13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

GƏNCƏNİN İCRA BAŞÇISININ “KULİNARİYA SEVGİSİ”

2010-03-16

Eldar Əzizov bayram ərəfəsində bişirilən nəhəng şirniyyatları satdırır?

Bir neçə ildir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun dövlət başçısının doğum günündə, bayram ərəfələrində 3-4 tonluq şirniyyat bişirtdirməsi ənənə halını alıb. Məsələn, icra başçısı 2007-ci ildə prezidentin doğum gününə 18 metrlik, ötən il isə 15 metrlik tort bişirtdirmişdi. Ötən il Novruz bayramı ərəfəsində 7 nəfər şirniyyatçı tərəfindən hazırlanan nəhəng paxlava hətta MDB ölkələri arasında rekord vurdu. 9 metr uzunluğu, 3 metr eni, 3 tona yaxın çəkisi olan paxlavaya şirniyyatçıların dediyinə görə, 7 min yumurta, 350 kq qoz, 25 kq fındıq, 20 kq badam ləpəsi, 350 kq şəkər tozu, 350 kq un və müxtəlif ədvalar da istifadə olunub.

Dünən redaksiyaya daxil olan məlumata görə, icra başçısı keçən ilki rekordu da qırmaq məqsədilə paxlavanın bu ilki ölçüsünü bir az da böyütdürəcək. Bunun üçün hazırlıq işlərinə başlanıb, artıq Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında çadır da qurulub. “Nəhəng Novruz şirniyyatı”nın ölçüsü barədə dəqiq məlumat əldə edə bilməsək də, məlumatı verən mənbə bildirdi ki, adətən bu şirniyyatlar heç də bütövlükdə əhalinin istifadəsinə buraxılmır: “2007-ci ildə prezidentin adına bişirilən 18 metrlik torta görə sahibkarlardan 20 min ABŞ dolları pul yığılmışdı. Bu şirniyyatların bişirilməsi üçün ərzaqın gətirilməsinə görə iş adamları qarşısında şərt qoyulur. Özü də həmin şirniyyatların hamısı heç də  kasıb-kusuba paylanmır. Telekanalların çəkilişindən sonra satışa çıxarılır”.
Görəsən, E.Əzizov niyə məhz kulinariya sahəsində “yüksək göstəriciləri” ilə başqa həmkarlarından fərqlənir? İcra başçısında bu qədər “şirniyyat sevgisi”nə səbəb nədir? Dogrudanmı, E.Əzizov sözügedən şirniyyatların bir qismini satışa çıxartdırır? Suallarla Gəncə Şəhər İcra Hakimiyyətinə telefon açsaq da, təəssüf ki, əlaqə cəhdimiz baş tutmadı.

Xəbər xidməti

792 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ

[13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

[13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL

[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...”

[13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB

[13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB

[13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

ARXIV

Yeni MÜSAVAT © 2008