|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Azərbaycanda uşaq əməyindən istifadə halları getdikcə artmaqdadır. Yerli və beynəlxalq təşkilatlar hər il ölkəmizdə əməyə cəlb edilən uşaqların sayı ilə bağlı fərqli rəqəmlər səsləndirsə də indiyə kimi rəsmi statistika aparılmayıb. Hökumət ölkəmizdəki yoxsulluq səviyyəsinin aşağı olduğunu nə qədər tez-tez iddia etsə də reallıqda heç də belə deyil. Bu gün azyaşlı uşaqlar konduktor işləməklə, maşın yumaqla, bazarlarda araba çəkməklə, yük daşımaqla, yeməkxana və çayxanalarda ofisiant, çaypaylayan, qabyuyan, küçələrdə boş şüşə yığan, zibilxanalarda metal toplamaqla, kənd yerlərində isə çoban, pambıqyığan işləməklə çörək pulu qazanırlar. Sahibkarlar isə uşaq əməyindən istifadədə maraqlıdır. Çünki çalışan uşaqlara həm az maaş verilir, həm də sahibkar azyaşlıların əməyinə görə dövlətə vergi verməkdən yayınır. Uşaqların belinə ip bağlayıb tavandan asırlar Paytaxtın bir çox şadlıq evlərinin şou-proqram menyusuna gəlinlə bəyin azyaşlı uşaqlardan ibarət mələklər qrupu ilə qarşılanması da daxil edilir. Tanınmış restoranlardan birinin proqram təşkilatçısı Samir Cavadlı deyir ki, bu xidməti toy sahibinə şadlıq evləri yox, ayrı-ayrı təşkilatçı firmalar təklif edir: “Toy sifarişçisi bizdən müxtəlif şou-proqramlar tələb edir. Bundan əvvəl isə bizə ayrı-ayrı firmalardan toy proqramını zənginləşdirmək üçün təkliflər gəlir. Məsələn, milli rəqqaslar, şən klounlar və mələklər ən çox sifariş olunanlardandır. Mələk qanadlı azyaşlı qız uşaqları bəylə gəlini qarşılayaraq əllərindəki gül-çiçəyi havaya atır”. “Sultan”ın “mələk”ləri Bakıdakı populyar restoranlardan biri olan “Sultan”dakı toy mərasimində iştirak edib müşahidələr aparırıq. Bəylə gəlin şadlıq evinə girər-girməz rəqqas-mələklər onların qarşısında rəqs edə-edə əllərindəki gül ləçəklərini göyə atırdılar. Azyaşlı qız uşaqlarının gözündəki qorxu və həyəcan açıq-aydın hiss olunurdu. Üstəlik, nazik parçadan milli geyimlər geymiş cocuqların üşüdüyü də sezilirdi. İqbal Ağazadə: “Aidiyyəti qurumlar bu məsələyə laqeyd yanaşır” Uşaq əməyinin istismarı ilə bağlı məsələni gündəmə gətirən millət vəkili İqbal Ağazadə bu problemə qeyri-ciddi yanaşıldığını bildirdi: “Çox təəssüf ki, aidiyyəti qurumlar bu məsələyə laqeyd yanaşırlar. Səlahiyyətli qurumlar gender bərabərliyində daha çox bu istiqamətdə tədbir keçirməlidir. Uşaqların istismarı, onların həyat şəraitinin normallaşması ilə bağlı sahəyə heç diqqət də ayırmırlar, bu sahəyə diqqət etmirlər. Parlamentin növbəti iclaslarında bu məsələyə bir daha qayıdacağam. Hesab edirəm ki, hökumət məsələyə bu dəfə daha ciddi yanaşacaq”. Fərahim İLQAROĞLU, Türkan TURAN 1437 dəfə baxılıb
|
[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ [13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK [13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL [13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ [13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ [13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL [13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ [13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ” [13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ? [13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ? [13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...” [13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB [13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB [13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK [13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI [13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU [12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR |
| Yeni MÜSAVAT © 2008 |
|