12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

AZƏRBAYCAN SƏMASINİ RUS SİLAHI QORUYACAQ

2010-07-29

Rusiyadan C-300 zenit-raket kompleksinin alınmasına dair müqavilə imzalanıb

2009-cu ildə Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın “Rosoboroneksport” şirkəti ilə 2 ədəd C-300 PMU-2 “Favorit” zenit-raket kompleksinin alınmasına dair müqavilə imzalayıb.

APA-nın xəbərinə görə, bu barədə “Vedomosti” qəzetinə müdafiə sənayesi müəssisələrindən birinin top-meneceri və zenit-raket kompleksinin hissələrinin istehsal olunduğu zavodlardan birinin meneceri məlumat verib. Menecer artıq müqavilənin yerinə yetirilməsinə başlandığını və yaxın 2 ildə reallaşa biləcəyini deyib. “Rosoboroneksport”un nümayəndəsi məsələyə şərh verməkdən imtina edib, Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov isə bu barədə məlumata malik olmadığını söyləyib.
Qəzet xatırladır ki, sovet dövründə Bakının hava hücumundan müdafiə sistemi çox güclü olub və yalnız Moskva ilə Leninqradın müdafiəsindən geri qalıb. 1990-cı illərdə bu sistem dağılmağa başlayıb və indi Azərbaycan sistemi yeniləmək istəyir. Rusiyalı zabit Azərbaycana C-300 kompleksinin satışının Ermənistanla Azərbaycan arasındakı qüvvələr nisbətində ciddi dəyişiklik yaratmayacağını vurğulayıb. Çünki nə Azərbaycanın, nə də Ermənistanın müasir bombardmançı təyyarələri, qanadlı və ballistik raketləri yoxdur. C-300 isə məhz bu cür hücum vasitələrinə qarşı nəzərdə tutulub. Zabitin fikrincə, çox güman ki, Bakı İranla bağlı gözlənilməz hadisələrdən sığortalanmaq istəyir.
“Moskow Defence”in redaktoru Mixail Barabanov bildirib ki, Azərbaycana satılan C-300 PMU-2 sisteminin qiyməti azı 300 milyon dollardır. Strategiyalar və Texnologiyalar Analizi Mərkəzinin direktoru Ruslan Puxov isə qeyd edib ki, Azərbaycan neft dollarları hesabına ordusunu müasirləşdirir və Ukraynadan, Belarusdan, İsraildən, CAR-dan silah alır. Belə ki, Ukraynadan MiQ-29 qırıcıları və zirehli texnika, İsraildən tank əleyhinə müasir “Spike” raketləri, CAR-dan isə modernləşdirilmiş Mi-24 hərbi vertolyotları satın alınıb. “Moskva Azərbaycana müasir hava hücumundan müdafiə sistemləri satmasaydı, bunu CAR və ya İsrail edərdi. Ona görə də bu sövdələşmə Rusiyanın maraqlarına uyğundur”, deyə ekspert fikrini tamamlayıb.

APA

2608 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

[11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ

[11.02.2012] - BAKI ZOOPARKINDA HEYVANLAR İSTİ YERLƏRƏ KÖÇÜRÜLÜB

[11.02.2012] - QARLI HAVADA İQTİSADİYYATIMIZ GÜNDƏ 24 MİLYON MANAT İTİRİR

[11.02.2012] - DAHA BİR ADAM DONVURMADAN ÖLDÜ

ARXIV

Yeni MÜSAVAT © 2008