 |
Ölkə
ABUTALIBOV TARİXİ BİNANI TƏMİR ETDİRİB... SÖKDÜRDÜ 2010-03-15 Nizami küçəsindəki ticarət obyektləri “Park bulvar”a köçürüldü
|
Son günlər paytaxtın Nizami küçəsində, “Torqovı” kimi tanınan ərazidəki yararsız binaların söküntüsünə başlanıb. Artıq bir neçə gündür ki, sözügedən ərazidə ikimərtəbəli tarixi binalardan birinin söküntüsü aparılır. Qeyd edək ki, həmin binada bir neçə mağaza və bank filialı yerləşirdi. Bu binada ən məşhur obyekt İsmayıllı rayonunun eyniadlı kəndinə aid “İvanovka” ərzaq mağazası idi ki, onu da yerlə-yeksan ediblər. Özünü bizə obyekt sahibi kimi təqdim edən Musa Soltanlı söylədi ki, sökülən binanı əvvəlcə bərpa ediblər, sonra da söküblər: “Üzlükləri qaşıdılar. Sonra binanın içində təmir işləri aparıldı. Bir də xəbər tutduq ki, əraziyə ağır texnika gətirilib. Çox keçmədi ki, mağazaları və binada yaşayanları buradan çıxarıb binanı sökməyə başladılar”. Paytaxt sakini deyir ki, binanın söküntüsü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun qəbulunda olublar. Bakı meri onlara deyib ki, restavrasiya işləri zamanı binanın yararsız olduğu aşkar olunub: “Abutalıbov bizi qəbul edəndə dedi ki, BŞİH tarixi binanı təmir etmək istəyirmiş. Lakin yoxlamalar zamanı binanın özülündə və divarlarında dərin çatlar aşkar olunub. Ona görə binanın söküntüsünə qərar verilib. Sökülən binanın yerində nə tikiləcəyini heç kəs bilmir. Burada yerləşən geyim mağazalarının yarısını ”Park bulvar"a köçürüblər. Digər mağazaları da yaxın günlərdə şəhərdəki ticarət mərkəzlərinə köçürəcəklər". Qeyd edək ki, BŞİH “and”ına sadiq qalaraq həmişə olduğu kimi, ictimaiyyətə söküntülərin səbəbi və öz planları barədə məlumat vermir. Heç kim sökülən binanın yerində nə olacağını bilmir. Məsələ ilə bağlı BŞİH-ə zəng vursaq da məsələ ilə bağlı bizə açıqlama verən tapılmadı.
Nizami küçəsindəki vəziyyət isə cəbhə zonasını xatırladır, burada “səngərlər” qazılıb, “barrikadalar” qurulub və fəhlələrin binalardan çəkiclə qopardığı daş parçaları yoldan keçənlərin başına düşür. Sökülən binalarda yerləşən obyektlərə isə qısa zamanda yer tapılıb. Əksəriyyəti geyim mağazaları olan obyektlərə yeni tikilməkdə olan “Park bulvar” ticarət və əyləncə kompleksində yer verilib. Artıq paytaxtımızda fəaliyyət göstərən “Ltb”, “Miss Bahar”, “Rodi Mod”, “Cinici” kimi məşhur geyim mağazaları yeni kompleksdə butiklərini açıb. Məlumat üçün bildirək ki, 41,5 milyon dollar dəyərində olan və yaxın aylarda fəaliyyətə başlayacaq “Park bulvar” kompleksi Dənizkənarı Milli Parkda 7500 kvadratmetrlik ərazidə tikilib. Kompleksin girişindəki məlumat lövhəsində yazılanlara görə, “Park bulvar” ticarət və əyləncə kompleksinə 15371 kv.metrlik pərakəndə satış və istirahət nöqtələri üçün sahə, 207 kv.metrlik univermaq (supermarket), 50 kv.metrdən 370 kv.metrədək sahələrə malik olan 99 pərakəndə satış vahidi, 8 ekranlı kinozal, planetari, uşaq oyunları zonası, dəniz mənzərəsi ilə terraslı VIP restoran, 470 avtomobil üçün dayanacaq daxildir. Fərahim İLQAROĞLU 1621 dəfə baxılıb
|
[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ [13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ [13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ SAYILMIR [13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ [13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ” [13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ? [13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ? [13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI [13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU [12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR [12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI [12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB [12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ? [12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR [12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU [12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR [12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA ARXIV
|