12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

ELŞAD ABDULLAYEV HƏBS EDİLƏ BİLƏR

2010-09-03

Etibar Əliyev: “ABU-nun bağlanması bir az gecikdirilmiş qərardır”

Sentyabrın 1-dən Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin (ABU) lisenziyasının ləğv edilməsi barədə dünənki sayımızda məlumat vermişdik. Belə ki, Misir Mərdanov ABU-nun fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətinin uzadılmaması barədə əmr imzalayıb.

İndi maraqlıdır, görəsən, universitetin rektoru Elşad Abdullayevin bundan sonrakı taleyi necə olacaq? Təhsil Nazirliyinin yaydığı və bizim də çap etdiyimiz bu açıqlamada ABU və onun rəhbərliyi ciddi məsələlərdə ittiham olunur. Nazirliyin yaydığı məlumatda göstərilənlər hüquq-mühafizə orqanları tərəfindən araşdırılsa, E.Abdullayev həbs oluna bilərmi? Onu da qeyd edək ki, nazirliyin dünən yaydığı açıqlamada bəzi məqamlar açıq qalıb. Məsələ ilə bağlı Baş Prokurorluğun münasibətini öyrənmək istəsək də prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldar Sultanov  məsələ ilə bağlı hər hansı bir şərh vermədi.
“21-ci əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev bildirdi ki, iki ildir ki, bu ali məktəbin bağlanmasına hazırlıq gedir: “Artıq iki ildir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ABU-ya qəbul vermir. Bu, onu göstərirdi ki, ali məktəbin bağlanmasına hazırlıq gedirdi. O ki qaldı qanunsuz tələbə qəbuluna və keyfiyyətsiz təhsilə, ABU təkcə son iki ildə bu işə başlamamışdı. Azərbaycan Beynəlxalq Universiteti  yarandığı gündən belə fəaliyyət göstərib. Onlar TQDK-nın keçirdiyi imtahandan kəsilən minlərlə abituriyenti Rusiya filialları vasitəsi ilə ali məktəbin müxtəlif fakültələrinə yerləşdirirdilər. Bu səbəbdən də minlərlə məzun diplom ala bilmədi, nəticədə kütləvi narazılıqlar yarandı”.
E.Əliyev hesab edir ki, ABU-nun bağlanması bir az gecikdirilmiş qərardır: “Baxmayaraq ki, ABU bir sıra addımlar atırdı ki, universitetin fəaliyyəti dayandırılmasın. Texniki bazasını genişləndirirdi, yeni korpuslar tikirdi, universitetdə guya təhsil mühiti yaradılırdı və s. Ancaq heç biri onun köməyinə çata bilmədi. ABU-nun timsalında başqa məsələni də qeyd etmək istəyirəm. Əgər ABU-da araşdırma obyektiv aparılıbsa bu proseduralar bütün ali məktəblərə aid edilməlidir. Elə ali məktəblər var ki, hansısa bir ixtisas universitetdə fəaliyyət göstərir, amma həmin ali məktəb o ixtisas üzrə mütəxəssis hazırlaya bilmir. Bu səbəbdən də ABU-ya göstərilən münasibətlər siyasi deyilsə və sırf təhsillə bağlıdırsa digər ali məktəblərə də aid edilsə yaxşı olar. Əgər bu hal baş versə, çox saylı ali məktəbdə tələbə qəbulu dayandırılacaq”.
Xatırladaq ki, ABU yaradılan vaxtdan mərhum akademik Aqil Əliyevin himayəsi altında olub. A.Əliyev 2006-cı ildə dünyasını dəyişdikdən sonra universitet və ABU-nun rektoru Elşad Abdullayev demək olar ki, sahibsiz qaldı. Təhsil naziri M.Mərdanov bir neçə dəfə ABU-nu bağlamağa cəhd göstərib. Həmçinin rektor E.Abdullayevi işində yol verdiyi qüsurlara görə ciddi şəkildə tənqid edib. Obyektivlik naminə demək lazımdır ki, hörmətli təhsil nazirinin bu tənqidlərinin böyük əksəriyyəti haqlı idi. Çünki sözügedən universitet təhsil müəssisəsi yox, bazar prinsipləri ilə fəaliyyət göstərirdi.

Zülfiyyə SAKİTQIZI

3880 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

[11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ

[11.02.2012] - BAKI ZOOPARKINDA HEYVANLAR İSTİ YERLƏRƏ KÖÇÜRÜLÜB

[11.02.2012] - QARLI HAVADA İQTİSADİYYATIMIZ GÜNDƏ 24 MİLYON MANAT İTİRİR

ARXIV

Yeni MÜSAVAT © 2008