12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

NARAZI SAHİBKARLAR NAZİR OĞLUNU İTTİHAM ETDİ

2010-09-02

“Günlərini Antalyada, Londonda, Dubayda keçirənlər indi üstümüzə polis göndərir”

Obyektləri əlindən alınmış sahibkarlar dünən “ZQAN-Holdinq”in Nəsimi rayonundakı ofisi qarşısında növbəti dəfə aksiya keçirdi. Əllərində mərhum prezident Heydər Əliyevin şəklini tutmuş aksiyaçılar şirkətdən obyektlərinin qaytarılmasını tələb edirdi.

Aksiya iştirakçısı Vahid Əliyev bildirdi ki, “ZQAN-Holdinq”in rəhbərliyi Cəfər Cabbarlı heykəli yaxınlığındakı yeraltı keçiddə onlara məxsus obyektləri təmir adı altında baha qiymətə ayrı-ayrı şəxslərə satıb: "“ZQAN” rəhbərliyi təmirdən sonra obyektlərimizi qaytaracağına söz vermişdi. O obyektlər bizə 1997-ci ildə rəhmətlik Heydər Əliyevin tapşırığı əsasında verilmişdi. 2001-ci ilə kimi bu obyektlərdə ticarətlə məşğul olmuşuq. Elə həmin il Bakı meri Hacıbala Abutalıbov keçidi təmirə bağlatdırdı. Bir müddət bağlı qalan keçid nəhayət ki, 2008-ci ildə Nəqliyyat Nazirliyi tərəfindən təmir edildi və buradakı mağazaların sayı 21-dən 80-ə qaldırıldı. Amma əvvəllər keçiddə sahibkarlıqla məşğul olanlardan cəmi 12-si pul verərək mağaza ala bilib. Bizə məxsus obyektlər isə başqa-başqa şəxslərə satılıb. Təkcə bizə məxsus sahəsi 184 kvadratmetr olan 5 mağaza satılıb. Heç halallıq da verməyiblər".
Tələblərində sonadək qalacaqlarını söyləyən sahibkar Qəzənfər Şabanov dedi ki, dəymiş ziyanla bağlı yaxın günlərdə məhkəməyə müraciət edəcəklər: “Bizə təxminən 1 milyon manat maddi ziyan dəyib. ”ZQAN-Holdinq"in əməllərini ifşa etmək məqsədilə aksiyalarımızı da qanun çərçivəsində davam etdirəcəyik. “ZQAN”-a rəhbərlik edənlər cəmiyyətdə ciddi narazılıq yaradıb. Kimlərəsə arxalanıb camaatın haqqını yemək olmaz. Günlərini Antalyada, Londonda, Dubayda keçirənlər torpaq uğrunda canından keçənlərə yuxarıdan aşağı baxmamalıdır. Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, “ZQAN”-ın sahibi Anar Məmmədov indi bizə o cür münasibət bəsləyir. İstədiyi vaxt üstümüzə polis göndərir. Saatlarla bizi qızmar günəş altında gözlədir. Özü isə sulu qəlyan çəkib sinəsini yumşaltmaqla məşğuldur. Belə insanlara görə kim gedib döyüşər. Anar kimiləri vətəni gözdən salmaqla məşğuldur. Ona elə gəlir ki, nazir oğlu olduğu üçün istədiyini edə bilər. Hamı ona borcludur".
Sonda narazı sahibkarlar tələbləri yerinə yetirilənədək aksiyanı davam etdirəcəklərini bildirdilər. Qeyd edək ki, “ZQAN-Holdinq”in rəhbərliyi aksiyanı dağıtmaq məqsədilə əraziyə polis dəvət etsə də hadisə yerinə gələn polislər etiraz tədbirinə müdaxilə etmədi. Aksiya sakit şəraitə başa çatdı.

SEYMUR

1566 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

[11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ

ARXIV

Yeni MÜSAVAT © 2008