13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

“DİREKTOR OLMAQ ÜÇÜN İCRA BAŞÇISININ DA XEYİR-DUASI ALINMALIDIR”

2010-03-16

Müxbirimiz Misir Mərdanovun direktor tapa bilmədiyi məktəbdə oldu
20 saylı məktəbin direktor əvəzi əməkdaşımız qarşısında çörəyə əl basıb and içdi

Təhsil naziri Misir Mərdanov qəzetimizə müsahibəsində demişdi ki, çıxarılan direktorların yerinə layiqli namizəd tapmaqda çətinlik çəkir. O, “Yeni Müsavat”dan kömək də istəmişdi: “Əgər layiqli namizədiniz varsa, verin, nəzərdən keçirək”.

***

Redaksiyamız nazirin xahişini nəzərə alaraq öz namizədini irəli sürüb. Bu, təhsil eksperti, “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevdir. E.Əliyev qəzetimizə açıqlamasında müəyyən şərtlərlə 20 saylı məktəbə direktor getməyə hazır olduğunu demişdi. Biz də ötən gün adıçəkilən məktəbə gedib kollektivi öz namizədimizlə qiyabi şəkildə də olsa tanış etmək istədik. Qeyd edək ki, 20 saylı orta məktəbin direktoru Əkbər Qocayev üç ay öncə vəfat edib.

***

Biz məktəbdə olduğumuz zaman Novruz şənliyi keçirilirdi. Hətta bəzi telekanallardan da çəkiliş üçün gəlmişdilər.   Müəllimlər otağına daxil olanda direktor müavinlərinin və direktor vəzifəsini müvəqqəti icra edən Əfqan  İsgəndərovun çay süfrəsi arxasında oturub söhbətləşdiyini gördük. Əfqan müəllim əvvəl bizə müsahibə vermək istəməsə də sonradan razılaşdı. Bildirdi ki, Bakı Şəhər Təhsil İdarəsində işləyir: “Üç aydır ki, bu məktəbdə əvəzedici işləyirəm. Mən indi deyə bilmərəm ki, burda qalıb işləyəcəyəm. Hörmətli nazirimiz necə məsləhət bilsə elə də edəcək. İndi də bilirsiniz ki, yeni təhsil qanununa uyğun olaraq direktor təyinatladır. Bir də ki, hansı rayon üzrə direktor işləyəcəksənsə gərək həmin rayonun icra hakiminin xeyir-duasını alasan. İndi kim  direktor olsa gərək İbrahim müəllimin (Yasamal Rayon İcra Hakimiyyəti başçısı İbrahim Mehdiyevi nəzərdə tutur - Z.S.) və Nailə xanımın xeyir duasını alsın”.

- Biz təhsil nazirinin qəzetimizə müraciətini nəzərə alıb 20 nömrəli məktəbə layiqli bir namizəd tapmışıq. Bu barədə məlumatınız varmı?

- Sizin o yazınızı oxumuşam.  Etibar Əliyev deyib ki, ora pilot məktəb olsa gedib işləyərəm. Etibar müəllim istəməklə deyil ki, adam çox şey istəyər, bu o demək deyil ki, istədiyin hər şeyə nail ola bilərsən. Buna dövlət səviyyəsində baxırlar ki, bu insanın savadı nədi, qabiliyyəti nədi. Ondan sonra qərar verirlər ki, hə, bu adam işləyə bilər.

- Biz sadəcə nazirin xahişini nəzərə alaraq namizəd tapmışıq.

- Görün nazirdən müsahibə götürən jurnalist onu necə bezdirib ki, o da axırda  bu cavabı verib.
Bu vaxt direktor müavini Zemfira xanım söhbətə qarışaraq etirazını bildirdi: “Yəni bu boyda 324 nəfərlik  müəllim kollektivi olan məktəbdə adam yoxdur ki, kənardan kimsə gəlsin. Bu, bir növ hamımıza təhqirdir. Mənim üçün maraqlıdır, belə tez bir zamanda necə tapdınız direktoru?

- Zemfira xanım, deyəsən, direktor olmaq iddiasındasınız?

- General olmaq istəməyən əsgər heç vaxt yaxşı əsgər ola bilməz.

- Əfqan müəllim, bildiyiniz kimi  8 marta görə pul yığan və buna görə cəzalandırılan direktorların 8-i kişi idi. Sizcə, kişi müəllimlərin 8 martda pul yığması nə dərəcədə düzgündür?

- Bu məsələləri  direktorların adına da yazmaq düzgün deyil. Cənab nazir də vurğuladı ki, valideyn pulu verir, sonra  deyinir. Hər kəs 8 martda öz müəllimini təbrik etmək istəyir. Siz də yəqin ki, məktəbdə oxuyanda müəllimənizə gül və yaxud da ətir alıb vermisiniz. Bax, bunu verib dalınca danışmaq lazım deyil axı. Mən inanmıram ki, bizdə elə bir müəllim olsun ki, şagirddən məcburi şəkildə pul istəsin. 8 martda hansı qadın diqqətdən kənarda qalır? Azərbaycan əhalisinin 55 faizini qadınlar təşkil edir. Qoyun bunun da 20 faizini təhsil sahəsində işləyən qadınlar təşkil etsin. Səhiyyə, məhkəmə və sair sistemlərdə də qadınlar çalışır. Niyə  həmin qadınlara bayramda hədiyyə veriləndə deyilmir, müəllimləri təbrik edəndə söz-söhbət olur. Biz məktəbin dəhlizində hər yerə yazıb vurmuşuq ki, 8 martda müəllimlərin şagirdləri narahat etməsi qadağandır.

- Bəs niyə bu ənənə türk liseylərində yoxdur?

- Çünki türk liseyində oxuyanlar əvvəlcədən pullarını verib oxuyurlar. Elə türk liseyləri var ki, ilik haqqı 1000 manatdır.

- Qəzetimizə daxil olan məlumata görə,  20 saylı məktəbdə direktor işləmək üçün sizdən 40 min manat rüşvət istəyiblər. Siz də bu pulun 38 minini artıq düzəltmisiniz. Bu doğrudurmu?

- Sizə səmimi etiraf edirəm ki, mənə bu məktəbdə direktor işləmək təklifi ediblər. Və deyiblər ki, nə indi, nə də sonra bir qəpik də gətirmə. Sadəcə, bu məktəbə gələn adam yaxşı işləməlidir. Birdə ki, 38 minin qarşısında 2 min heç nədi. Kim o niyyətlə bu məktəbə gəlmək istəyirsə heç vaxt burada işləyə bilməz. Qarşımda olan bu çörəyə and içirəm ki, belə bir şey yoxdur.

- Əgər bu məktəbə direktorluq təyinatınız reallaşsa, məktəbdə nə kimi dəyişikliklər etmək fikriniz var?

- Bu məktəbin son iki ildə çox gözəl kontingenti, göstəriciləri  olub. Biz Əkbər müəllimin qoyduğu yolu davam etdirəcəyik.

Zülfiyyə SAKİTQIZI

1472 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ

[13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

[13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL

[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...”

[13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB

[13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB

[13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

ARXIV

Yeni MÜSAVAT © 2008