13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

BEYNƏLXALQ QURUM AZƏRBAYCAN MƏHKƏMƏSİNİN QƏRARINI PİSLƏDİ

2010-07-29

Jurnalistləri Müdafiə Komitəsi Adnan Hacızadəni vaxtından əvvəl buraxmaqdan imtina edilməsini qınayıb

Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) bazar ertəsi blogger Adnan Hacızadəni cəzasının yarısını çəkməsi ilə əlaqədar vaxtından əvvəl azadlığa buraxmaqdan imtina edən Qaradağ Rayon Məhkəməsinin qərarını pisləyib. “Azərbaycan hakimiyyəti bizim həmkarımızı buraxmamaq üçün səbəblər axtarmağa son qoymalıdır” - deyə, CMK-nın direktor müavini Robert Maxoni bildirib. “Biz Apelyasiya Məhkəməsini qanuna uyğun olaraq Adnan Hacızadəni azad etməyə çağırırıq”- deyə, o vurğulayıb.

Bu arada iyulun 27-də Vaşinqtonda “İnternet fəalları və avtoritar rejimlər: «Qalib kimdir?” mövzusunda keçirilən konfransda Azərbaycanda bloggerlərin həbsi məsələsi qaldırılıb. Tədbir “Xarici siyasi təşəbbüs” təşkilatı tərəfindən təşkil olunub. İştirakçılar İnternetdə sosial şəbəkələrdə fikir azadlığı ilə bağlı məsələləri müzakirə ediblər. Əsasən Azərbaycanda bu sahədə vəziyyətlə bağlı məsələ qaldırılıb. Belə ki, “Freedom House” təşkilatından moderator Robert Querra, Google şirkətindən məruzəçi Bob Burstin, Demokratiya və Texnologiyalar Mərkəzindən Sintiya Vonq hakimiyyətin İnterneti və azad KİV-i nəzarətə götürmək cəhdlərindən narahatlığını bildiriblər. Buna misal olaraq, sosial şəbəkədə fəaliyyətlərinə görə Adnan Hacızadənin və Emin Millinin işi göstərilib.

SEVİNC

336 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ

[13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

[13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL

[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...”

[13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB

[13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB

[13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

ARXIV

Yeni MÜSAVAT © 2008