 |
Ölkə
RUSTAVİDƏ GÜRCÜ-AZƏRBAYCAN UNİVERSİTETİ AÇILACAQ 2010-07-29 “Borçalı” Cəmiyyəti Dmanisidə “Elat mədəniyyəti” günləri keçirdi
|
İyulun 25-də “Borçalı” Cəmiyyətinin təşkilatçılığı ilə Dmanisidə (Gürcüstan) ikinci “Elat mədəniyyəti” günləri keçirildi. Başkeçid (Armudlu) yaylağında baş tutan tədbirə Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirliyindən, Cənubi Azərbaycandan nümayəndələr qatılmışdı. Tədbiri folklorşünas Elxan Məmmədli açdı. Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Fəxri Hacıyev Gürcüstanda xalq mədəniyyəti ilə bağlı yaranan ənənələrdən danışıb dedi ki, gürcü və Azərbaycan xalqları arasında dostluğa səbəb olan hər toplantı dəstəklənməlidir. “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə dedi ki, Borçalı türkləri min illərlə yaratdığı mədəniyyəti ortaya qoyub: “Borçalı uğrunda 20 illik mübarizə meydanında olan bir partiyanın Ali Məclis sədrliyindən istefa verdim. Bu gün hesabata gəldik. Amma təəssüf ki, mədəniyyətin qarşısına kötük atanlar var. Azərbaycan və Gürcüstan mədəniyyəti bir yerdə olmalıdır. Mədəniyyətin qarşısına keçəni Allah da qəbul etməz. Babalarımız qızıl balığın kürü tökdüyü bir zolaqda elə bir mədəniyyət yaradıb ki, dünya texnoloqları bunun qarşısında baş əyir. Qarının içində yağ, motalın içində pendir on illərlə qala bilər. Babalarımız bunu sübut edib. Biz böyük ənənələrdən gələn bu dəyərlərin ətrafına yığışmışıq”. Z.Məmmədli Borçalı toplumunun dəyərlərindən də danışdı: “Ola bilsin, bir məmurun, ya bir hiylənin qarşısında geri çəkilərəm. Bunu qorxaqlığım kimi yox, əxlaqlı olmağım kimi qəbul elə. Millətin dil və yaşam haqqını pozmaq, toplumun dəyərlərini tapdamaq olmaz. Faxralı, Saraclı kəndinin adını dəyişmək olmaz. Gürcüstan konstitusiyasına sayğı ilə yanaşıram. Amma bu kənd adlarının dəyişdirilməsi beynəlxalq hüquqa ziddir. Bundan siyasi kapital toplamağa cəhd etmirik. Mən eyni zamanda bu respublikanın vətəndaşıyam, əslim-nəslim Gürcüstanda doğulub. Mən Gürcüstanın ərazi bütövlüyünü, demokratik inkişafını istəyirəm. Bu yaxınlarda Batumidə dövlət başçılarına verdiyimiz mesajlar dəstək aldı. Nəhayət, Türkiyə-Azərbaycan-Gürcüstan konfederativ dövlət modeli ortaya gəldi. Bu konfederasiya Qafqazı təhlükələrdən xilas edən ən güclü model olacaq. Gürcüstanda korrupsiya, rüşvət aradan qalxıb, Gürcüstan rus imperiyasına qarşı açıq mübarizə aparır. Bunu alqışlayırıq. Gürcüstana təcavüz olacağı təqdirdə biz də ön sıralara keçəcəyik”. Cəmiyyət sədri dedi ki, Azərbaycanla Gürcüstan arasında aparılan danışıqlar öz bəhrəsini verir: “Rustavidə gürcü-Azərbaycan təmayüllü universitetin tikilməsi haqda qərar var. İnsanlarımız geri qayıdır, onlar Saakaşvilinin çağırışına cavab verdi. Başkeçiddəki canlanma Gürcüstanı sevindirməlidir”. Türkiyənin Gürcüstandakı səfirliyinin nümayəndəsi Əhməd Ərdəm dedi ki, Türkiyə-Azərbaycan-Gürcüstan dostluğu özünü Armudlu yaylağında göstərdi: “Bu tədbir bizim mədəniyyətlərarası dayanışmanı ortaya qoyur. Buna görə dəyərli qardaşlarıma sevgilərimi çatdırıram”. Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədr müavini Emin Eminbəyli tədbir iştirakçılarına xaricdə yaşayan azərbaycanlıların salamını çatdırdı və xaricdə yaşayan imkanlı şəxsləri Borçalıya sərmayə qoymağa çağırdı. Tədbirin bədii hissəsində aşıqların ifasında saz havaları səsləndirildi. Cıdır təşkil olundu. Gənclər arasında idman yarışları keçirildi. Leyla İLQAR, Bakı-Dmanisi-Bakı 398 dəfə baxılıb
|
[09.02.2012] - “QADIN ARXADAN BOĞAZIMA KƏNDİR ATIR, KİŞİ İSƏ BIÇAQ DİRƏYİRDİ” [09.02.2012] - BU GÜN ŞAXTA AZALACAQ [09.02.2012] - MAGİSTRATURAYA ƏRİZƏ QƏBULU BAŞLAYIB [09.02.2012] - SƏFƏR ƏBİYEVİN BAŞINA İŞ GƏLİB [09.02.2012] - HƏBS EDİLƏN KRİMİNAL BİZNESMEN RÖVNƏQ ABDULLAYEVİN ŞƏRİKİ İMİŞ [09.02.2012] - ZAKİR QARALOVUN HESABATI TOPA TUTULDU [09.02.2012] - WİKİLEAKS-də ADI KEÇƏN DİNDAR “YENİ MÜSAVAT”a DANIŞDI [09.02.2012] - PAKİSTANDA ÖLDÜRÜLƏN AZƏRBAYCANLININ YAXINLARI XİN-ə MÜRACİƏT ETDİ [09.02.2012] - VƏTƏNDAŞ CİNAYƏTLƏ RASTLAŞANDA POLİSƏ MÜRACİƏT ETMƏLİDİR? [09.02.2012] - PAYTAXT BAZARLARINI DON VURDU [09.02.2012] - ALİ MƏKTƏBLƏRİN BEYNƏLXALQ REYTİNQİNDƏKİ ACINACAQLI YERİMİZ [09.02.2012] - ÖLKƏ ƏSRİN REKORD ŞAXTASININ ƏSİRİNƏ ÇEVRİLDİ [09.02.2012] - ƏHMƏDLİ QƏSƏBƏSİNDƏ HƏYAT DONUB [08.02.2012] - NAZİRLİKDƏN TÖVSİYYƏ [08.02.2012] - DİASPOR NAZİRİ “YENİ MÜSAVAT”a DANIŞDI [08.02.2012] - BAKI QAR FƏLAKƏTİNDƏN QURTULA BİLMİR [08.02.2012] - BAKI HAVA LİMANINDAN BƏZİ UÇUŞLAR “DONDU” [08.02.2012] - “İLİN ADAMI” MÜKAFATI SAHİBLƏRİNƏ TƏQDİM EDİLDİ [08.02.2012] - ŞAXTALAR BALIQ BAZARINI DA ÖLDÜRÜB [08.02.2012] - “BU İL BAKIDAKI MƏCBURİ KÖÇKÜNLƏRİN ƏKSƏR HİSSƏSİ KÖÇÜRÜLƏCƏK” ARXIV
|