13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

NAXÇIVANDA MÜXBİRLƏRƏ TƏZYİQLƏR GÜCLƏNİB

2010-09-03

Onları MİS işçiləri, əqli cəhətdən qüsurlu adamların vasitəsilə təxribata çəkirlər

Seçki öncəsi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvandakı bölgə müxbirləri Elman Abbasov, Həkimeldostu Mehdiyev və jurnalist, eyni zamanda “Demokratiya və QHT-nin İnkşaf Resurs Mərkəzi”nin əməkdaşı İlqar Nəsibova qarşı təxribatlar, təzyiqlər başlayıb. Bu barədə RATİ-nin məlumatında deyilir.

Bölgə müxbirlərinin RATİ-yə verdikləri məlumata görə, yaşadığı Şərur rayonunda Milli Təhlükəsizlik Nazirliyinin Şərur rayon şöbəsinin əməkdaşları H.Mehdiyevin qohumları və yaxınlarına təzyiq göstərərək, onunla heç bir ünsiyyət qurmamağı tələb edir, həmin adamları psixoloji-mənəvi təzyiqə məruz qoyurlar. E.Abbasov və İ.Nəsibov isə küçədə hakimiyyət tərəfindən öyrədilmiş adamlar tərəfindən nalayiq söyüşlərlə təhqir edilir və onlara qarşı təxribat xarakterli hərəkətlər olunur.
“Evimizə sanki kamera və dinləyici qurğu qoyublar. Bizə gəlib-gedən adamları sonradan danışdırır və onlara təzyiq edirlər. Onlara mənim yaxşı işlərlə məşğul olmadığımı, Naxçıvan haqqında düzgün olmayan məlumatlar yaydığımı bildirərək, mənimlə ünsiyyət qurmamağı tələb edirlər. Həmin adamlar isə sonradan baş verənləri mənə bildirirlər. Bu işdə MTN-in Şərur rayon şöbəsi xüsusi fəallıq göstərir”, - deyə H. Mehdiyev bildirib.
Sentyabrın 1-də saat 12 radələrində şəhərin mərkəzi küçələrindən birində Naxçıvan şəhər 5 saylı Mənzil İstismar Sahəsinin mühasibatlığında işləyən bir qadın E.Abbasova  yaxınlaşaraq, onu söyüb, MİS-ə borcunu ödəməyi tələb edib. “Gözlənilmədən MİS-də işləyən qadın üzərimə yeriyərək məni təhqir etməyə başladı. Səbəbini MİS-ə borclu olmağımla əsaslandırdı. Mən ona bu günə qədər olan kommunal borclarımı ödədiyimi və bu şəkildə borc istəməyin qanunsuz olduğunu, ilin sonuna qədər tələb olunan ödənişi də bank vasitəsilə ödəməyə hazır olduğumu bildirsəm də, o məni təhqir etməkdə davam etdi”, - deyə E.Abbasov bildirib.
Jurnalist və hüquq müdafiəçisi İlqar Nəsibov da dəfələrlə eyni problemlə üzləşib: “Bu il ərzində dəfələrlə bu cür problemlərlə üzləşmişik. Əqli cəhətdən qüsurlu insanları öyrədərək bizə qarşı təxribatlar olunur. Son vaxtlar tanımadığım bir neçə nəfəri tez-tez qarşıma çıxarırlar. Həmin adamlar hər dəfə əhali arasında bağıraraq şablon ifadələr işlədir. "Siz vətən xainisiniz, agentsiniz» deyərək, nalayiq söyüşlər söyür və hətta onlara əl qaldırmağım üçün cəhdlər edirlər". Bundan başqa, mənim mobil telefonuma gün ərzində 4-5 naməlum nömrədən zənglər olunur və  danışmırlar, bunu da psixoloji təzyiq hesab edirəm”.
O qeyd edib ki, öyrədilmiş şəxslər dəfələrlə onu həbs etdirəcəkləri ilə hədələyiblər: “Budan əvvəl də belə hadisələr baş verib. Dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsək də, müraciətlərimiz cavabsız qalıb. Hətta son vaxtlar üzərimizə hücum edilib, döyülməyimiz faktı ilə bağlı yerli məhkəmələrdə işə baxılmayıb. İndi həmin işlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyəm. Çünki bundan başqa çıxış yolumuz yoxdur”.
RATİ-nin məsələ ilə bağlı MTN Şərur rayon şöbəsində telefon zəngləri isə cavabsız qalıb.

Sevinc TELMANQIZI

688 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

ARXIV

Yeni MÜSAVAT © 2008