 |
Ölkə
ZİYA MƏMMƏDOVUN QOÇULARI REPORTYORUMUZU QANINA QƏLTAN ELƏDİLƏR 2010-07-28 İş başında olan müxbirimiz Elmin Bədəlova ciddi xəsarətlər yetirilib; redaksiyanın fotoaparatı sıradan çıxarılıb...
|
Dünən qəzetimizin reportyoru Elmin Bədəlov nəqliyyat naziri Ziya Məmmədovun qoçuları tərəfindən vəhşicəsinə döyülüb. Nazirin qoçuları redaksiyamıza məxsus fotoaparatı da sındırıblar. Hadisə reportyorumuz Mərdəkanda varlılar məhəlləsindən reportaj hazırlayarkən baş verib. Orada Kəbirə Məmmədovanın olduğu bildirilən villa və obyektlərin şəkillərini çəkən reportyorumuzun diqqətini yaxınlıqda olan dəbdəbəli imarətlər də çəkib. İmarətləri fotoaparatın yaddaşına köçürərkən isə həmin vaxt reportyorumuzun yanında qara rəngli “CİP” dayanıb. Oradan düşən idmançı görkəmli şəxs reportyorumuzun boynundan yapışaraq onu gəldiyi maşına əyləşdirib: “Mən ora “Milli Yol” qəzetinin və pia.az saytının redaktor müavini Anar Gəraylı ilə getmişdim. Həmin idmançı görkəmli şəxs bizi tutaraq zorla maşına əyləşdirmək istəyirdi. Az keçmədi ki, başqa bir maşın da yanımızda dayandı. Oradan da 4-5 idmançı görkəmli şəxs düşüb bizi döyməyə başladı. Məni ayaqlarımdan tutub bir neçə dəfə başım üstə yerə çırpdılar. Şəklini çəkdiyim imarətə aparıb orada döyməyə başladılar. Yanımıza bir nəfər gəlib özünü anti-terror mərkəzinin generalı kimi təqdim etdi. Əlimizdən telefonlarımızı alıb söndürdülər. Özümüzü də döyürdülər. 3 saata yaxın bizi saxladılar. Dedilər ki, qoy Ziya Məmmədovun qaynı gəlsin, sizin məsələnizə baxarıq. Bir qədər sonra kostyumda biri gəlib bizi sorğu sual edib telefonlarımızı qaytardı. Dedi ki, imarəti qanunsuz çəkmisiz, ona görə də sizi 6 ay nəzarətdə saxlayacağıq. Telefonlarınız dinləniləcək. Heç yerə şikayət etməyin”.
Bundan sonra reportyorumuz və onunla qanunsuz saxlanılan “Milli Yol” əməkdaşı sərbəst buraxılıblar. “Yeni Müsavat”ın rəhbərliyi olayla bağlı DİN-in 102 xidmətinə, mətbuat bölümünün rəhbərliyinə məlumat verib. Bu gün axşam saatlarında redaksiyaya təcili yardım maşını çağırılıb, Elmin Bədəlova ilkin tibbi yardım göstərilib. Sabah hadisə ilə bağlı ölkənin siyasi rəhbərliyinə və müvafiq strukturlara müraciət olunacaq. Xəbər xidməti 5164 dəfə baxılıb
|
[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ [13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ [13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK [13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL [13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ [13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ SAYILMIR [13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ [13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ” [13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ? [13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ? [13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB [13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK [13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI [13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU [12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR [12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI [12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB ARXIV
|