 |
Ölkə
NAZİR QIZI HAKİMİYYƏTİ PARÇALAYIB 2010-07-29 Erməni gənclə eşq macərası yaşayan nazir qızı ilə bağlı siyasilərin fikirləri haçalanır
|
Azərbaycanda nazir statusunda olan bir komitə sədrinin qızının Londonda erməni gənclə sevgi macərası yaşaması barədə xəbər cəmiyyətimizdə birmənalı qarşılanmayıb. Dünən “Yeni Müsavat”da çıxan sensasion məlumatda bildirilir ki, bu məsələ ortaya çıxandan sonra münasibətlərin kəsilməsi üçün qıza sərt təpki göstərilsə də, nazir qızı buna əhəmiyyət verməyərək erməni gənclə münasibətlərini davam etdirib. Bildirilir ki, hazırda hakimiyyətin yuxarı eşalonunda da bu məsələ ciddi müzakirə olunur. Qızının hərəkətinə görə nazirin işdən qovulması ehtimalı hakimiyyətdəkiləri parçalayıb. Elə siyasətçilərin də bu məsləyə münasibəti haçalanır. Ümid Partiyasının sədri İqbal Ağazadə deyir ki, insanların şəxsi həyatına müdaxilə etməyin tərəfdarı deyil: “Amma mən özüm nə erməni qızı almaram, nə də onunla yaşamaram. Kimsə erməni ilə yaşayırsa, bunu ictimai müzakirəyə çıxarmağın, naziri və qızını ictimai qınaq obyektinə çevirməyin tərəfdarı deyiləm. Nazir qızı olsa belə, belə məsələlərdə azad düşüncənin tərəfdarıyam”. ADP sədri Sərdar Cəlaloğlu da nazirin qızının hərəkətində qəbahətli bir iş olmadığını deyir: “Əgər ailə siyasi motivlərlə qurulmayıbsa, yəni erməni həm də nazir qızından öz milli maraqlarına uyğun istifadə etmək istəmirsə, burada elə bir qəbahət yoxdur. Normal bir şeydir, buna kin, nifrət yaratmaq lazım deyil. Əgər qarışıq ailələr söhbəti qaldırılsa, onda gərək Azərbaycanda on milərlə ailə dağılsın. Bu gün Azərbaycanda o qədər azərbaycanlı qızı ilə evlənmiş məmurlar var ki, onlar dövlətimizə ermənilərdən artıq ziyan vurub, adına xələl gətiriblər. Sadəcə, nazirin fəaliyyətinə qiymət vermək lazımdır. Bu gün yüzlərlə qız və oğlana desək ki, sən öz erməni dostundan və ya aşnandan imtina elə, məgər Qarabağı bu yolla geri qaytara biləcəyik?” S.Cəlaloğlu nazirin qızının məhz bu hərəkətinə görə vəzifədən götürülməsinin tərəfdarı deyil: “Baxmaq lazımdır ki, həmin nazir nə dərəcədə Azərbaycana, Azərbaycan xalqına xidmət edib. Məsələyə bu aspektdən yanaşılmalıdır. Bir vaxtlar xəbər yayıldı ki, bir nazirin oğlu ərə gedib. Nazirin öz fəaliyyəti ilə iqtisadiyyatımıza vurduğu zərbə müzakirə mövzusu olmalı olduğu halda, onun oğlunun ərə getməsi geniş diskussiyalara səbəb oldu. Hesab edirəm ki, nazirlərin özlərinin fəaliyyəti geniş müzakirə olunmalıdır”. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə baş verən hadisəni biabırçılıq sayır: “Rüsvayçı məsələdir. Oradakı diasporumuzun məsələyə münasibətini təqdir edirəm. Orada tərbiyəvi iş aparılmalıdır. Hesab edirəm ki, həmin nazirin erməni qarışığı var. Təəssüf ki, Azərbaycan məmurlarının xeyli hissəsinin etnik baxımdan qarışıqları böyükdür. Konkret bu məsələyə gəlincə araşdırma aparılmalı, nazir cəzalandırılmalıdır. Ən azı, elə bir qız tərbiyə etmiş valideyn Azərbaycanda nazir vəzifəsi tutmamalıdır”. Redaksiyamıza daxil olan son məlumatda məsələnin yaxın günlərdə çözüləcəyi, yəni hakimiyyətin nazirlə bağlı qərar verəcəyi bildirilir. E.QƏDİMOV 2242 dəfə baxılıb
|
[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR [12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI [12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ? [12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU [12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR [12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA [12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI [11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT [11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB” [11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR [11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN” [11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ [11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR [11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK [11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ [11.02.2012] - BAKI ZOOPARKINDA HEYVANLAR İSTİ YERLƏRƏ KÖÇÜRÜLÜB [11.02.2012] - QARLI HAVADA İQTİSADİYYATIMIZ GÜNDƏ 24 MİLYON MANAT İTİRİR ARXIV
|