|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Dünən Salyan bazarının icraçı direktoru Füzuli Həsənov, satıcılar Tərlan Davudov və Mirsəttar Ağalarov həbs olunublar. Rayon məhkəməsinə aparılan bu şəxslər polisin qanuni tələbinə tabe olmamaqda ittiham ediliblər. Məhkəmə F.Həsənov barəsində 10 sutka həbs qərarı verib. Digər iki nəfər isə cərimə olunaraq sərbəst buraxılıblar. Qaynağımız bildirir ki, bazar Salyanın icra başçısı Əlağa Hüseynovun rəhbərliyi, polisin qüvvəsindən istifadə edilməklə bağlanarkən videoçəkiliş aparılıb: “Əlağa Hüseynov kabinetində oturub çəkilişə baxır və bazar bağlanarkən fəal etiraz edənlərin həbs edilməsinə göstəriş verir. Dünən polis rəisi Şahmar Paşayev şəxsən bir dəstə polisin əhatəsində bazara gəldi. Bazar bağlanana kimi orada balıq satan Tərlan Davudov və Mirsəttar Ağalarovun yaxasından yapışıb bazarda nə etdiklərini soruşdu. İcraçı direktora da satıcıların bazara gəlmələrini irad tutub hər üçünün tutulmasına göstəriş verdi”. “Turan”ın məlumatına görə, hadisə yerinə Əlağa Hüseynov da gedib və bazarın yerində fövqəladə hallar naziri Kəmaləddin Heydərovun hansısa obyekti tikdirəcəyini bildirib. Sahibkarların icra başçısının bu əməlindən dövlət başçısına şikayət edəcəklərinə Ə.Hüseynov “prezident mənəm, nə deyirəmsə, o da olacaq” cavabı verib. Cavad CAHANGİRLİ 1511 dəfə baxılıb
|
[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ [13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK [13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL [13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ [13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ [13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL [13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ [13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ” [13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ? [13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ? [13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...” [13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB [13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB [13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK [13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI [13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU [12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR |
| Yeni MÜSAVAT © 2008 |
|