13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

OĞUZDA DİNİ ZƏMİNDƏ HƏR AN QAN TÖKÜLƏ BİLƏR

2010-03-15

İcra başçısının bitib-tükənməyən fitnələri aranı qarışdırıb

Oğuzun icra başçısı Aydın Əlihüseynov “Oğuz-9" ASC-nin rəhbərliyi ilə mübahisəsinə əhalini də qoşmaq üçün əlindən gələni edir. Bir neçə gün əvvəl rayonun Qarabaldır kənd sakinləri ilə görüşən başçı ASC-nin ərazisində yerləşən ”Şıxməzar baba" ziyarətgahının dağıdıldığını, buna görə də sakinlərin köməyi ilə ərazinin zəbt edilməsini planlaşdırdığını deyib.

ASC rəhbərliyində yəhudi əsilli şəxslərin təmsil olunmasına işarə edən icra başçısı sakinləri ziyarətgaha sahib çıxmağa səsləyib. Bundan sonra “Oğuz-9"un Direktorlar Şurasının sədri Şirin Şuminovun ünvanına kəskin ifadələr işlədilib. Sakinləri qızışdıran başçı yaxın günlərdə əraziyə gedərək orada təmizlik işləri aparılacağını da dilə gətirib.
Şirin Şuminov “Bizim Yol”a açıqlamasında deyib ki, ziyarətgahın dağıdılması ilə bağlı yayılan məlumatlar rayonun bəzi vəzifəli şəxsləri tərəfindən yerli sahibkarlara qarşı aparılan kampaniyanın tərkib hissəsidir: “Bildirirəm ki, Dövlət Əmlak Komitəsinin ”Oğuz-9 “ ASC-yə verdiyi özəlləşmə planında 125 hektarlıq ərazimizdə, o cümlədən bu ərazidəki 9 hektar meşə sahəsində hər hansı ziyarətgahın, qəbiristanlığın olmadığı göstərilib. Buna baxmayaraq, ASC-yə məxsus meşə sahəsində yerləşən ”Şıxməzar baba" adlı ziyarətgahın olduğunu biz də qəbul etmişik. Orada Kərimli kənd axundunun, özümüzün və digər insanların iştirakı ilə qurbanlar kəsdirmişik. Dəfələrlə sakinlərə ərazinin təmizlənib onların istifadəsinə veriləcəyini bəyan etmişik. Bundan başqa, insanların ziyarətgaha normal gəlib-getmələri üçün kanalın üzərindən iki körpü də saldırmışdıq. Buna baxmayaraq başçı tərəfindən dövlət orqanlarına şər və böhtan dolu yalan məlumatlar ötürülürdü. Amma aparılan araşdırmalar bunun əksini göstərdi. Hazırda həmin kampaniyanı aparan şəxslərlə bağlı müvafiq məhkəmə instansiyalarına da müraciətlər olunub".
Direktorlar Şurasının sədri açıqlamasında həmçinin məsələnin araşdırılması üçün Qafqaz Müsəlmanları İdarəsinə, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə özü və Dağ və Avropa Yəhudi İcmaları tərəfindən müraciətlər ünvanladığını da bildirib.
Araşdırmaların nə ilə nəticələnməsini öyrənmək üçün Dini İşlər Üzrə Dövlət Komitənin şöbə müdiri Gündüz İsmayılova müraciət etdik. G.İsmayılov komitəyə belə bir məlumatın daxil olduğunu və araşdırıldığını təsdiqlədi: “Həqiqətən Oğuz rayonu, Qarabaldır kəndi ərazisində ziyarətgahın dağıdılması ilə bağlı məlumatın öyrənilməsi üçün bizə ”Oğuz-9" ASC-nin Direktorlar Şurasının sədri Şirin Şuminov tərəfindən müraciət olunub. Bizdən xahiş edirlər ki, “Şıxbaba məzar” ziyarətgahının dağıdılıb-dağıdılmamasını öyrənib, bunun doğru olub-olmaması barədə mövqe bildirək. Araşdırmaların ilkin nəticəsinə əsasən həmin ziyarətgahın dağıdılması faktı öz təsdiqini tapmayıb".
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova da məsələni araşdırdıqları deyib: “Şirin Şuminovun müraciətini almışıq. İdarəmizin səlahiyyətli nümayəndəsinə də məsələnin araşdırılması üçün tapşırıq verilib. Hazırda araşdırma gedir. Onu da qeyd edim ki, ”Şıxməzar baba"nın təkrar qeydiyyatı yoxdur. Bizə bu barədə hesabat da daxil olmayıb. Ümumi qayda üzrə şikayətə baxılır. Bu həftə nəticə barədə əlavə məlumat veriləcək".
Məsələyə Oğuzun icra başçısı Aydın Əlihüseynovun da münasibətini öyrənmək istədik. Lakin onun mobil telefonuna etdiyimiz davamlı zənglər cavabsız qaldı. Buna baxmayaraq A.Əlihüseynovu da dinləməyə hazırıq.

E.QƏDİMOV

655 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ

[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ

[13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

[13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ SAYILMIR

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB

[13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB

[13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

ARXIV

Yeni MÜSAVAT © 2008