13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

PƏNAH HÜSEYNİN NAZİRLƏ MƏHKƏMƏ ÇƏKİŞMƏSİ DAVAM EDİR

2010-07-29

Avqustun 4-də Apelyasiya Məhkəməsi millət vəkilinin şikayətinə baxacaq

Dünən Bakı Apelyasiya Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə millət vəkili Pənah Hüseynin Yasamal Rayon Məhkəməsinin 3 may 2010 tarixli qətnaməsindən verilən apelyasiya şikayətinə baxıldı.

Füzuli ƏləkbərovXatırladaq ki, P.Hüseynin Yasamal Rayon Məhkəməsində əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova qarşı qaldırdığı iddiaya səbəb nazirliyin Sabirabad rayonunda ünvanlı sosial yardım alan vətəndaşların siyahısına dair verdiyi sorğuya cavab verməməsi olub. Yasamal Rayon Məhkəməsi millət vəkilinin şikayətini təmin etməmişdi. 
Qarşı tərəfin nümayəndəsi P.Hüseynin şikayətinin məzmunu ilə tanış olmadığını bildirdi və hakimdən məhkəmə prosesinin müvəqqəti olaraq təxirə salınmasını xahiş etdi.
P.Hüseyn rayon məhkəməsində hakim Xəqani Məmmədovun sədrliyi ilə keçirilən prosesdə iddiaya mahiyyəti üzrə baxılmadığını, haqlarının pozulduğunu söylədi. 
Hakim Aygün Abdullayeva məhkəməyə təqdim olunan sənədlərlə tanış olduğunu və qarşı tərəfin  şikayətin məzmunu ilə tanış olması üçün  təmin olunması  məqsədilə məhkəmə prosesinin təxirə salındığını bildirdi. Növbəti məhkəmə prosesi avqustun 5-i saat 12:00-da keçiriləcək.

Leyla İLQAR

625 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ

[13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

[13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL

[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...”

[13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB

[13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB

[13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

ARXIV

Yeni MÜSAVAT © 2008