 |
Ölkə
“TAĞI ƏHMƏDOV DEDİ Kİ, YÜZ FAİZ SÖZ VERMİRƏM” 2010-09-02 Didərginlər evlərinin sökülməsi ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edəcək
|
Binəqədi rayonu, 7-ci mikrorayonda məskunlaşmış məcburi köçkünlər və orada yaşayan digər sakinlər evlərinin sökülməsi zamanı onlara qarşı olan haqsızlığa etirazlarını davam etdirəcəklərini deyir. Məhəllənin Sevda adlı sakini dünən də bizimlə söhbəti zamanı artıq 9 evin sökülməsinə başlandığını dedi: “Azərbaycan Beynəlxalq Universiteti (ABU) tərəfdə olan həmin 9 evin köçürülməsinə başlanıb. Deyilənə görə, onlara yaşamaları üçün vaqonlar veriləcək. Bizə isə heç bir rəsmi orqan konkret cavab vermir. Bakı Metropoliteninin rəisi Tağı Əhmədov da Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) görüş zamanı sakinlərin ”siz zəmanət verirsinizmi ki, bizim evlər bir il ərzində sökülməyəcək" sualına belə cavab verdi ki, yüz faiz söz vermirəm. Bu da dolayısı ilə bizi aldatmaqdır. Biz istəyirik, onlar bizə dəqiq desinlər ki, hara köçürüləcəksiniz, yaxud nə qədər kompensasiya alacaqsınız. Bizə dəqiq cavab verilmir. Ona görə də biz məsələni beynəlxalq arenaya çıxarmaq istəyirik. Bir çox beynəlxalq təşkilatlara da müraciət edəcəyik". Qeyd edək ki, söküləcək ərazi ABU-dan yuxarıdadır və yeni məhəllə kimi tanınır. Burada ev tikənlərin çoxuna torpağı Binəqədi rayon bələdiyyəsi satıb. Hətta evlərin çoxuna Binəqədi RİH mülk kağızı (“kupça”) da verib. Amma köçkünlərə məxsus evlərin sənədləri yoxdur. Əlavə edək ki, Bakı Metropoliteni üçün tikiləcək yeni deponun ərazisinə düşən məzarların köçürüləcəyini, ABU-nun idman klubunun və tikilən evlərin söküləcəyini Tağı Əhmədov da mətbuata açıqlamalarında dəfələrlə təsdiqləyib. Plana görə, ABU-dan yuxarıda, Süleyman Sani Axundov küçəsi ilə xarici dairəvi küçənin kəsişməsi boyunca 11 hektar ərazidə inşaat işləri aparılacaq və ərazidə metropolitenin şimal deposu tikiləcək. Mövzuya qayıdacağıq. Elmin BƏDƏLOV 766 dəfə baxılıb
|
[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ [13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK [13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL [13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ [13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ [13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL [13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ [13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ” [13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ? [13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ? [13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...” [13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB [13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB [13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK [13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI [13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU [12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR ARXIV
|