09 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

TİKİNTİ MALLARI BAZARINDA SÜNİ BAHALAŞMA

2010-07-29

Gömrükdəki qeyri-rəsmi rüsumun iki dəfə qaldırılması yeni qiymət artımına gətirib

May ayından başlayaraq tikinti materialları bazarında xüsusi aktivlik hiss olunur. Həm müvəqqəti olaraq fəaliyyətini dayandırmış tikinti şirkətlərinin işlərini bərpa etməsi, həm də fərdi sektorda tikinti işlərinin getməsi material bazarında yaranan canlanmanın səbəbi hesab edilə bilər.

Lakin qeyd etmək lazımdır ki, bazarda yaranan bu aktivlik qiymətlərin artmasına da təsirsiz ötüşməyib. Əsas bahalaşma özünü idxal olunan dəmir məmulatlarında göstərib ki, bunu da bilavasitə dünya bazarında neftin bahalaşması ilə əlaqələndirmək olar. Eyni zamanda yerli dəmir məmulatları istehsalı bazarında da yuxarıda sadalanan səbəblərlə bağlı qiymət artımı müşahidə olunur. Belə ki, 38 adda məhsuldan 14-ü üzrə qiymət artımı baş verib. Digər tikinti materiallarının qiyməti hələlik sabit qalıb.
Deyilənlərlə bağlı dünən Dərnəgüldəki inşaat materialları bazarında olduq. Söhbətləşdiyimiz satıcılar bildirdi ki, mövsümlə əlaqədar hər il yayda tikinti bazarında bahalaşma müşahidə edilir. Satıcı Arif Baxşıyevin sözlərinə görə, bahalaşma əsasən dəmir məmulatlarının qiymətlərində qeydə alınıb: “Bazarda bahalaşma əsasən martın sonlarında başlayıb və özünü dəmir məmulatlarında və kafel-metlaxın qiymətlərində göstərib. Son aylar armaturun qiyməti təxminən 40-45 faiz artıb. Kafel-metlaxın kvadratmetrinin qiyməti isə təxminən 1 manat bahalaşıb. Yapışdırıcıların qiymətində isə dəyişiklik yoxdur. İnşaat mövsümü ilə əlaqədar taxtanın, mişar daşının da qiyməti bir qədər artıb. Qaradağ daşı 10 qəpik bahalaşıb”.
Santexnika məhsulları nisbətən bahalaşıb. Satıcılar deyir ki, dəmir məmulatlarının bahalaşmasına səbəb iranlı tacirlərin bu məhsula olan tələbatı ilə bağlıdır: “Son vaxtlar bazara müştərilər əsasən İrandan gəlir. Son aylar Bakıdan İrana xeyli dəmir daşınıb. Bu da istər-istəməz bahalaşma yaradır. O ki qaldı son aylar kafel-metlaxın bahalaşmasına, bu, daxili tələbatla bağlıdır”.
Mütəxəssislər isə ölkədə tikinti işinin canlanması ilə əlaqədar yaxın aylarda inşaat materiallarının bir qədər də bahalaşacağını istisna etmir. Bəzi məlumatlara görə, bahalaşma ölkəyə gətirilən inşaat materiallarına gömrük-keçid məntəqələrində tətbiq edilən rüsumun qeyri-rəsmi şəkildə artırılması ilə bağlıdır. Əldə etdiyimiz məlumata görə, son aylar gömrükdə kafel-metlaxa görə tələb olunan qeyri-rəsmi rüsum iki dəfə artırılıb.

MƏHƏBBƏT

729 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - “QADIN ARXADAN BOĞAZIMA KƏNDİR ATIR, KİŞİ İSƏ BIÇAQ DİRƏYİRDİ”

[09.02.2012] - BU GÜN ŞAXTA AZALACAQ

[09.02.2012] - MAGİSTRATURAYA ƏRİZƏ QƏBULU BAŞLAYIB

[09.02.2012] - SƏFƏR ƏBİYEVİN BAŞINA İŞ GƏLİB

[09.02.2012] - HƏBS EDİLƏN KRİMİNAL BİZNESMEN RÖVNƏQ ABDULLAYEVİN ŞƏRİKİ İMİŞ

[09.02.2012] - ZAKİR QARALOVUN HESABATI TOPA TUTULDU

[09.02.2012] - WİKİLEAKS-də ADI KEÇƏN DİNDAR “YENİ MÜSAVAT”a DANIŞDI

[09.02.2012] - PAKİSTANDA ÖLDÜRÜLƏN AZƏRBAYCANLININ YAXINLARI XİN-ə MÜRACİƏT ETDİ

[09.02.2012] - VƏTƏNDAŞ CİNAYƏTLƏ RASTLAŞANDA POLİSƏ MÜRACİƏT ETMƏLİDİR?

[09.02.2012] - PAYTAXT BAZARLARINI DON VURDU

[09.02.2012] - ALİ MƏKTƏBLƏRİN BEYNƏLXALQ REYTİNQİNDƏKİ ACINACAQLI YERİMİZ

[09.02.2012] - ÖLKƏ ƏSRİN REKORD ŞAXTASININ ƏSİRİNƏ ÇEVRİLDİ

[09.02.2012] - ƏHMƏDLİ QƏSƏBƏSİNDƏ HƏYAT DONUB

[08.02.2012] - NAZİRLİKDƏN TÖVSİYYƏ

[08.02.2012] - DİASPOR NAZİRİ “YENİ MÜSAVAT”a DANIŞDI

[08.02.2012] - BAKI QAR FƏLAKƏTİNDƏN QURTULA BİLMİR

[08.02.2012] - BAKI HAVA LİMANINDAN BƏZİ UÇUŞLAR “DONDU”

[08.02.2012] - “İLİN ADAMI” MÜKAFATI SAHİBLƏRİNƏ TƏQDİM EDİLDİ

[08.02.2012] - ŞAXTALAR BALIQ BAZARINI DA ÖLDÜRÜB

[08.02.2012] - “BU İL BAKIDAKI MƏCBURİ KÖÇKÜNLƏRİN ƏKSƏR HİSSƏSİ KÖÇÜRÜLƏCƏK”

ARXIV

Yeni MÜSAVAT © 2008