 |
Ölkə
ƏLİ HƏSƏNOVUN MÜJDƏSİ REALLAŞDI 2010-03-15 “Qış bulvarı” savaşı iki nəfərin ölümünə səbəb olsa da, sakinlər axır ki, 3 min manatdan kompensasiya aldılar
|
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun qəzetimizə müsahibəsində evi yıxılan sakinlərlə bağlı müjdəsi özünü doğrultdu. Belə ki, Şəmsi Bədəlbəyli küçəsinin narazı sakinlərinə artıq kvadratmetri 3 min manatdan kompensasiya ödənməyə başlanıb. Bu barədə dünən redaksiyamıza evi sökülən sakinlərdən biri deyib. Onun sözlərinə görə, sakinlərin son bir həftədə susması da bununla bağlıdır. Məlumata görə, Ş.Bədəlbəyli küçəsinin bütün sakinləri ilə əvvəlki qiymətdə razılıq əldə olunub. Hətta onların arasında kompensasiyanı çoxdan alanlar da var. Mənbə onu da bildirdi ki, bəzi sakinlərin etirazı, sadəcə, panika yaratmaq məqsədi güdüb. Çünki onlar pullarını alıblar. Lakin kompensasiya məsələsində müəyyən natarazlıq hələ də qalır. Ona görə ki, kompensasiya verilməsi işində peyda olan maklerlərin vasitəçiliyi ilə bəzi sakinlər kvadratmetri 2500, bəziləri isə 2800 manatdan kompensasiya alırlar. Həmin maklerlər kompensasiya verən şəxslə 3000 min manatdan razılığa gəlir, ardınca evi sökülən sakindən 200 manat “haqq” istəyir. Eyni zamanda sözügedən ərazidə yerləşən obyekt sahiblərinə də 2500-3000 manatdan kompensasiya veriləcəyi söylənilir. Odur ki, sakinlərin etiraz aksiyaları səngiyib.
Azad adlı sakin isə iddia edir ki, vətəndaşlara 1500 manat təklif olunması xəbəri yalandır: “Sakinlər qəsdən hay-küy saldılar. Onlar istəyirdilər ki, 5 min manatdan kompensasiya alsınlar. Çünki Heydər Əliyev Sarayı arxasında yaşayan sakinlərə ötən il 5 min manatdan vermişdilər. Ancaq sakinlər razılaşmamış, kvadratı 7 min manat tələb etmişdilər. Ancaq indi 3 min manat aldıqlarından sevincək olublar”. Qeyd edək ki, Ş.Bədəlbəyli küçəsinin yəhudi sakinləri kompensasiyanı daha erkəndən almağa başlayıblar. Onlara yəhudi icmasının rəhbəri S.İixilovun dövlət rəhbərliyi ilə görüşdən sonra kvadratı 4 min manatdan kompensasiya veriləcəyi vəd olunub. Faciəlisi odur ki, məhəllənin narazı azərbaycanlı sakinləri arasında H.Abutalıbovun qəbulunda olandan sonra iki nəfər ürək tutmasından dünyasını dəyişib. Beləliklə, Azərbaycan vətəndaşının sivil qaydada kompensasiya uğrunda mücadiləsi iki nəfərin ölümünə səbəb olub. Bir daha yada salaq ki, Ə.Həsənov qəzetimizə açıqlamasında sakinlərin narazı qalmayacaqları şəkildə kompensasiya ilə təmin olunacaqlarını demişdi: “ Evindən köçürülənlər ondan da yaxşı ev, obyektini itirənlər ondan da yaxşı obyekt alacaqlar. Kompensasiya almalı olan insan lazım olduğundan da artıq kompensasiya alacaq”. Emil SALAMOĞLU 1375 dəfə baxılıb
|
[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR [12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI [12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB [12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ? [12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR [12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU [12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR [12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA [12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI [11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT [11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB” [11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR [11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN” [11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ [11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR [11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK [11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ ARXIV
|