13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

OMBUDSMANIN NÜMAYƏNDƏLƏRİ EYNULLA FƏTULLAYEV VƏ BLOGGERLƏRLƏ GÖRÜŞDÜ

2010-03-16

İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsinə, 3 saylı İstintaq Təcridxanası və Bakı İstintaq Təcridxanasına baxışlar keçirib, müvəkkilə müraciət edən saxlanılan şəxslərlə görüşərək söhbət aparıblar.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, söhbət aparılmış şəxslər müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməmiş, işgəncəyə məruz qalmadıqlarını söyləyib, eyni zamanda onların bəziləri məhkəmə qərarlarından və barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər.
Aparatın əməkdaşları Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Eynulla Fətullayevlə, bloggerlər Emin Milli (Abdullayev) və Adnan Hacızadə ilə də görüşüblər. Həmin şəxslər saxlanma şəraitindən və onlara qarşı rəftardan şikayət etməyib, vəziyyətlərini diqqətdə saxladığı üçün ombudsmana minnətdarlıqlarını bildiriblər.
Qrant alan 199 QHT-nin adı bəlli oldu
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il QHT-lərə 1-ci maliyyə yardımı müsabiqəsinin nəticələrini açıqlayıb. Şura 199 təşkilata 1 milyon 155 min 90 manat maliyyə ayrılması haqda qərar qəbul edib (qhtxeber.az). Bununla da 2010-cu ildə QHT-lərə 1-ci maliyyə yardımı müsabiqəsi yekunlaşıb.
Müsabiqə ötən il dekabrın 8-də elan edilib, 489 layihə daxil olub. İlkin seleksiya zamanı 82 təşkilatın təqdim etdiyi sənədlərdə çatışmazlıq aşkar edilərək ekspertizaya göndərilmədən geri qaytarılıb. Birtəşkilat eyni layihəni iki dəfə verdiyi üçün layihələrdən biri müsabiqədən kənarlaşdırılıb. 406 layihə ekspertizaya təqdim edilib, 199 təşkilat isə qalib seçilib. Qalib QHT-lər müqavilə bağlamaq üçün aprelin 1-dək (bayram günləri istisna olmaqla) şuranın katibliyinə müraciət etməlidir. Bu müddətə qədər müraciət etməmək maliyyə vəsaitindən imtina kimi qəbul olunacaq.

Xəbər xidməti

369 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ

[13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

[13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL

[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...”

[13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB

[13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB

[13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

ARXIV

Yeni MÜSAVAT © 2008