13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

ƏDLİYYƏ NAZİRLİYİ ELÇİN BEHBUDOVA PROBLEMLƏR YARADIR

2010-07-30

Avropa Şurası bununla bağlı narahatlığını bildirib

Ədliyyə Nazirliyi İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudova monitorinqlər aparmaqda problemlər yaradır. Bu barədə komitənin yaydığı məlumatda bildirilir ki, Avropa Şurasının müvafiq qurumu bu məsələ ilə bağlı narahatlığını ifadə edib.

“İşgəncələrə Qarşı Azərbaycan Komitəsi güc strukturlarının müvəqqəti saxlanma təcridxanalarında, istintaq təcridxanalarında, haupvaxtlarda, cəzaçəkmə müəssisələrində mütəmadi monitorinqlər keçirir. Monitorinqlərin keçirilməsi yaranmış vəziyyətdə hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətinə ictimai inamın artırılmasına və bu sahədə islahatların aparılmasına öz müsbət təsirini göstərir. Azərbaycanda və ölkədən kənarda fəaliyyət göstərən beynəlxalq təşkilatlar komitənin fəaliyyətini izləyir və müsbət qiymətləndirir. Son günlər Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən komitə sədri Elçin Behbudova yaradılan məhdudiyyətlər xarici təşkilatları da ciddi narahat etməyə başlayıb. Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsinin əsas söz sahiblərindən biri Petya Nestorova baş verənlərlə bağlı narahatlığını bildirib: ”Sizin təzyiq altında olmağınız barədə eşitdikdən sonra narahat oldum. İQAK uzun müddət  Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsinin ölkədəki həbsxanalar və polis təsisatları barəsində vəziyyət haqqında lazımi məlumatlarla təmin etmişdir. Ümid edirəm ki, sizin təşkilat məhbus hüquqlarının pozulması hallarının qarşısının alınmasında öz dəyərli işini davam etdirəcək. Bunu etməyin ən mühüm yolu azadlığın məhdudlaşdırılma yerlərinin birbaşa monitorinqinə sizə icazə verilməsidir"".

M.MAHRIZLI

459 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ SAYILMIR

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

ARXIV

Yeni MÜSAVAT © 2008