09 sentyabr 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

PAYTAXTIN MƏRKƏZİNDƏ ƏXLAQSIZLIQ YUVALARI

Bakı barları priton kimi fəaliyyət göstərir; əməkdaşımız insan alverinin leqal fəaliyyət göstərdiyi məkanları aşkarladı; heyrətamiz faktlar var...

Bakının mərkəz və ətraf ərazilərində hər addımbaşı bar, diskoteka, gecə klublarına rast gəlmək olar. Sözügedən əyləncə mərkəzləri isə çox vaxt açıq şəkildə priton kimi fəaliyyət göstərirlər. Və onların sahiblərinə “gözün üstə qaşın var” deyən yoxdur. Paytaxt barlarında sistemləşmiş bir şəbəkə mövcuddur.

Bu şəbəkənin nədən ibarət olduğu haqda məlumat verəcəyik. Bəs görəsən, bar və diskotekalarda içkilərin qiyməti, intim xidmət neçəyədir? Gecələr həmin barlarında nələr baş verir? Gənclər daha çox hansı barlara üstünlük verirlər? Ötən gün siqaret dumanına bürünmüş, başgicəlləndirici, musiqi səsindən qulaq batan Bakı barlarını gəzdik. Görüb-eşitdiklərim heyrətamiz və dəhşətli idi.
Ondan başlayaq ki, “Torqovıy” meydanına bitişik Lev Tolstoy küçəsi boyunca müxtəlif əcnəbi adlar altında barlar fəaliyyət göstərir. Bura yalnız əcnəbi vətəndaşlar müraciət edirlər. İngilis, amerikan və almanların toplaşdığı barlarda səhərə qədər “vur çatlasın”dır.
Ardınca şıdırğı oyun poliqonuna çevrilmiş başqa bir bara üz tuturuq. Burda “palatka” toylarına aid mahnıları oynayanlar, fit çalanlar, qışqıranları görmək olar. Toy məclisinə bənzəyən barın adı da mövzudan uzaqdır. Söhbət “Sahil bağı” yaxınlığında “Cimbom” adlı bardan gedir. Kənardan bukmeyker və ya futbol-kafesi təəssüratı yaradan bu məkandan çıxanda tamam ayrı ovqat yaranır. Barın önündə 3-4 taksi dayanıb. İçəri daxil olan kimi burda seyrəklik dərhal nəzərə çarpır. Toy mahnılarını oynayanlar demə, müştəri gözləyən qızlar və sürücülərdir. Hər iki peşənin sahibləri üzərimə yüyürüb, qonaqpərvərlik nümayiş etdirirlər. Qaranlıqda göz-gözü görməsə də, təxminən 8-10 qız üzərimə şığıyıb özlərini reklam etməyə başladılar. Onlardan biri məni özü ilə dartıb başqa otağa dəvət etdi. Bu cür qarşılamadan sonra aydın oldu ki, barda məndən başqa müştəri yoxdur.
«Cimbom"da qiymətlər çox ucuzdur. Aynur adlı qız evə 1 saatı 30 manat, bütün gecəni 80 manata gələ biləcəyini təklif etdi: “Bir qayda olaraq 1 saatı 50 manata gəlirəm. Sadəcə, iş getmir və müştəriləri geri qaytarmaq istəmirik. Ona görə qiymətdə endirim edirik. Taksiyə ayrıca 20 manat ödəməlisən. Bir də barın hesabını ver, hara istəsən gedək”.
Xidmətçiyə yaxınlaşıram. 2 bakal pivə, bir qutu siqaretə görə 20 manat verəcəyimi deyir. Ancaq bura gəlişimin məqsədi reportaj hazırlamaq idi. Bardan çıxan kimi qızlar da pilləkənlərdə otururlar. Müştəri üzünə həsrət qalan xanımlar küçədə müştəri axtarmağa başlayırlar...

***

Nizami və Qoqol küçələrinin kəsişməsindəki barlara da baş çəkirik. Burda mühafizə xidməti gözümüzə dəymədi. Ümumiyyətlə, barların bir çoxunda mühafizə xidməti yoxdur. Hər üç barda gurultulu musiqi olsa da, bir neçə müştəri var idi. Onlar da qızlarla əylənib, pivə içirdilər. “Malibo” adlı barda işləyən Yelena adlı qız qışda vəziyyətin daha dözülməz olduğunu deyir: “Yayda yenə adam gəlir. Qışda iş olmur və boş-bekar otururuq. Həm də Azərbaycanda seks xidmətləri göstərən yerlər çoxdur. İnsanlar isə çox dəyişib. Əksəriyyət tanış olduqları qızlarla yatmağa üstünlük verirlər”.
“Yakamoz” barında 1 saatlıq seks 50 manat, sauna 15 manat, barın “haqqı” isə 10 manatdır. Saunaya aparan taksiyə isə 20 manat ödəməlisən. “Neptun barında da qiymət təklifləri oxşar idi. Maraqlısı odur ki, müştəri qıtlığı hökm sürdüyü bir vaxtda, qiymətlər heç də uyğun deyil. ”Neptun" barda Vüsalə adlı qız yarım saatı 40 manata bardan çıxır: “ 20 manat taksi, 15 manat saunadır. Evə gəlmirəm. Buna icazə vermirlər. Üstəlik, evə gedəndə min cür hadisə baş verir. Bu barın qanunu var ki, həm bara, həm də taksi, saunaya qazanc gətirməlisən. Bara da 20 manat xeyir verməlisən”. Yaxınlıqdakı “Elit”, “555", ”Night club" barlarında sükutdur. Hamı müştəri gözləyir, qiymətlər isə çox bahadır. Bülbül prospektində “Eniqma”, “Qladiator”, “Bird club” adlı barlar da var.
İlk iki barın iş xarakteri “Cimbom” bara bənzəyir. Yəni mağar toylarının mahnıları oynanılır, qızların “xidmət”indən istifadə edən yoxdur. “Bird club”da qiymətlər od tutub yanır. Bir qızla “görüşmək” üçün yarım saatı 50 manat (endirimsiz), taksiyə 25 manat, saunaya 25 manat, bara 20 manat hesab verməlisən. Üst-üstə 120 manat bir saatın içində qəhətə çıxır.

