13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

MÜSAVAT QARABAĞ DANIŞIQLARI HAQDA İZAHAT TƏLƏB ETDİ

2010-03-16

Dünən Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub. Yığıncağın əvvəlində Müsavat Deputat Qrupunun üzvləri hökumətin Milli Məclisdə illik hesabatının müzakirəsinə hazırlıq barədə məlumat verib.

Divan martın 17-də “Əliyevlərin Dubay mülkləri” mövzusunda dəyirmi masa keçirilməsini qərara alıb.
İsveç parlamentində sözdə erməni soyqırımı ilə bağlı qərar qəbul olunmasına kəskin etiraz edilib. Qeyd olunub ki, tarixi həqiqətlərin parlamentlərdə araşdırılması kökündən yanlışdır və bu zaman ortaya tarixi həqiqət yox, müzakirədə iştirak edən deputatların siyasi konyukturaya uyğun mövqeyi çıxır. Divan hesab edir ki, bu məsələdə Azərbaycan həmişə qardaş Türkiyənin yanında olmalı və ona dəstək verməlidir.
Xarici işlər naziri Elmar Məmmədyarovun Azərbaycanın yeniləşmiş Madrid prinsipləri ilə razı olmasını deməsi də ciddi müzakirələrə səbəb olub. Müsavat deputat qrupuna həvalə edilib ki, Milli Məclisdə hökumətin hesabatı zamanı XİN-dən bu məsələyə aydınlıq gətirməsi tələb olunsun. Qarabağ danışıqları ilə bağlı son vaxtlardakı canlanmanı nəzərə alaraq baş verənlərə aydınlıq gətirməsi məqsədi ilə Divan ölkə başçısı İlham Əliyevdən ölkədəki ictimai-siyasi qüvvələrə və aparıcı müxalifət partiyalarına bilgi verilməsini tələb edib.
Divan ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasyenin Azərbaycanla Ermənistan arasında müharibə başlaması ehtimalından danışarkən erməni döyüşçülərinin döyüş qabiliyyətini xüsusi vurğulamasını diplomatik etikaya zidd hesab edib və münaqişənin həlli ilə məşğul olan vasitəçinin missiyası ilə bir araya sığmadığını qeyd edib.
Yığıncağın sonunda müxalifətdaxili məsləhətləşmələrin gedişatı haqqında məlumat dinlənilib. Bildirilb ki, yaxın günlərdə Müsavatla DUİ arasında ilkin məsləhətləşmə keçiriləcək.
Sonda cari məsələlərə baxılıb.

Xəbər xidməti

625 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

ARXIV

Yeni MÜSAVAT © 2008