 |
Ölkə
PARLAMENTDƏ QOCALAN DEPUTATLAR 2010-03-15 Hakim düşərgəni təmsil edən əksər millət vəkilləri Milli Məclisdə ömürlük “srok” çəkmək arzusundadırlar Amma bu il onların xeylisinin mandatı əlindən alınacaq
|
Bu ilin sonuna yaxın parlament seçkiləri keçiriləcək. Bu, müstəqil Azərbaycan tarixində dördüncü parlament seçkisidir. Milli Məclisə beş ildən bir keçirilən parlament seçkilərində Azərbaycanın müxtəlif ərazilərini təmsil edən millət vəkilləri seçilir. Parlamentdə xeyli deputat var ki, onlar 20 ildir kreslolarından tərpənmirlər. Bu yazıda onların bəziləri haqda söhbət açmaq istəyirik. Parlamentin ən stajlı deputatlarından biri Zeynəb Xanlarovadır. Zeynəb xanım hələ SSRİ dövründən deputat mandatı daşıyır. On birinci və on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür. 50 saylı Qobustan-Xızı-Quba seçki dairəsindən seçilib. Arif Rəhimzadə 61 saylı Neftçala seçki dairəsindən seçilib. 69 yaşı var. On birinci və on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1994-cü il oktyabrın 14-dən 2005-ci il dekabrın 2-dək parlament sədrinin birinci müavini vəzifəsində çalışıb. Milli Məclisin Regional məsələlər komitəsinin sədridir. 4 saylı Naxçıvan şəhər seçki dairəsində seçilən Eldar İbrahimov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 65 yaşı var. On birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı, 12-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Milli Məclisin Aqrar siyasət komitəsinin sədridir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü Mixail Zabelin on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən seçilib. 64 yaşı var. 85 saylı Şamaxı seçki dairəsindən seçilən Maqsud İbrahimbəyov on birinci və on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 75 yaşı var. 63 yaşlı Madər Musayev 12-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. 72 saylı Yardımlı-Masallı seçki dairəsindən seçilən Sabir Rüstəmxanlı 12-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. YAP icra katibinin müavini Mübariz Qurbanlı da neçə illərdir deputat mandatı daşıyır. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. 116 saylı Qəbələ seçki dairəsindən deputat olan Fəttah Heydərov birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Milli Məclisin Regional məsələlər komitəsi sədrinin müavinidir. 72 yaşı var. Millət vəkili Hadı Rəcəbli Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Milli Məclisin Sosial siyasət komitəsinin sədridir. 63 yaşı var. İmamverdi İsmayılov 1995-ci ildən deputatdır. 52 yaşı var. Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən seçilib. 52 yaşlı Əhəd Abıyev birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edir. 11 saylı Qaradağ seçki dairəsindən seçilən Murtuz Ələsgərov Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. 82 yaşı var. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri vəzifəsində çalışıb. 82 yaşlı Cəlal Əliyev 62 saylı Saatlı seçki dairəsindən seçilib. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Anar Məmmədxanov da artıq üçüncü dəfədir ki, parlamentə düşür. Suraxanı rayonundan deputatdır. Naxçıvan “xan”ı Vasif Talıbov da deputatdır. Vasif Talıbov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Az.TV-nin keçmiş sədri Nizami Xuduyev 15 ildir ki, deputatdır. Az.TV-dəki vəzifəsini itirsə də, deputat mandatını hələ saxlayır. Gənc və perspektivli YAP-çı deputat Ziyafət Əsgərov deputatlıqda 10 ilini başa vurmaq üzrədir. Hazırda 1-ci vitse-spikerdir. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı nə az, nə çox, düz 15 ildir ki, yorulmadan deputat “işləyir”. 63 yaşı olsa da, hələ də həvəsdən düşməyib - yenə də deputat olmaq arzusundadır. 60 saylı Salyan-Neftçala seçki dairəsindən seçilib.
***
Şübhə yoxdur ki, növbəti parlament seçkilərində yuxarıda adlarını çəkdiyimiz deputatların əksəriyyəti kənarda qalacaq. Zatən bunun anonsunu hakimiyyət və YAP yetkililəri veriblər. Siyavuş Novruzov bu günlərdə ümumi şəkildə də olsa demişdi ki, bəzi deputatlar etimadı doğrultmadıqları üçün prosesdən kənarda qalacaqlar. Şahnaz NOVRUZQIZI 1609 dəfə baxılıb
|
[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT [11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB” [11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR [11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN” [11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ [11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR [11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK [11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ [11.02.2012] - BAKI ZOOPARKINDA HEYVANLAR İSTİ YERLƏRƏ KÖÇÜRÜLÜB [11.02.2012] - QARLI HAVADA İQTİSADİYYATIMIZ GÜNDƏ 24 MİLYON MANAT İTİRİR [11.02.2012] - DAHA BİR ADAM DONVURMADAN ÖLDÜ [11.02.2012] - BÖLGƏLƏR DƏ DONUR [11.02.2012] - BAKIDA İKİ DƏHŞƏTLİ AİLƏ ZORAKILIĞI [11.02.2012] - «EUROVİSİON-2012» ÜÇÜN 63 MLN. DOLLAR AYRILACAQ [10.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB [10.02.2012] - ZÜLFÜQARLILARIN MƏHKƏMƏSİNDƏ LERİKLİ ÇOBANIN VİDEOETİRAFI MÜZAKİRƏ EDİLDİ [10.02.2012] - MƏHKƏMƏ ZEYNƏB XANLAROVANIN BACISI OĞLUNUN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [10.02.2012] - DÖVLƏT QURUMLARINDAN ŞAXTALI VƏ QARLI AÇIQLAMALAR [10.02.2012] - MƏMURLAR BOTANİKA BAĞINA DA DİŞ QICAYIB [10.02.2012] - QAFQAZ UNİVERSİTETİ 100 ƏN YAXŞI UNİVERSİTET İÇİNDƏ 64-cü OLDU ARXIV
|