov, Daşdəmir Cahangirov, Abbasağa Quliyev və digərlərinin imzası ilə (cəmi 11 imza) yazılan məktubda bildirilir ki, 1989-cu ildən “Azərneftyağ” zavodunun (indiki Dövlət Neft Şirkətinin) işçilərinə verilmiş bağ sahələri zəbt olunub.

Mülkiyyət hüquqlarının pozulduğunu yazan şikayətçilərin bildirdiyinə görə, onların mülkiyyətində olan 18 bağ sahəsi və 4 ev heç bir xəbərdarlıq edilmədən sökülüb və “Crocus” MMC tərəfindən hasarlanıb: “21 iyul 2007-ci ildə 18 bağ sahəsi və 4 ev bizə heç bir xəbərdarlıq edilmədən ağır texnika ilə sökülüb, orada olan tikinti materiallarımız dağıdılıb. Uzun araşdırmalarımızdan sonra məlum oldu ki, tam mülkiyyətimizdə olan bağ sahələri ”Crocus" MMC-yə icarəyə verilib. Bundan sonra şirkətin Azərbaycandakı nümayəndələri G.Kərimov və İ.Ocaqverdiyevlə danışıqlarımız oldu, onlar anlaşılmazlıq baş verdiyini etiraf edərək sökülmüş sahələrdən 8-nin yalnız hasarını bərpa etdilər, lakin 6 ay sonra bərpa edilmiş hasarlar yenidən söküldü. Hətta 1989-cu ildən əkilmiş ağaclar da kökündən çıxarılaraq ərazi viran edildi. Bizə heç bir sənəd və ya layihə göstərilmədən sökülməyən bağ sahələri də hasara alınmaqdadır. Zərərçəkənlərin sayı isə get-gedə artır, 60-dan çox bağ sahəsi bazar qiymətlərindən ucuz qiymətə “Crocus”a satılmağa məcbur edilib.
Prezident İlham Əliyevin bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə 22 may 2007-ci il tarixli sərəncamında qeyd edilib ki, vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələri “Torpaq islahatı haqqında” qanunun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilir və aidiyyəti dövlət orqanları rəsmiləşdirməni təmin etməlidir. Təəssüf ki, müvafiq icra orqanları prezidentin bu sərəncamına məhəl qoymadan özbaşınalığı davam etdirirlər".
Şikayətçilər problemləri üzrə aidiyyəti dairələrə ünvanladıqları 71 məktuba ya cavab almadıqlarını, ya da başdansovdu cavab verildiyini bildirir: “Prezidentə ünvanladığımız məktublar Prezident Administrasiyası regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsindən Sabunçu Rayon İcra Hakimiyyətinə ötürülür. Onlar isə Bakı merinin naməlum, nömrəsiz və tarixsiz bir sərəncamına istinad edərək bizə başdansovdu cavab verirlər”.
Sabunçu RİH-in sakinlərə göndərdiyi 12.09.2008-5/48 saylı cavab məktubunda yazılır: “Nardaran və Kürdəxanı qəsəbələri ərazisində yerləşən bağ sahələriniz Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə (?!-red.) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ”Crocus" MMC-yə icarəyə verilib. Həmin torpaq sahələrindən faktiki olaraq uzun müddət istifadə etmədiyinizdən həmin ərazilər BŞİH-in sərəncamı ilə qeyd olunan cəmiyyətə ayrıldığından iddianız əsassızdır".
Sabunçu Rayon Polis İdarəsi 15-ci polis bölməsinin 9/15-152 saylı cavab məktubunda isə yazılıb: “Ləhiş bağları ərazisində ”Crocus" şirkəti tərəfindən tikinti işlərinin aparılması zamanı həmin sahədə yerləşən bağlara gedən yollara hasar çəkilməsi, xəndək qazılması ilə əlaqədar olaraq aidiyyəti üzrə müvafiq icra hakimiyyəti, məhkəmə və bələdiyyə orqanlarına müraciət etməyiniz məqsədə müvafiqdir".
“Torpaq məcəlləsi haqqında” qanunun 70.2-ci maddəsində isə yazılıb ki, mülkiyyətdə, istifadədə və icarədə olan torpaqların geri alınması müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti əsasında məhkəmənin qərarı ilə həyata keçirilir. Şikayətçilər isə ortada heç bir məhkəmə qərarının olmadığını bildirir və problemlə əlaqədar məhkəməyə müraciət etmək qərarında olduqlarını yazırlar.
Xatırladaq ki, “Crocus” şirkətinin sahibi Moskvada yaşayan azərbaycanlı milyonçu, iş adamı Araz Ağalarovdur. O həm də dövlət başçısı İlham Əliyevin qudasıdır.
P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

S.HİLALQIZI

2756 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

ARXIV

Yeni MÜSAVAT © 2008