***

Bakı barlarında diqqətimi çəkən bir məqam da barlarda azyaşlı qızların olmasıdır. H.Z.Tağıyev küçəsində “Harry”, “SOS” adlı disko-barlarda yeniyetmə qızlar görmək olar. Şəhərin məşhur “Coral”, “Prins” barlarında mühafizə xidməti var. Qiymətlər çox bahadır. 1 saatlıq “xidmət” üçün 50 manat, 20 manat taksi, 25 manat sauna və 15 manat da barda içki və siqaret pulu ödəmək tələb olunur.
Paytaxtda aşkar şəkildə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən məkan isə əvvəllər adı “Relax” olan (hazırda qarşısında lövhə yoxdur) R.Behbudov küçəsində yerləşən bardır. Burda içki, taksi, sauna xərcləri ödənilmir. Çünki barda qızlarla “görüşmək” üçün xüsusi otaqlar ayrılıb. Qız seçimi edilib pul ödənilir. Təşkilatçı müştəriyə ödənilən məbləğin çekini qaytarır, qız vərəqə bugünlük hesabatını yazır. Yəni neçənci müştərini qəbul etdiyini qeyd edir. Bu obyektdə insan alverinin leqal forması mövcuddur. Yarım saatlıq xidmət 50 manatdır. Qızların evə “çıxmaq” hüququ yoxdur.
Sonda qeyd edək ki, Bakıda “Nəsimi” bazarı yaxınlığında “Araz”, “Dərnəgül” bazarı yanında adsız bir bar da fəaliyyət göstərir. Mənzərə də, qiymətlər də oxşardır. Müşahidələrimiz onu deməyə əsas verir ki, Bakıda bar-diskotekaların demək olar, hamısı, fahişəxanalara çevrilib...

Emil SALAMOĞLU

2405 dəfə baxılıb

[09.09.2010] - ÖLDÜRÜLMÜŞ GENERALIN OĞURLANMIŞ ƏŞYALARINA BAXILDI

[09.09.2010] - BAYRAM GÜNLƏRİ KİMLƏR İŞ BAŞINDA OLACAQ?

[09.09.2010] - HAKİMİYYƏT MÜXALİFƏTƏ MİTİNQ YERLƏRİ TƏKLİF EDİB

[09.09.2010] - NAZİRİN ADI HALLANAN ÖLÜM İŞİNDƏ ŞOK GƏLİŞMƏ

[09.09.2010] - CAHANGİR HACIYEVİN ADI İNDİ DƏ BAŞQA QALMAQALDA

[09.09.2010] - ELMAN MƏMMƏDOV GƏDƏ SÖZÜNÜ GERİ GÖTÜRDÜ

[09.09.2010] - XANƏMİRİN KİTABLARI TƏQDİM OLUNDU

[09.09.2010] - ABU-nun TƏLƏBƏLƏRİ 9 ALİ MƏKTƏB ARASINDA BÖLÜNƏCƏK

[09.09.2010] - CƏBHƏDƏ VƏZİYYƏT GƏRGİN OLARAQ QALIR

[09.09.2010] - RAMAZANDAN SONRA RESTORANLARDA SİFARİŞLƏR ARTIB

[09.09.2010] - ŞEYXİN QUDASI NƏHAYƏT Kİ, TƏSLİM EDİLDİ

[09.09.2010] - “TƏZƏ BAZAR”da EKZOTİK HEYVAN BAZARI

[09.09.2010] - LƏNKƏRAN DAVASI İLƏ BAĞLI ZİDDİYYƏTLİ MƏLUMATLAR YAYILIB

[09.09.2010] - KEÇMİŞ NAZİRİN QOHUMU ETİRAZ EDİR

[09.09.2010] - İLHAM ƏLİYEV XALQI TƏBRİK ETDİ

[09.09.2010] - SOSİAL MÜAVİNƏTLƏR ARTIRILDI

[09.09.2010] - ŞƏKİNİN SABİQ BAŞÇISI EV DUSTAĞI EDİLİB

[09.09.2010] - “BORJOMİ” 120 YAŞINI QEYD EDƏCƏK

[09.09.2010] - İSA QƏMBƏR XALQI TƏBRİK ETDİ

[09.09.2010] - TAĞI ƏHMƏDOV MOTODROMDAKI EVLƏRİ DƏ SÖKDÜRÜR

ARXIV

Yeni MÜSAVAT © 2008