13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

EVİ YIXILAN SAKİNLƏRİN ÜMİDİ ƏLİ HƏSƏNOVA QALIB

2010-03-16

Əhali 3 min manatdan kompensasiya verilmədiyini, amma hökumət rəsmisinə güvəndiklərini deyir

“Kompensasiyanın məbləği dəyişməz olaraq qalır. Bizə 3 min manatdan kompensasiya verilməyib. Heç bu barədə xəbərdarlıq da olunmayıb. Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənovun müsahibəsindən sonra bir qədər nikbin olmuşuq. Amma bizə təklif etdikləri pul 1500 manatdan bir qəpik də artırılmayıb”.

Bu sözləri dünən redaksiyamıza zəng vuran Şəmsi Bədəlbəyli küçəsinin sakini Şahnaz xanım dedi. Qeyd edək ki, qəzetimizin ötən sayında “Əli Həsənovun kompensasiya müjdəsi reallaşdı” məqaləsində sakinlərin uçurulan evlərinin hər kvadratmetrinə görə 3 min manat kompensasiya aldıqları haqda məlumat vermişdik. Yazıda qeyd olunurdu ki, bəzi sakinlər maklerlər vasitəsilə 3 min manatdan kompensasiya alıblar. Adlarının çəkilməsini istəməyən şəxslər bunun məhəllənin qalan narazı sakinlərinə də şamil olunacağını söyləmişdi.
Ancaq redaksiyamızla əlaqə saxlayan Ş.Bədəlbəyli küçəsinin bir qrup sakini Bakı meri Hacıbala Abutalıbovun qanunsuz qərarının qüvvədə qaldığını bildirdilər. Şahnaz xanım adlı sakin indiyə qədər onlara sənəd göstərilmədiyini söylədi: “Nə Prezident Administrasiyasının, nə də Nazirlər Kabinetinin bir sərəncamı bizə təqdim olunub. Deyirlər meriyada işləyən Zülfəli müəllim adlı şəxs guya sənəd göstərəcək. Bizə 3 min manatdan pul verilsəydi, mənzillərimizi çoxdan tərk etmişdik”.
Onu da qeyd edək ki, 1500 manatdan kompensasiya alan sakinlər da var. Həmin sakinlərə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib ki, kompensasiyanın miqdarı qaldırılsa, onlara da bunun müəyyən qismi çatacaq. Güman olunur ki, BŞİH-in evindən köçmüş sakinlərə ümidverici xəbər Əli Həsənovun müsahibəsindən sonra yayılıb. Şikayətçi sakinlərdən Mahir adlı vətəndaş da 3 min manat kompensasiya verilmədiyini deyir: “İnsanların əsəblərinə toxunurlar. Bizə 3 min verilməyib və qəti şəkildə bəyan edirlər ki, bundan artığı olmayacaq”.
Sahilə xanım adlı digər sakin isə Novruz bayramına qədər 3 min manatdan kompensasiya almağı arzulayır: “Əgər Əli Həsənov kimi ciddi hökumət rəsmisi bu sözü deyirsə, yəqin ki, ortada bir müsbət nəticə olacaq. Çox istərdik ki, bizə normal kompensasiya verilsin. Hökumətdən başqa tələbimiz yoxdur”.
Xatırladaq ki, Ə.Həsənov qəzetimizə açıqlamasında narazı sakinlərə sevindirici xəbər vermişdi: “Evindən köçürülənlər ondan da yaxşı ev, obyektini itirənlər ondan da yaxşı obyekt alacaq. Kompensasiya almalı olan insan lazım olduğundan da artıq kompensasiya alacaq”.

Emil SALAMOĞLU

506 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ

[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ

[13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

[13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ SAYILMIR

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB

[13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

ARXIV

Yeni MÜSAVAT © 2008