|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Yol verdikləri nöqsanlara görə direktorları işdən çıxarılan 10 orta məktəbin bəzilərinə yeni direktorlar təyin olunub. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib ki, məktəb direktoru vəzifəsinə öz namizədliyini irəli sürən şəxslər də çoxdur: “Bəzi adamlar deyirlər ki, məni direktor təyin edin. Çox qəribədir ki, adam özü-özünü vəzifəyə təyin etmək istəyir. Məktəb direktoru olmaq üçün ilk növbədə orta məktəbdə müəyyən müddət çalışmaq, məktəbin problemlərini bilmək, onun idarə edilməsində bilavasitə iştirak etmək lazımdır. Həmin adam heç olmasa bir müddət məktəb direktorunun müavini işləməlidir. Biz həmin şəxslərdən nazirlikdə imtahan götürürük. Kim imtahandan uğurla çıxacaqsa, onların məktəb direktoru təyin olunmasına razılıq verəcəyik”. Qeyd edək ki, Təhsil Nazirliyinin “Qaynar xətt”inə edilən müraciətlər əsasında yol verdikləri nöqsanlara görə Bakı şəhərində 10 məktəbin (37, 228, 192, 141, 110, 321, 208, 26, 79 və 61 saylı orta məktəblər) direktoru vəzifəsindən azad edilib, 5 məktəb direktoruna isə (38, 151, 139, 94 və 270 saylı məktəblər) töhmət verilib.
766 dəfə baxılıb
|
[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ [13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK [13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL [13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ [13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ [13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL [13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ [13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ” [13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ? [13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ? [13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...” [13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB [13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB [13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK [13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI [13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU [12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR |
| Yeni MÜSAVAT © 2008 |
|