 |
Ölkə
SAHİBKARLAR PAYTAXT MERİNİ SAXTAKARLIQDA SUÇLAYIR 2010-03-15 “Nizami” metrostansiyasının yaxınlığındakı obyekt sahibləri ilə Abutalıbovun çəkişməsinin səbəbi
|
“Nizami” metro stansiyasının yaxınlığında inşa olunan iki qoşa bina 1 metrə yaxın əyri inşa olunub. Əvvəllər bu tikintidə çalışanlardan birinin verdiyi məlumata görə, çoxmərtəbəli binalar beşinci mərtəbədən sonra əyri inşa olunub. Məlumatı verən şəxs deyir ki, Fövqəladə Hallar Nazirliyi “Eyfel” şirkətinin tikdiyi binada yoxlamalar apararkən bu faktın üstünü açıb. “Eyfel”in rəhbəri Əli Həziyevin arxası güclü olduğundan bu məsələni həll edib. Tikinti şirkəti açıq-aydın hiss olunan əyriliyi gizlətmək üçün binaya qara üzlüklər vurub. “Niyə məhz qara üzlük? sualına isə müsahibimiz bu cür cavab verdi: ”Ona görə qara rəngli üzlük vurublar ki, ətrafdan baxarkən hiss olunmasın. Çox diqqətlə baxsan belə bir metrlik əyriliyi görmək olmur". Tikinti şirkətinin keçmiş işçisi deyir ki, “Eyfel” “Nizami” metrostansiyasının çıxışında yerləşən ticarət obyektlərinin yerini dəyərini ödəmədən sahibkarların əllərindən zorla alır. Məlumat üçün bildirək ki, hazırda həmin ərazidəki digər obyektlər də sökülmək təhlükəsi ilə üzləşib. Çünki H.Abutalıbov “Eyfel” tikinti şirkətinə “Nizami” metrostansiyasının yaxınlığında böyük bir ərazi satıb. 10-a yaxın sahibkar isə merin bu qanunsuz qərarı ilə bağlı ölkə başçısına müraciət ünvanlayıb. Obyektləri sökülən sahibkarların hüquqlarını müdafiə edən Azad İsgəndərli məsələ ilə bağlı açıqlamasında qeyd etdi ki, burda əsas hədəf H.Abutalıbovdur: “Çünki o, bütün sənədləri qaydasında olan obyektləri qanunsuz olaraq satıb. İndi də obyektlərin sökülməsi haqqında sərəncam verib. Sahibkar Eyvaz Sultanov məsələ ilə bağlı mətbuat konfransı keçirib Abutalıbovu ifşa etmişdi. O demişdi ki, 2003-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti sahibi olduğu ticarət obyektinin yerində çoxmərtəbəli bina inşa edilməsi üçün ”Eyfel" şirkətinə 327 saylı sərəncam verib. Bu şirkət əraziyə gələndən sonra sahibkarlıq fəaliyyətinə maneələr törətməyə başlayıb. Ona görə də sahibkarlar 2006-cı ildə BŞİH-in 327 saylı sərəncamının qanunsuz olması ilə bağlı Səbayel Rayon Məhkəməsinə müraciət edib. Qarşı tərəf həmin məhkəmədə qarşılıqlı iddia qaldırıb ki, sahibkarlara verilmiş torpaq şəhadətnaməsi ləğv edilsin. İş Bakı Apellyasiya Məhkəməsinə göndərilib və bundan sonra BŞİH-in və “Eyfel” şirkətinin iddiaları ləğv edilib, obyekt sahiblərinin xeyrinə qərar çıxarılıb. 2008-ci il 30 yanvar tarixində Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlayıb. Bundan sonra BŞİH başçısı Hacıbala Abutalıbov Ali Məhkəmənin qərarının ləğv edilməsi üçün plenuma müraciət edib. Merin Ali Məhkəmənin 30 yanvar 2008-ci il tarixli qərarından verdiyi əlavə kassasiya şikayəti geri qaytarılıb. Bundan sonra işə Hacıbala Abutalıbov qarışıb. Mer öz imzası ilə eyni predmet barədə Yasamal Rayon Məhkəməsində yeni iddia qaldırıb. Halbuki bu iddia, Mülki Prosessual Məcəllənin 233.3 maddəsinə görə, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Lakin Yasamal Rayon Məhkəməsinin hakimi Tahir İsmayılov Hacıbala Abutalıbovun qaldırdığı iddianı nəinki geri qaytarmayıb, hətta onu təmin edib". Hüquq müdafiəçisi deyir ki, sahibkarlar Abutalıbovla görüşüblər: “Mer özünü elə aparıb ki, guya verdiyi iddiadan xəbəri yoxdur. Abutalıbov özü də etiraf edib ki, ona tapşırıblar ki, ərazini ”Eyfel"ə ver". Qeyd edək ki, plana düşən obyektlərin sahibləri yaxın günlərdə Bakı Şəhər İcra hakimiyyətinin qarşısında piket keçirəcəklər. Fərahim İLQAROĞLU 799 dəfə baxılıb
|
[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR [12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI [12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB [12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ? [12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR [12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU [12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR [12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA [12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI [11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT [11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB” [11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR [11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN” [11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ [11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR [11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK [11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ ARXIV
|