 |
Ölkə
MƏHBUS MAYORUN XANIMI YENƏ MƏTBUAT KONFRANSI KEÇİRDİ 2010-09-02 Ehsan Zahidov: “Nigar Əhmədbəyova xaricdən siyasi sığınacaq almaq üçün təqib olunduğu haqda yalandan rəy formalaşdırır”
|
“Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov ”Yeni Müsavat" qəzetinin 13 avqust tarixli sayına açıqlamasında Emin Əhmədbəyovun həbsinə münasibət bildirib. Zahidov deyib ki, biz Emin Əhmədbəyovun xanımı Nigar Əhmədbəyovanın mətbuat konfranslarında səsləndirdiyi fikirlərə ciddi yanaşmamışıq. Guya mənim ərim əsaslı şəkildə həbs olunub və ailəsinə qarşı təzyiqlər yoxdur. Onu da deyib ki, yaşadığımız binanın sakinləri ilə aramızda bir narazılıq var və oğlum qəsdən binanın damına çıxaraq onların antenalarını kəsib. Guya buna görə qonşular narazılıq edib və ərazi üzrə sahə müvəkkilini çağırıblar. Zahidovun açıqlaması tamamilə yanlışdır. Çünki İlyas adlı polis mayoru həqiqətən də evimizə gəlib təzyiq göstərmişdi". Bunu dünən Media Mərkəzində keçirilən mətbuat konfransında həbsdə olan polis mayoru Emin Əhmədbəyovun həyat yoldaşı Nigar Əhmədbəyova dedi. O bildirdi ki, E.Zahidovun açıqlamasından sonra deyilənlərin həqiqi olmadığını isbat etmək üçün yaşadığı binanın 22 nəfərdən ibarət sakini akt tərtib edərək imzalayıblar. E.Əhmədbəyova aktı jurnalistlərə təqdim edərək dedi ki, qonşular da Əhmədbəyovlar ailəsi ilə heç bir problemlərinin olmadığını özləri həmin aktda təsdiqləyib. Əhmədbəyovlar ailəsinin hüquqlarını müdafiə komitəsinin sədri Ələkbər Məmmədov dedi ki, avqustun 12-də Apelyasiya Məhkəməsi E.Əhmədbəyov barədə çıxarılan 3 illik həbs cəza hökmünü qüvvədə saxladı: “Hakim Camal Ramazanov əlavə şahidləri dindirmədi, dövlət ittihamçısı məhkəmə prosesi ərzində onun qulağına nəsə pıçıldadı. Məhkəmədə qaldırdığımız 12 vəsatət təmin olunmadı. Hazırda iş Ali Məhkəmədədir. Çox güman ki, Ali Məhkəmə də qərarı dəyişməyəcək. Belə olan halda Emin Əhmədbəyovun işini Avropa Məhkəməsinə göndərəcəyik”. DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bununla bağlı “Yeni Müsavat”a bildirdi ki, E.Əhmədbəyov konkret törətdiyi əmələ görə azadlıqdan məhrum edilib: “Əhmədbəyov əvvəlcə xanımının işlədiyi 1 saylı poliklinikanın rəisini çoxsaylı insan qarşısında döyüb xəsarət yetirib. Guya rəis onun xanımına qarşı əxlaqsız hərəkətlərə yol verib və o da xanımının namusunu qoruyub. Əslində Nigar Əhmədbəyova daim işinə məsuliyyətsiz yanaşdığına, işə vaxtında gəlmədiyinə görə tənqid olunub. Bu da nəticədə Əhmədbəyovun rəisi döyməsinə gətirib çıxarıb. Poliklinikanın rəisi raportla müraciət etmişdi. O zaman Əhmədbəyov işindən kənarlaşdırıldı. Sonra çoxsaylı müraciətləri əsasında yenidən işinə bərpa olundu. Ancaq bir müddət sonra o, yenidən bu dəfə yol polisi işçisini döydüyünə görə həbs olundu. Prokurorluqda aparılan istintaq zamanı polis işçisinin raportunda göstərdiyi bütün xüsusatlar sübut olunur və onların həqiqiliyi üzə çıxır. İstintaq yekunlaşandan sonra baxılması üçün məhkəməyə göndərilir. Məhkəmənin hökmü ilə qanuna müvafiq qaydada cəzasını alır”. E.Zahidov N.Əhmədbəyovanın mütəmadi keçirdiyi mətbuat konfranslarının səbəbini belə izah etdi: “Bizdə dəqiq xəbər var ki, Nigar Əhmədbəyova ailəsi ilə birgə xaricdən siyasi sığıncaq istəyib. Guya Azərbaycanda onların hüquqları pozulub, təqib olunurlar. Onların məqsədi Avropaya getməkdir. Buna görə mətbuat konfransları təşkil edirlər”. Xatırladaq ki, E.Əhmədbəyov serjant rütbəli yol polisi əməkdaşına müqavimət göstərmək adı ilə 2010-cu ildə həbs edilib. O, CM-in 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə müqavimət) ittiham edilərək 3 il həbs cəzası alıb. Emil SALAMOĞLU 1332 dəfə baxılıb
|
[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU [12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR [12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI [12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB [12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ? [12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR [12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU [12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR [12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA [12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI [11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT [11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB” [11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR [11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN” [11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ [11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR [11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK ARXIV
|