|
Ölkə
FAYTONLAR DƏNİZKƏNARI BULVARA BURAXILMIR 2010-03-16
|
Bulvar ərazisində faytonların fəaliyyəti dayandırılıb. Bu barədə APA-ya Dənizkənarı Bulvar İdarəsinin (DBİ) rəis müavini Nazim Məcidov məlumat verib. Onun sözlərinə görə, faytonların fəaliyyətinin dayandırılmasının bir neçə səbəbi var. “Bulvar ərazisinin döşəməsi əvvəllər asfalt olanda faytonların fəaliyyəti üçün problem yox idi. Amma indi daş döşənib, həm atların ayaqları, həm də faytonların təkərləri həmin daşları dağıdır. Digər tərəfdən, atlar ərazini zibillədiyindən milçək toplaşır və antisanitariya yaranır”. N. Məcidov bildirib ki, faytonların əvəzinə bulvarda gəzinti qatarları fəaliyyətə başlayıb. O, bu xidmətin martın 14-dən fəaliyyət göstərdiyini qeyd edib. Bununla bağlı DBİ Avstraliyadan 2 ədəd gəzinti qatarı alıb. Hər qatarın 4 vaqonu var. Bir qatar 40 nəfəri eyni vaxta gəzintiyə çıxara bilir. Uşaqlar üçün qatarda yarım saatlıq gəzintinin qiyməti 1 manat, böyüklər üçün isə 2 manatdır. N. Məcidov Novruz bayramı ilə əlaqədar martın 20-də bulvarda böyük bayram tədbirlərinin keçiriləcəyini, hazırda bu şənliklər üçün hazırlıqların aparıldığını da vurğulayıb. Xəbər xidməti 495 dəfə baxılıb
|
[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU [12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA [11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT [11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB” [11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR [11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN” [11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ [11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR [11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK [11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ [11.02.2012] - BAKI ZOOPARKINDA HEYVANLAR İSTİ YERLƏRƏ KÖÇÜRÜLÜB [11.02.2012] - QARLI HAVADA İQTİSADİYYATIMIZ GÜNDƏ 24 MİLYON MANAT İTİRİR [11.02.2012] - DAHA BİR ADAM DONVURMADAN ÖLDÜ [11.02.2012] - BÖLGƏLƏR DƏ DONUR [11.02.2012] - BAKIDA İKİ DƏHŞƏTLİ AİLƏ ZORAKILIĞI [11.02.2012] - «EUROVİSİON-2012» ÜÇÜN 63 MLN. DOLLAR AYRILACAQ [10.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB [10.02.2012] - ZÜLFÜQARLILARIN MƏHKƏMƏSİNDƏ LERİKLİ ÇOBANIN VİDEOETİRAFI MÜZAKİRƏ EDİLDİ [10.02.2012] - MƏHKƏMƏ ZEYNƏB XANLAROVANIN BACISI OĞLUNUN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ ARXIV
|