|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Quba-Xınalıq yolunda növbəti torpaq sürüşməsi baş verib. Yolun 49-cu kilometrliyində 250 metr torpaq sahəsi sürüşməyə məruz qalıb. Sürüşmə nəticəsində yolun hərəkət hissəsində təqribən 100 metr sahə tamamilə yararsız hala düşdüyündən nəqliyyatın hərəkətində fasilə yaranıb. Artıq 3 gündür ki, rayonun Bostankeş, Qala-Xudat və Xınalıq kəndlərinə avtomobil yolu bağlanıb. Kənd sakinləri rayon mərkəzinə getmək üçün təqribən 4-5 kilometr yolu piyada qət etməli olurlar. 6 saylı Quba Yol İstismarı İdarəsindən verilən məlumata görə, ərazidə sürüşmə prosesi hələ davam etdiyindən yolun bərpası ilə bağlı hər hansı bir tədbirin həyata keçirilməsi mümkün deyil. İdarə rəisi Aydəmir Manafovun sözlərinə görə, yolun bərpası ilə bağlı bütün texnika səfərbər olunsa da, sürüşmə prosesinin daha da intensivləşməsi ilə əlaqədar əraziyə təmir briqadasının gətirilməsi mümkün deyil. Bu gün hava şəraitinin daha da kəskinləşməsi vəziyyəti gərginləşdirib. Ərazi Quba Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən nəzarətdə saxlanılır. Xəbər xidməti 410 dəfə baxılıb
|
[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR [12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI [12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB [12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ? [12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR [12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU [12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR [12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA [12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI [11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT [11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB” [11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR [11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN” [11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ [11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR [11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK |
| Yeni MÜSAVAT © 2008 |
|