13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

NAZİRİN MƏHKƏMƏYƏ VERDİYİ ALİMƏ TÜRKİYƏDƏN DƏSTƏK GƏLDİ

2010-03-16

“Əlövsət Osmanlı öz ölkəsinin təhsilinin inkişafını istəyən ziyalıdır”

Təhsil Nazirliyi Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) üzvlərinin tanınmış təhsil eksperti, fizika-riyaziyyat elmləri namizədi Əlövsət Osmanlını məhkəməyə verməsinə etirazlar davam edir. Belə etirazlardan biri də qardaş Türkiyədə fəaliyyət göstərən “Turan” Strateji Araşdırmalar Mərkəzinin başqanı Dr.Elnur Hasan Mikaildən gəlib.

O, təhsildəki neqativ halları tənqid edən alimin müdafiəsi ilə bağlı ombudsman Elmira Süleymanovaya müraciət edib. Müraciətdə deyilir: “Biz, Türkiyədə çalışan ”Turan" Strateji Araşdırmalar Mərkəzinin heyəti tanınmış alim Əlövsət Osmanlının mətbuatda dərc olunan tənqidi yazılarını diqqətlə izləyirik. Bu yazılarda onun əsas hədəfi Azərbaycanın təhsil sistemində gedən neqativ proseslərdir. Yazıların ruhundan da görünür ki, o, öz ölkəsinin təhsilinin inkişafını istəyən ziyalıdır. Hiss olunur ki, Osmanlı dünya çapında təhsillə bağlı gedən prosesləri çox yaxşı bilir. Ona görə də yazılarında Azərbaycan təhsilinin inkişafı üçün maraqlı təkliflər verir. Təəssüf ki, bunlar bəziləri tərəfindən düzgün başa düşülmür. Bu günlərdə Təhsil Nazirliyi sistemində çalışan bir qrup alim öz həmkarları olan riyaziyyatçı-alim Əlövsət Osmanlını yazılarındakı bir cümləyə (“DQŞ dərsliklərin seçimində saxtakarlığa yol verir”) görə məhkəməyə verib. Onların bu addımı anlaşılan deyil. Demokratik düşüncəli insanlar belə addım atmamalıdır. Bu cür məsələlər hüquq müstəvisində yox, elmi-pedaqoji müstəvidə çözülməlidir. Türkiyədə məmurlar tənqidi çıxışlara dözümlü yanaşır. Belə yanaşma demokratiyanın ilk şərtidir. Osmanlının özü də, onu məhkəməyə verənlər də alimlərdir. Olmazmı ki, onlar Osmanlının qaldırdığı dövlət əhəmiyyətli problemi bir masa arxasında oturub çözələr? Daha bu məhkəmə komediyası nəyə gərək? Osmanlını Türkiyə təhsil sistemində yaxşı tanıyırlar. Onun ölkələrimiz arasında təhsil üzrə əlaqələr sahəsində böyük xidmətləri var. Bu xidmətləri unutmaq olmaz. Osmanlını məhkəməyə verən insanlara, onların rəhbərlərinə üz tutub deyirik ki, onun qaldırdığı maraqlı problemləri araşdırın. Bu, ancaq və ancaq Azərbaycan təhsilinin xeyrinə ola bilər".

Zülfiyyə SAKİTQIZI

433 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ

[13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

[13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL

[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...”

[13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB

[13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB

[13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

ARXIV

Yeni MÜSAVAT © 2008