 |
Ölkə
İSTİQLALÇI DEPUTATIN MƏHKƏMƏ İDDİASINA BAXIŞ BAŞLADI 2010-09-02 Məryəm Həsənovanın pensiya hüququ ilə bağlı prosesdə tərəflər arasında gərginlik yaşandı
|
Srağagün Siyəzən Rayon Məhkəməsində hakim İlqar Quliyevin sədrliyi ilə Siyəzən sakini, sabiq deputat Məryəm Həsənovanın pensiya hüququnun pozulması və vurulmuş maddi və mənəvi zərərlə bağlı Dövlət Sosial Müdafiə Fondunun (ASMF) Siyəzən rayon şöbəsinə qarşı iddia üzrə məhkəmə prosesi keçirildi. Prosesdə M.Həsənova, onun nümayəndələri - sabiq deputat, VAMBP sədri, professor Hacıbaba Əzimov, hüquqşünas Fuad Ağayev və DSMF hüquq şöbəsinin müdiri Günay Bağırova iştirak edirdi. G.Bağırova iddianın əsassız olduğunu söylədi: “Başqa şəxslərin iş üzrə müvafiq məhkəmə qərarları var. Bu iş üzrə nəyisə sübut etməyə ehtiyac yoxdur”. O, öz fikrinin təsdiqi kimi vaxtilə sabiq deputat, mərhum Mürşüd Məmmədlinin iddiası üzrə məhkəmə qərarlarını əsas tutduqlarını, məhkəməyə təqdim etmək üçün yeni sübutlarının olmadığını dedi. F.Ağayev isə bildirdi ki, M.Məmmədlinin iddiası üzrə qəbul edilmiş qətnamələr bu məhkəmə üçün əsas götürülə bilməz: “Azərbaycanda presedent hüququ sistemi yoxdur”. H.Əzimov cavabdeh tərəfin məhkəmə baxışına dəxli olmayan məhkəmə qərarlarını təqdim etdiyini söylədi: “Günay Bağırova etiraf etdi ki, təqdim etməyə başqa sənədləri yoxdur. Bunlar deyir ki, guya 1991-1995-ci illərdə fəaliyyət göstərən Milli Məclislə sonrakılar fərqli statusda olub. Deyirlər ki, ilk Milli Məclisin üzvlərinin deputat statusu olmayıb, 1995-ci ildə konstitusiyanın qüvvəyə mindiyi tarixədək Milli Məclisə seçilmiş şəxslərə deputat pensiyası vermək olmaz. Bu iddiada olanlar müstəqil dövlətçiliyimiz tarixinə, istiqlalçı deputatlara qarşı qəsd edir”. Tərəflər arasında gərgin müzakirə və mübahisə yarandığını görən hakim onlardan bir-birini dinləməyi xahiş etdi. F.Ağayev M.Həsənovanın və digər istiqlalçı deputatların dövlət müstəqilliyinin əldə edilməsindəki xidmətlərini xatırlatdı: “Mənəvi baxımdan isə Məryəm xanımın daha çox haqqı var. O, 1991-ci ilin martında Azərbaycanın SSRİ-nin tərkibindən çıxmasına və müstəqilliyinə səs verən 43 nəfərdən biri olub”. O, deputat pensiyası məsələsində ayrı-seçkiliyə yol verildiyini deyərək bunu hakimlərə münasibətlə müqayisə etdi: “Bunlar sovet dövründə ”xalq hakimi", “Ali Məhkəmənin üzvü” məfhumları ilə “Azərbaycan Respublikasının hakimi”, “Alı Məhkəmənin hakimi” məfhumları arasında normativ-hüquqi fərq görmür. Sovet dövründə “xalq hakimi”, “Ali Məhkəmənin üzvü” işləmiş şəxslərlə müstəqillik dövründə işləmiş “hakim” və “Ali Məhkəmənin hakimi” adlanan şəxsləri eyniləşdirir və onların hamısına eyni miqdarda pensiya verir. “Azərbaycan Respublikasının Milli Məclisinin üzvü” ilə “Azərbaycan Respublikasının Milli Məclisinin deputatı” məfhumları arasında normativ-hüququ fərq axtarırlar. Cavabdeh tərəf elə bilir ki, bütün qanunlar 1995-ci ilin 12 noyabrından başlayır. 1991-ci il 30 oktyabr tarixli konstitusiya qanunu ilə 51 nəfərdən ibarət daimi fəaliyyət göstərən Milli Məclis seçilib. Məryəm xanım da o məclisin deputatı olaraq orada əsas iş yeri kimi qanunvericilik (əmək) fəaliyyəti göstərib və buna görə Milli Məclisdən əməkhaqqı alıb". H.Əzimov deputatların statusunun konstitusiya ilə yanaşı, digər qanunlarla tənzimləndiyini bildirdi. G.Bağırova dedi ki, M.Həsənovanın onlarda şəxsi işi var və sənədlərdə M.Həsənova Ali Sovetin üzvü kimi göstərilib. Hakim bu sənədlərlə tanış olmaq istəsə də G.Bağırova o sənədlərdə məxfilik olduğunu deyərək onların surətini sonra məhkəməyə təqdim edəcəyini söylədi. İddiaçı tərəf sənədlərin M.Həsənovaya məxsus olduğunu əsas gətirərək tanış olmaq istəsə də sənədlər onlara təqdim edilmədi. H.Əzimov G.Bağırovadan M.Həsənovanın sənədlərdə “Ali Sovetin üzvü” kimi göstərilməsi haqda ifadəsini təsdiq edib-etmədiyini soruşdu. G.Bağırova isə “təsdiq edirəm” deyə cavab verdi. H.Əzimov isə “Ali Sovetin üzvü” ifadəsinin heç bir hüquqi sənəddə yer almadığını, o zaman qanunvericilikdə “Azərbaycan Respublikasının xalq deputatı” və “Milli Məclisin üzvü” ifadələrinin işləndiyini dedi. Hakim növbəti prosesi sentyabrın 29-u saat 15:00-a təyin etdi. S.KAZIMLI 576 dəfə baxılıb
|
[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ [13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ [13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK [13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL [13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ [13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ SAYILMIR [13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ [13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ” [13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ? [13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ? [13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB [13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI [13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU [12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR [12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI [12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB [12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ? ARXIV
|