12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

MİTİNQ ÜZÜNƏ HƏSRƏT MEYDANLAR...

2010-03-15

Hakimiyyət müxalifətə aksiya üçün yer qoymayıb

Filosoflardan biri demokratiyanı “Mənin azadlığım sənin azadlığının başladığı yerdə bitir” cümləsi ilə ifadə edib. Azərbaycanda demokratiya sahəsində ən çox müzakirə mövzularından biri də sərbəst toplaşmaq azadlığına qoyulmuş qeyri-rəsmi yasaqdır. Bu gün mitinq üçün nəzərdə tutulan meydanlarda sükut hökm sürür. Müxalifət hakimiyyəti sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmaqda ittiham edir, meriya isə mitinq üçün paytaxtın ətraf ərazilərini tövsiyə edir.

Ötən həftə Müsavat Partiyasının başqanı İsa Qəmbər piket və mitinq keçirmək üçün Hacıbala Abutalıbova müraciət edib. İ.Qəmbər müraciətdə H.Abutalıbovdan mitinqlərin keçirildiyi yerlərdə (“Nərimanov” kinoteatrı qarşısındakı meydan, Füzuli meydanı, Səməd Vurğun bağı, Hüseyn Cavid bağı, keçmiş Qələbə meydanı, “Təbriz” kinoteatrı qarşısındakı meydan və s.) yenidən kütləvi aksiyalar üçün şərait yaradılmasını istəyib.

Azadlıq meydanı konsert məkanına çevrilib

Azadlıq meydanı yaxınlığında otel tikilirŞübhəsiz ki, müxalifət neçə illərdir mitinq keçirmək üçün Azadlıq meydanı həsrətindədir. 2003-cü ildə baş vermiş hadisələrdən sonra sözügedən meydan artıq konsert proqramlarının keçirildiyi məkana çevrilib. Artıq Azadlıq meydanına toplaşmaq qanunla yasaqlanıb. Onu da əlavə edək ki, indi meydanın bir hissəsi çəpərlənib. Paytaxtın mərkəzi ərazilərində də vəziyyət ürəkaçan deyil. Hazırda 28 May, Füzuli meydanı müxalifətin üzünə qapadılıb. S.Vurğun, H.Cavid, Axundov bağlarına da müxalifətin toplaşması ağır cinayət hadisəsi kimi qarşılanır.

Qələbə meydanı

Qələbə meydanı qarşısında dayanacaq yaradılıbMüxalifət üçün təkcə mərkəzi meydanlar deyil, bir qədər ətraf ərazilər də “minalanmış zona”dır. “Nərimanov” və “Təbriz” kinoteatrlarının qarşılarında da mitinq keçirmək yasaqlanıb.
Məşhur Qələbə meydanı isə tanınmaz dərəcədə dəyişib. Ərazinin dörd tərəfi yeni tikilən göydələnlərlə əhatələnib. Müxalifət Qələbə meydanında xalqa qələbə vəd etsə də, indi burada tikinti şirkətləri tam qələbəni qeyd edirlər. Adıçəkilən meydanın bir tərəfi yük maşınlarının dayanacağı kimi istifadə olunur. Sürücü Hüseyndən öyrəndik ki, maşınları saxlamağa başqa yer qalmayıb: “Vaxt vardı bu meydanda biz də ”azadlıq", “istefa” şüarları hayqırardıq. İndi insanlar qorxur, əvvəlki zaman deyil. Hamı bir tikə çörəyini qazanmaq üçün başını aşağı salıb".

Ukrayna meydanı ləğv olunub, “Motodrom” tarixə çevrilib

Köhnə Matodrom yeni avtovağzala çevrilibGeniş bir ərazisi olan Ukrayna meydanı artıq meydan statusunu çoxdan itirib. “Əhmədli” metrostansiyası yaxınlığında yerləşən bu meydanın ətrafı avtomobil dayanacağı, H.Əliyev parkı, bir çox yeni tikililərlə görünüşünü dəyişib. Bu da bir daha Ukrayna dairəsində mitinq keçirilməyəcəyindən xəbər verir. Aksiyaların keçirildiyi məkanlardan biri də keçmiş “Motodrom” meydanı olub. “Motodrom” indi “Titanik” adlanır. Məhz bu meydan Bakıda Azadlıqdan sonra aksiyalar üçün ikinci böyük məkan hesab olunurdu.

Emil SALAMOĞLU

706 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

[11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ

ARXIV

Yeni MÜSAVAT © 2008