13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

ƏLİMƏMMƏD NURİYEV OMBUDSMANI İTTİHAM ETDİ

2010-03-15

“Elmira Süleymanovanın rəhbəri olduğu qurum informasiya məsələləri üzrə müvəkkil təsisatının yaradılmasına mane olur”

Azərbaycanda 2005-ci ildə qəbul edilən “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə görə, İnformasiya məsələləri üzrə ombudsman təsisatı yaradılmalıdır. İnformasiya məsələləri üzrə ombudsman qanunun qəbulundan sonra 6 ay ərzində yaradılmalı idi. Qanunda media ombudsmanının yaradılması proseduru da nəzərdə tutulub. Prezident Milli Məclisə nümayəndələr verməli və deputatlar onların arasından birini seçməli idi.

Elmira SüleymanovaBeynəlxalq təşkilatlar da dəfələrlə informasiya məsələləri üzrə ombudsman təsisatının bu günədək yaradılmamasını Azərbaycanla bağlı öz hesabatlarında ciddi irad kimi göstəriblər.
Qeyd edək ki, informasiya məsələləri üzrə müvəkkil “İnformasiya əldə etmək haqqında” Qanunun icrasına nəzarət etməli şəxsdir. İnformasiya sorğusunun icrasından imtina edildikdə vətəndaşlar, eləcə də KİV nümayəndələri qanunla İnformasiya məsələləri üzrə müvəkkilə şikayət etməlidirlər.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Azərbaycanda indiyədək informasiya məsələləri üzrə ombudsman təsisatının yaradılmamasını İnsan hüquqları üzrə müvəkkil aparatının fəaliyyəti ilə əlaqələndirir. O hesab edir, ombudsman Elmira Süleymanovanın rəhbəri olduğu qurum informasiya məsələləri üzrə müvəkkil təsisatının yaradılmasına mane olur.
Ə.Nuriyevin fikrincə, İnsan hüquqları üzrə müvəkkil aparatının internet saytı da pis fəaliyyət göstərir, saytın informasiya vermək imkanları məhduddur, operativliyi yoxdur.

ETİBAR

548 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

[11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ

ARXIV

Yeni MÜSAVAT © 2008