 |
Ölkə
BİNƏQƏDİ BƏLƏDİYYƏSİNDƏ GİZLİ OYUNLAR 2010-03-15 Deputat Hacı Madərin komandası icra başçısı Alı Qocayevin adamını sıxışdırır
|
“Hazırda Binəqədi bələdiyyəsində maraqlı proseslər gedir. Bunun ağrı-acısını isə sıravi vətəndaşlar çəkir. İntriqalar bələdiyyə səviyyəsini də aşıb. Bələdiyyə seçkilərindən sonra məsələsi gündəmə gələn Binəqədi qəsəbəsi, 182 saylı orta məktəbin direktoru Zinyət Tağıyevanı artıq deputat Hacı Madər deyil, rayonun icra başçısı Alı Qocayev və YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Muxtarov himayə edir”. Bu məlumatı redaksiyamıza verən mənbənin sözlərinə görə, Zinyət Tağıyevanın bələdiyyə seçkilərində çox yüksək səs toplamasının sirri bundadır: “Seçkilər Zinyət Tağıyevanın direktor olduğu məktəbdə təşkil olunmuş 3 məntəqədə keçirildiyi üçün o, böyük səs çoxluğu qazanmağa nail oldu. Hər üç məntəqənin sədri də elə bu məktəbin müəllimləri idi. Belə olan təqdirdə direktor niyə də ən yüksək səs toplamasın?!” Xəbərlərə görə, bələdiyyə seçkiləri ərəfəsində Hacı Madəri proseslərdən və bir rayonun idarəetməsindən kənarlaşdırmaq üçün öncə onun adamı olan Z.Tağıyeva ələ alınıb. Əks halda sonuncu nəinki bələdiyyə üzvlüyündən, hətta məktəb direktorluğundan da kənarlaşdırılacaq, həbs təhdidləri ilə üz-üzə qalacaqdı: “Belə olan təqdirdə Zinyət Tağıyeva Hacı Madərlə münasibətlərində məsafə yaratmalı oldu. Qohumluqdan və kəndçilikdən daha çox vəzifəni üstün tutan Zinyət Tağıyeva icra başçısı Alı Qocayevin müvəqqəti himayəsinə sığındı. İndi Alı Qocayevin vəziyyətinin gərgin olması Zinyət Tağıyevanın da vəziyyətini gərginləşdirib. Bu məqamdan yararlanan Hacı Madərin komandası onu sıxışdırmağa başlayıb”. Qeyd edək ki, Z.Tağıyeva bu günlərdə məktəb direktoru kimi də gündəmdən düşməyib. Təhsil naziri Misir Mərdanovun rüşvətxor direktorların cəzalandırılacağı ilə bağlı məlum xəbərdarlığına əhəmiyyət verməyən xanım direktor 8 mart ərəfəsində valideynlərdən pul yığmağa bilavasitə göstəriş verib. Bu məsələyə “Yeni Müsavat” qəzetinin 7 mart tarixli sayında da münasibət bildirilib və bir neçə valideyninin müraciəti araşdırılıb. Nəticədə aydın olub ki, nəinki adı qəzetdə çəkilən ibtidai sinif müəlliməsi, hətta məktəbin qadın müəllimələrinin demək olar ki, əksəriyyəti, həmçinin Z.Tağıyevanın məktəbdə işləyən iki bacısı və bir neçə qohumu müxtəlif formalı hədiyyələr qəbul ediblər. Bu informasiya qəzetdə işıq üzü görəndən sonra isə məktəbdə heç nə dəyişməyib, yəni alan alıb, verən verib. Redaksiyamıza müraciət edən valideynlər isə sual edirlər: “Direktoru olduğu məktəbin bir neçə metrliyində elə bu məktəbin binası boyda ev tikdirən Zinyət Tağıyeva bu qədər sərvəti necə toplaya bilər? Oğlu işləmir, həyat yoldaşı dünyasını dəyişib. Bəs haradandır onda bu qədər sərvət?” Əlavə edək ki, narazı valideynlərin Z.Tağıyevaya qarşı üsyana qaldırılmasında deputat Hacı Madərin və qəsəbə bələdiyyəsinin sabiq sədri Elman Salmanovun mühüm rolunun olduğu iddia edilir. Bununla da onlar Zinyət xanımın sıxışdırılması prosesini sürətləndirirlər. E.HÜSEYNOV 898 dəfə baxılıb
|
[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ [13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ SAYILMIR [13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ [13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ” [13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ? [13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ? [13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI [13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU [12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR [12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI [12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB [12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ? [12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR [12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU [12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR [12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA [12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI ARXIV
|