 |
Ölkə
“AKKORD” “GƏNCLİK”də KÖRPÜ-TUNEL TİKİNTİSİNƏ BAŞLADI 2010-03-16 Ərazidə üçmərtəbəli avtodayanacaq da nəzərdə tutulub
|
Nərimanov rayonu ərazisində, “Gənclik” metro stansiyasının yaxınlığına neçə gündür ki, ağır texnikalar gətirilib. Dünəndən etibarən isə metronun iki keçidi arasında avtodayanacaq kimi istifadə olunan ərazidə qazıntı işlərinə başlanılıb. Qazıntı işləri “Akkord” Şirkətlər Qrupu tərəfindən aparılır. “Atatürk parkı”nın qarşısındakı meydan hasarlanıb, avtomobillərin giriş-çıxışına icazə verilmir. “Akkord” Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afaq Quliyeva lent.az-a bildirib ki, Nəqliyyat Nazirliyi Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə tender keçirib. “Gənclik” metro stansiyasının ətrafındakı “Qələbə” meydanı və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təminini nəzərdə tutan bu layihə üzrə tenderin qalibi “Akkord” Şirkətlər Qrupu olub.
Onun sözlərinə görə, yeni layihə ərazidə 5 tunelin və üçmərtəbəli yeraltı avtomobil dayanacağının inşasını, həmçinin əlaqədar yolların genişləndirilməsini nəzərdə tutur. Layihəyə əsasən, “Gənclik” metro stansiyasının Atatürk prospektinə baxan girişinin “Qələbə" meydanının mərkəzinə doğru yerdəyişməsi həyata keçiriləcək. Bu məsələ artıq Bakı Metropoliten İdarəsi ilə razılaşdırılıb. Afaq Quliyeva bildirib ki, layihə üzrə işlərə aprel ayında start veriləcək. Plana əsasən, “Akkord” Şirkətlər Qrupu tərəfindən ilk olaraq, ərazidə mövcud olan çoxsaylı kommunikasiya xətlərinin dəyişdirilməsi işləri həyata keçiriləcək. Ərazidə nəqliyyatın hərəkətini tam məhdudlaşdırmamaq üçün ilk olaraq layihə üzrə ərazidə 2 tunel inşa ediləcək. Bundan sonra isə ardıcıl olaraq 3, 4 və 5 saylı tunellərin inşası həyata keçiriləcək. Ərazidə yaşıllaşdırma işlərinin aparılması da nəzərdə tutulub. Artıq ərazidə işlərin aparılması üçün “Akkord” Şirkətlər Qrupunun mütəxəssislər qrupu, 200-ə yaxın işçi qüvvəsi və 40-a yaxın müvafiq texnikası səfərbər olunur. Tikinti ərazisində hasarlama işləri aparılır.
Xatırladaq ki, bir müddət əvvəl Nəqliyyat Nazirliyi katibliyinin rəhbəri Namiq Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, sözügedən ərazidə körpü-tunel kompleksi tikiləcək: “Həmin ərazilərdə körpü tikilməsi gələcək planlarımıza daxildir. Hazırda bu barədə hələlik konkret məlumat verə bilmərəm. Çünki körpünün necə, smeta dəyərinin nə qədər olacağı haqda dəqiq məlumatım yoxdur. Amma bu ərazidə belə bir körpünün tikilməsi nəzərdə tutulub”. Xatırladaq ki, layihəyə yeraltı tunellərin salınması da əlavə olunub. İnşa olunacaq körpünün bir neçə milyon manatlıq dəyəri var. Üçmərtəbəli körpü dörd istiqamətə - “Nərimanov” metrosu, Təbriz (Çapayev) küçəsi, 7-ci mikrorayon və Azadlıq prospektinə açılacaq. Körpünün tikilməsində əsas məqsəd paytaxtın həmin ərazisində tıxac problemini aradan qaldırmaqdır. Əldə etdiyimiz məlumata görə, körpü-tunel kompleksi Cənubi Qafqazda analoqu olmayan bir layihə olacaq. Belə körpülər dünyanın yalnız bəzi nəhəng şəhərlərində var. Xatırladaq ki, bu layihə barədə ilk dəfə “Yeni Müsavat” qəzeti məlumat verib. Fərahim İLQAROĞLU 1339 dəfə baxılıb
|
[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ [13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK [13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL [13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ [13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ [13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL [13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ [13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ” [13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ? [13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ? [13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...” [13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB [13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB [13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK [13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI [13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU [12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR ARXIV
|