13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

ŞƏRUR POLİSİNDƏ VƏTƏNDAŞA İŞGƏNCƏ VERİLİB

2010-07-29

Naxçıvan sakini həbsinə etiraz edərək özünü doğrayıb

Srağagün Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunda qanlı olay baş verib. Şərur polisinin əməkdaşları həmin gün gecə saat 2:00 radələrində Mahmud kənd sakini Mustafa Həsənovun evinə gedərək onun oğlunu həbs etmək istəyiblər.

Nəticədə Həsənovlar ailəsi ilə polis əməkdaşları arasında qarşıdurma baş verib. Bu barədə “Yeni Müsavat”a bölgədəki əməkdaşımız məlumat verib. Onun sözlərinə görə, gecə saatlarında mülkü geyimli şəxslər M. Həsənovun oğlu Elxan Həsənovu Şərur Rayon Polis Şöbəsinə aparmaq istəyiblər: “Amma Mustafa Həsənov və onun həyat yoldaşı buna etiraz edib. Elxan isə baş verənlərə dözməyərək hamının gözü qarşısında özünü doğrayıb. Amma bununla belə, polis əməkdaşları Elxan Həsənovu və onun valideynlərini zorla polis bölməsinə aparıblar. Elxanın xəstəxanaya yerləşdirilməsi tələb edilsə də polis buna məhəl qoymayıb. Yalnız ona şöbədə ilkin tibbi yardım göstərilib. Elxanın həbsinin səbəbi isə hələlik heç kəsə məlum deyil”.
Əməkdaşımız bildirib ki, E. Həsənov 4-5 gün öncə həbsxanadan evə buraxılıb: “Bir neçə gün öncə onu həbs edərək Şərur Rayon polis şöbəsinə aparıblar. Atasının dediyinə görə, şöbədə Elxanı möhkəm döyüblər. Bir müddət həbsxanada saxlandıqdan sonra evə buraxılıb. Oğlum mənə dedi ki, ona şöbədə olmazın işgəncə veriblər”. Sonda aldığımız məlumata görə, M. Həsənovun yaxın qohumları üzləşdikləri problemlə bağlı Naxçıvan şəhərinə gedərək Daxili İşlər Nazirliyinə şikayət ediblər.

MƏHƏBBƏT

635 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ

[13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

[13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL

[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...”

[13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB

[13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB

[13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

ARXIV

Yeni MÜSAVAT © 2008