 |
Ölkə
XALQIN NAZİR QIZININ HƏRƏKƏTİNƏ MÜNASİBƏTİ SƏRTDİR 2010-07-29 “Həmin məmura haram olsun ki, belə bir qız böyüdüb...”
|
Ötən sayımızda azərbaycanlı nazirin Londonda təhsil alan qızının erməni ilə yaşaması haqda məlumat vermişdik. Onu da qeyd etmişdik ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həmin şəhərdə təhsil alan oğlu, Avropa Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərov məsələyə sərt şəkildə müdaxilə edib, qızla danışıb, onun əməlinin Azərbaycan adına ləkə olduğunu və bu münasibətə son qoymağı tələb edib. Ancaq nazir qızı nə ona, nə də atasına məhəl qoymayıb və qəti şəkildə bildirib ki, o, azad ölkədə yaşayır, istədiyini edə bilər. Maraqlıdır, bəs Azərbaycan xalqının bir nazir qızının erməni ilə yaşamasına münasibəti necədir? Sadə vətəndaşlarımızın bu məsələyə münasibətini öyrənmək üçün paytaxt sakinləri arasında kiçik bir sorğu keçirdik. Təmirçi Vüsal Nəbiyevin fikrincə, azərbaycanlı qızın erməni ilə yaşaması yolverilməzdir: “Ermənilər Azərbaycan qızlarının başına min cür oyun gətirdilər, ağıla gəlməz hərəkətlərlə bizi bütün dünyada rəzil bir xalq kimi tanıtdılar. İndi də bu dövləti idarə edənlərin birinin qızı erməni ilə yaşayır. Özümüzünkülər bunları edəndə biz başqalarına nə deyə bilərik? Eyni vəziyyət Ermənistanda olsa, həmin naziri asardılar, amma bizdə heç kəsə heç nə deyilmir”. Müəllim Nazim Vəliyevə görə, bir nazirin qızı erməni ilə yaşayırsa, burada söz deməyə ehtiyac yoxdu: “Ən azından o insanlar düşünməlidirlər ki, ermənilər bizim xalqımıza işgəncələr edib, qızlarımızın namusuna toxunub. Yenə eyni hal təkrarlanır, erməni oğlu azərbaycanlı qızı ilə evlənməz, müəyyən vaxt sonra atacaq. Bizim namusumuz ləkələnəcək”. Dəmir yol işçisi Qivami Məmmədov isə bu halı ironik şəkildə normal sayır: “Nazir qızının erməni ilə yaşamasına nə demək olar ki? Hakimiyyətdəkilərin çoxunun soyu azərbaycanlı deyil. Kiminin anası ermənidi, kiminin atası, kiminin də ulu babası. Nəticədə qan çəkir, heç kəs də onlara tənqidi yanaşıb bir söz demir. Kim o nazirin adını yazıb, qızı haqqında söz desə, sabah bir gülləyə qurban gedəcək. Ona görə də soyu bəlli olmayan adamlar haqda heç nə deməyə dəymir”. Taksi sürücüsü Rəfael Tağıyev hakim ailələrin uşaqlarında vətənpərvərlik ruhu axtarmağın mənasız olduğu qənaətindədir: “Uşaq tərbiyəni ailədən alır. Həmin qız gözünü açdığı gündən görür ki, atası ölkəni çapıb-talayanlardan biridir, xalqı uçuruma doğru aparan bir hakimiyyət nümayəndəsinin qızında vətənpərvərlik ruhu ola bilərmi? İnanmıram ki, qızı erməni ilə yaşayan nazir bu vəziyyətdən narahatdır, narahat olsaydı, övladının bu addımı atmasına imkan verməzdi. Özləri kimi də övladları var”. Bakı sakini Sevda xanım isə azərbaycanlı qızının erməni ilə yaşamasını inandırıcı qarşılamır: “İnanmıram ki, qanında türk qanı axan bir qadın erməni ilə yaşasın. Ən azı bu addımı atmazdan əvvəl düşünməlidir ki, ermənilər bizim torpaqlarımızı işğal edib, oğullarımızı öldürüb, qızlarımızın namusuna toxunub. O qız da gələcəyin anasıdır, bizi bu hala salan bir millətin yeni bir nümayəndəsini dünyaya gətirmək ən böyük namussuzluqdur. Həmin nazirə də haram olsun ki, belə bir qız böyüdüb”. 60 yaşlı Telman Əliyev də naziri və qızını qınayır: “Həmin qıza da, atasına da azərbaycanlı deyə bilmərəm. Qanı bizim millətin qanından olan insan, kimliyindən asılı olmayaraq o dərdləri unuda bilməz. Qarabağ bizim ən yaralı yerimizdir, ölənləri, əsir götürülənləri, gözü yaşlı anaları unutmaq heç bir namusa, vicdana sığmaz. Kimsə bu günə qədər olanları unudub, erməniylə yaşayırsa o qıza da, atasına da deyiləcək söz yoxdur. Onlar ölümə də layiq deyil, torpağı çirkləndirərlər”. Beləcə kiçicik bir sorğu xalqımızın məlum olaya sərt münasibətini ortaya çıxardı. Görəsən, cavabdeh dairələr bundan nəticə çıxaracaqlarmı?! Şahnaz NOVRUZQIZI 4366 dəfə baxılıb
|
[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ [13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK [13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL [13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ [13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ [13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL [13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ [13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ” [13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ? [13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ? [13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...” [13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB [13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB [13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK [13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI [13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU [12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR ARXIV
|