13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

MƏHKƏMƏ İCRAÇILARI HACI QALİBİN ZORAKILIĞINI AKTLAŞDIRDI

2010-09-02

Quliyevlərin nümayəndəsi Nazim Hüseynov: “Əgər bu adam məhkəmə qərarını yenə icra etməsə, barəsində cinayət işi başlanması üçün təqdimat veriləcək”

Bilgəh qəsəbəsini şəxsi mülkiyyəti hesab edən Hacı Qalib Salahzadənin avqustun 31-də məhkəmə icraçılarına, vəkillərə, jurnalistlərə hücum çəkməsi aktlaşdırılıb. Bu barədə “Yeni Müsavat”a Hacı Qalibin zəbt etdiyi bağın sahibi - eks-spiker Rəsul Quliyevin və onun ailə üzvlərinin səlahiyyətli nümayəndəsi Nazim Hüseynov məlumat verdi. Qeyd edək ki, Hacı Qalib Rəsul Quliyevə və onun ailə üzvlərinə məxsus bağı 2008-ci ildə zəbt edib. Quliyevlər bildirir ki, həmin bağ 1995-ci ildən onlara məxsusdur. 2008-ci ildə Hacı Qalib bağın gözətçisini döyərək oradan qovub və həmin vaxtdan mülkü ələ keçirib. Buna görə onlar Hacı Qalibi məhkəməyə veriblər. Bütün məhkəmə instansiyaları həmin bağın Quliyevlərə məxsus olması və Hacı Qalibdən alınaraq sahibinə qaytarılması barədə qərar çıxarıb. Lakin Q.Salahzadə bağı könüllü şəkildə boşaltmaqdan boyun qaçırıb.

Srağagün məhkəmə icraçıları mülkü məcburi qaydada Hacı Qalibdən alıb sahibinə təhvil verməli idilər. Bu proses Q.Salahzadənin zorakılıqları və məsələyə “burada mənəm, Bağdadda kor xəlifə” prinsipinə söykənən davranışı ilə yadda qaldı. Belə ki, o, məcburi qaydada da bağı boşaltmaqdan imtina etdi, əraziyə gələn məhkəmə icraçılarına müqavimət göstərdi. Daha sonra o, mülkün boşaldılıb sahibinə təhvil verilməsi barədə məhkəmə qərarının sifarişlə çıxarıldığını, orada boşaldılması tələb olunan ərazinin konkret hara olduğunun göstərilmədiyini iddia etdi.
Maraqlıdır, bundan sonra proses necə davam edəcək? Məhkəmə qərarı hansı şəkildə icra olunacaq?
Bununla bağlı sualımızı cavablandıran Quliyevlərin nümayəndəsi N.Hüseynov bildirdi ki, məhkəmə icraçıları hadisədən dərhal sonra Hacı Qalibin qanunsuz hərəkətlərini aktlaşdırıblar: “O, hamını bağdan qovandan sonra biz Sabunçu Rayon Məhkəmə Qərarlarının İcrası Şöbəsinə gəldik. Orada məhkəmə icraçıları onun hərəkətlərini - icraçılara, vəkillərə, jurnalistlərə hücum çəkməsini, bağı məcburi qaydada boşaltmaqdan imtina etməsi, məhkəmə qərarına hörmətsizliyi aktlaşdırıldı. Buna 9 nəfər şahid imza atdı. Məhkəmə icraçıları bağın məhkəmə qərarına uyğun olaraq və Hacı Qalibin müqavimətinə baxmayaraq zorla boşaldılması haqda qərar çıxarılması üçün məhkəməyə müraciət edəcəklər. Növbəti icra günü avqustun 8-nə təyin edildi. Həmin gün ora müvafiq qaydada polis qüvvələr cəlb ediləcək və Hacı Qalib hakimiyyət nümayəndələrinə müqavimət göstərəcəyi halda əməlinə uyğun şəkildə ya inzibati qaydada saxlanılacaq, ya da barəsində cinayət işi açılacaq. Həmçinin məhkəmə icraçıları onun məhkəmə qərarını icra etməyə zorakılıqla mane olması faktına görə məhkəməyə təqdimat verəcəklər”.
Qeyd edək ki, həmin proses zamanı Hacı Qalibin aqressiv davranışları nəticəsində onun bir çox sözləri deməsini jurnalistlərin hamısı eşitməyiblər. Hacı Qalib qarmaqarışıqlıq zamanı “Rəsul Quliyev Bakıya qayıtsa da bağı ona qaytarmayacaqsınız” sualına “Rəsul Quliyev Bakıya Rəfael Allahverdiyev kimi qayıdacaq” cavabını verib.
Buna münasibət bildirən N.Hüseynov dedi ki, Hacı adını daşıyan bir adamın belə qeybət, qarğış etməsi heç bir ölçüyə sığmır: “Bu, kişiliyə, insanlığa sığmayan hərəkətdir. Allah hər kəsə bir qədər yazıb. Əgər Hacı Qalib Allah adamıdırsa, Ramazan günündə ən tərbiyəsiz sözləri işlətməzdi, kiməsə qarğış etməzdi. Kimin sonunun necə olacağını zaman göstərəcək. Bir adamın ki, ahıl çağında da gözü dünya malından doymur, ona nə deyəsən?! Bilgəh kəndinin yarısını mənimsəyib, onlarla evi, villası var, bununla belə, gözü doymur, Quliyevlərin də mülkünü mənimsəmək istəyir”.

Maqsud MAHRIZLI

950 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ

[13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

[13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ SAYILMIR

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

ARXIV

Yeni MÜSAVAT © 2008