13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

ADNAN HACIZADƏNİN MƏHKƏMƏSİ YENƏ TƏXİRƏ SALINDI

2010-09-03

Vəkil bloggerin istintaq təcridxanasına köçürülməsini istəyir

Dünən Bakı Apelyasiya Məhkəməsində məhbus blogger Adnan Hacızadənin Qaradağ Rayon Məhkəməsinin onu vaxtından əvvəl şərti azadlığa buraxmaqdan imtina etməsi ilə bağlı şikayətinə baxıldı. Sabirxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə A.Hacızadə iştirak etmirdi. Eyni zamanda ittiham tərəfin nümayəndəsi də prosesə qatılmamışdı.

Bu səbəbdən A.Hacızadənin vəkili İsaxan Aşurov məhkəmənin təxirə salınmasını xahiş etdi.
İ.Aşurov sentyabrın 9-15 tarixində ölkədən kənarda ezamiyyətdə olacağını və məhkəmədə iştirak edə bilməyəcəyini dedi.
Hakim öncə məhkəməni 30 sentyabra təyin etmək istəsə də, sonradan qeyri-müəyyən müddətdə təxirə salındığını dedi: “Vəkil də ezamiyyətdən qayıtdıqdan sonra bizə məlumat verər və dəqiq gün təyin edərik”.
Bundan sonra İ.Aşurov A.Hacızadənin 14 saylı cəzaçəkmə müəssisəsindən Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı vəsatət qaldırdı: “Həbsxana uzaq olduğundan müvəkkilimi ziyarət etməyə çətinlik çəkirəm. Həm də növbəti məhkəmə prosesinə qatılması baxımından bunun zəruri olduğunu hesab edirəm”.
Sonda hakim növbəti məhkəmə prosesində A.Hacızadənin istintaq təcridxanasına köçürülməsi ilə bağlı məsələyə baxılacağını dedi.
Xatırladaq ki, gənc blogger A. Hacızadə ötən il iyulun 8-də Bakının “Lebonese” restoranında baş verən hadisədən sonra həbs olunub. O, xuliqanlıqda və sağlamlığa az zərər vurmaqda ittiham olunub. Səbayel Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il qərarı ilə A.Hacızadəyə 2 il azadlıqdan məhrum etmə  cəzası kəsilib. Apelyasiya Məhkəməsi və Ali Məhkəmə qərarı qüvvədə saxlayıb. Bloggerin cəzasının 1 ili tamam olduğundan o vaxtından əvvəl şərti azadlığa buraxılmaqla bağlı məhkəməyə müraciət etmişdi. Lakin Qaradağ Rayon Məhkəməsi A.Hacızadənin müraciətinə rədd cavabı verib.

Nailə RÖVŞƏNQIZI

919 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ SAYILMIR

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

ARXIV

Yeni MÜSAVAT © 2008