13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

ÖLDÜRÜLƏN GENERALIN YAVƏRİ MƏHKƏMƏ QARŞISINA ÇIXARILDI

2010-03-16

“Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin müxbirləri zala buraxılmadı

Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, general-leytenant Rail Rzayevin qətlinə görə həbs edilən şəxslərdən bir neçəsinin işi üzrə məhkəməyə hazırlıq iclası başladı. Hakim İslam Neymanovun sədrliyi ilə keçirilən hazırlıq iclası açıq keçirilsə də, “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin əməkdaşları iclasa buraxılmadı. Məhkəmə qarşısına Rail Rzayevin yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyev çıxarılıblar. Prosesdə mərhum generalın oğlu Qurban Rzayevlə yanaşı, Rəfiyevlərin, Haşımovun ailə üzvləri də iştirak edib. R.Rzayevin oğlu Qurban Rzayevin məhkəməyə təqdim etdiyi ərizə elan olundu. Məlum olub ki, general oğlu istintaqda hüquqlarını müdafiə edən vəkildən imtina edir və yeni vəkillə müqavilə imzalayıb. Bundan sonra Qurban Rzayevi atasının qətli ilə bağlı bütün məhkəmələrdə vəkil Heydər Abuzərov müdafiə edəcək. Həmçinin məlum olub ki, mərhum generalın oğlu xəstəlikdən əziyyət çəkir və sonrakı proseslərdə iştirak edə bilməyəcək.

Qurban Rzayevin ərizəsi elan ediləndən sonra məlum olub ki, təqsirləndirilən Anar Rəfiyevin əməkdaşlıq etdiyi “Aztol Telekom” MMC-nin rəhbəri zərərçəkmiş qismində prosesə dəvət olunsa da, məhkəməyə qatılmayıb. Bundan sonra hakim bildirdi ki, həmin şirkətin işi üzrə epizod  cinayət işindən ayrılıb və ayrıca istintaqda icraatda araşdırılır. Lakin təqsirləndirilən şəxslərin vəkilləri buna etiraz edib. Onlar ittiham üzrə həmin şirkətin adı keçdiyini bildiriblər. Aparılan araşdırmalardan sonra məlum olub ki, şirkət cinayət işi üzrə zərərçəkmiş hesab edilib və vəkil Elton Quliyev də həmin şirkətin nümayəndəsidir. Hakim zərərçəkmişin prosesdə iştirak etməməsini əsas gətirərək hazırlıq iclasını bu günə kimi təxirə salıb. İclasdan sonra Qurban Rzayevin vəkili Heydər Abuzərovun ittihama münasibətini öyrənməyə çalışdıq. Vəkil mətbuatı diqqətlə izlədiklərini bildirdi və yazılanlarla razılaşmadığını qeyd etməklə kifayətləndi. “Yayılan son rəsmi məlumatla razısınızmı” sualına vəkil eyni cavabı verdi. Anar Rəfiyevin vəkili Bəylər Məmişov isə “prosesdə mətbuatın iştirakının qarşısının alınması müvəkkilinizə təzyiqlərlə bağlıdırmı” sualına “müştərim prosesdə mətbuatın iştirakını istəmir” deyə cavab verdi. Aydın Rəfiyevin vəkili Aslan İsmayılovla əlaqə saxlayıb prosesdə mətbuatın iştirakının qarşısının alınmasının nə ilə bağlı olduğunu soruşduq. Məlum oldu ki, A.Rəfiyev Aslan İsmayılovla ibtidai istintaq dövründə müqavilə bağlasa da, sonradan müqaviləni təzələməyib. Buna görə də tanınmış vəkil onu məhkəmə dövründə müdafiə edə bilməyəcək. A.Rəfiyevin digər vəkili Fəxrəddin Səfərovdan hər hansı bir açıqlama almaq mümkün olmadı. Rəfiyevlərin yaxın qohumları da hər hansı bir açıqlama verməkdən imtina etdi. “Açıqlama versək, gərək Azərbaycandan köçüb gedək” deyə onlardan biri bildirdi.

E.QƏDİMOV

611 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ

[13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

[13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL

[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...”

[13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB

[13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB

[13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

ARXIV

Yeni MÜSAVAT © 2008