12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

ADNAN HACIZADƏ YENİDƏN TÜRMƏYƏ QAYTARILDI

2010-07-30

İsaxan Aşurov bloggerin təcridxanaya köçürülməsi ilə bağlı apelyasiya şikayəti verəcəyini deyir

Həbsdə olan blogger Adnan Hacızadənin vəkili İsaxan Aşurov müvəkkilinin məhkəmədən sonra yenidən həbsxanaya göndərilməsini qanunsuz sayır. Bu barədə “Azadlıq” radiosuna məlumat yayıb.

İ.Aşurov Qaradağ Rayon Məhkəməsi hakiminin qərarına baxmayaraq A.Hacızadənin həbsxanaya aparıldığını deyib: “Ona görə də apelyasiya şikayəti verəcəyik”.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə bunun qanunsuz addım olmadığını bildirib: “Məhkumun iki ay müddətinə istintaq təcridxanasına göndərilməsi barədə hakimin qərar çıxarması məhkəmədən əvvəl olan məsələdir. Bir qayda olaraq məhbus müəyyən müddətə istintaq təcridxanasına etap olunur. İşinə məhkəmədə baxılandan sonra o, yenidən cəzaçəkmə müəssisəsinə qaytarılır. Hakimin qərarı məhkumun cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına keçirilməsi üçün qanuni əsasdır. Məhkumun iki ay ərzində istintaq təcridxanasında qalması mütləq deyil. Bu işdə də məhkəmə olub və qərar qəbul olunandan sonra o, yenidən cəzaçəkmə müəssisəsinə qaytarılıb”.
Xatırladaq ki, Qaradağ Rayon Məhkəməsində həbsdə olan blogger Adnan Hacızadənin ərizəsinə baxılıb. Müdafiə tərəfi onun cəzasının tən yarısını çəkməsinə əsaslanaraq şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət etmişdi. Məhkəmə ərizəni təmin etməyib. A.Hacızadə ötən il iyulun 8-də Bakının “Lebonese” restoranında baş verən hadisədən sonra həbs olunub. İlkin məhkəmə instansiyası bloggerə xuliqanlıq ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib. Hazırda iş Ali Məhkəmədədir və 19 avqustda ilk proses keçiriləcək. Gəncin özü və beynəlxalq ictimaiyyət A.Hacızadənin məhz bloggerlik fəaliyyətinə görə həbs olunduğunu düşünür.

Nailə RÖVŞƏNQIZI

447 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

[11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ

ARXIV

Yeni MÜSAVAT © 2008