|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Hər dəfə bazarlara reportyor qismində gedib orada baş verənləri oxucularımıza çatdırırıq. Bu dəfə piştaxtanın o tərəfinə keçib alverçilik qabiliyyətimizi sınamaq qərarına gəldik. “Silah”larımızı (fotoaparat, diktafon) sazlayıb üz tutduq “vosmoy” bazarına. Hazırda ən “xod” gedən məhsulun əncir olduğunu nəzərə alıb özümüzü verdik əncir satanlardan birinin yanına. “Əncir, üzüm, ”vinoqrad" ye, iç, get, yıxıl yat" - Bu kal əncirləri neçəyə satırsan?
- Day-day, neçəyədir əncir? - Axı bu kal əncir deyil, 1 manata satıram. - Bir az aşağı ver, alaq. - Özüm 80 qəpiyə almışam, 1 manata da satıram. - Bəlkə bir az aşağı satasan? - Yox, yox, bilirsən bu nə əncirdi? - Haranın ənciridir? - Balamın canı üçün Ləhiş bağlarının.
- Gəl bura görüm, bax bu əncirlər Ləhiş bağlarındandı. Onun satdığı rayon ənciridir. Həmin əncir “vid”lidü, amma Bakı bağlarının ənciri kimi şirin dögül. Üstəlik də tumları iri olur. - Neçəyədir? - At dögül, eşşək dögül, əncirdü də. Nə verərsən, verərsən. Satmışam, 6 kilosu qalıb. - Satanı sənsən də, dayı. - 80 qəpikdən pulunu ver, götür apar, halal xoşun olsun. Bəs vedrə yoxundu? - Yox. - A kişi, əncir almağa da vedrəsiz gələrlər? Rəhmətliyin nəvəsi, get oradan 1 manat ver vedrəni al gətir, yığ apar əzilməsün. - Keç bir az qabaqda dayan, mənim malımın qabağını tutma. İndi “uçastkovı” gəlib başınıza oyun açar. Get burdan. - Gedim də.
- Bir əlliyə. - Bakı ənciridi? - Hə, özü də Ləhiş bağlarının ənciridir, bal kimidir. Gün çıxan tərəfdən dəriblər. Bundan yaxşı ənciri bazarda tapmazsan. - Baha satırsan. - Sən kartofu ucuz satırsan? - Hər malın qiyməti var də. Əncirin bahası 1 manat 20 qəpiyədir də. - Axı bu Ləhiş bağlarının ənciridir. Bu yerdə həmkarım Türkan Turanın “rəis, bəlkə aradan çıxaq, polis gəlir” sözləri alverimizi pozur. Tələsik oradan uzaqlaşıb bazarın çölündə özümüzə mövqe seçirik. Bu dəfə Türkanı əncir satıcısı qismində piştaxta arxasında qoyub kənardan müşahidə aparmağa başlayırıq. Dərhal da satdığımız əncirə yaxınlıqda dayanmış taksi sürücüsü müştəri çıxır: - Neçəyədir? - 1 manat 50 qəpiyə. - Niyə belə baha? - Bağ ənciridir. - Nə olsun, budu ey, oradakılar 1 manata satırlar. - Bəs onlardan niyə almırsız?
- Bax fərq də ondadır ki, bu, Bakı ənciridir. - Bir az aşağı qiymətə razılaşaq, “optum” hamısını alım. - Bir əllidən aşağı satmıram. Həmkarıma kənardan müştəri ilə razılaşmağı işarə etsək də, nəticə olmur. Üstəlik, taksi sürücüsünü müştəri çağırır ki, onu harasa aparsın. Gethagetdə sürücü əncirləri almağa hazır olduğunu bir də deməyi unutmur: - Əgər kilosuna 1 manat 20-dən razı olsan, ənciri verərsən Rasimin dükanına, pulunu alarsan, deyərsən ki, Asif gəlib aparacaq. Sürücü aralanıb gedəndən sonra yerimizi bir daha dəyişirik. Bu dəfə bazarın çölündə dayanmış əncirsatanların arasında özümüzü sınamağı qərarlaşdırırıq. Reportyorumuz Türkan Turanı qabağa verməkdə səhv etmədiyimizi də anladıq: - Ay qız, bu ənciri alıram. Neçəyə satırsan? - 1 manat 20 qəpikdən Allah xeyir versin. - Nə danışırsan!? 1 manat 20 qəpiyə əncir olar? 70 qəpik verirəm. - Ay xala, 70 qəpiyə satsam bəs mənə nə qalacaq? - Mən 70 qəpiyə alıram. - Ay xala, nə edirsən? Mən satmıram.
- Xala, mən əncir satmıram. Qoy vedrəni yerə. - Ehh... Esatmırsan satma. - Mən hələ indi gəlmişəm. 6 kilo əncirim var. Heç bir kilosunu da satmamışam. - Yaxşı mən burdayam. Sat, pulu ver. - Qızım, gəl sən bunu mənə 80 qəpikdən ver, həm mən çıxım gedim, həm də sən get evinə. Bir azdan göydən od yağacaq. - 80 qəpik sərf eləmir. 1 manata satıram. - Mən dayanmışam burda. 80 qəpiyə satmaq istəsən deyərsən. - Çox dadlı əncirdi. Siz bunu 1 manata deyirdiniz hə? - Hə. - Mən bunu 1 manat 50 qəpikdən götürürəm. Ancaq 1 kilo alacam. - Siz bundan bir kilo alsanız, üstümdə qalacaq axı. Axşama qədər sata bilməyəcəm. Camaat gəlib vedrə ilə alır. Mən necə kilo ilə satım? - Mən manat yarımdn verirəm də pulunu, özü də seçəcəyəm. Bazarda dava düşdü, polis də gəldi çıxdı Müştəri ilə razılığa gəlirdik ki, sövdələşməni yaxınlıqda baş verən dava pozdu. Mənim də, digər alverçilərin də müştəriləri aralaşıb davaya tamaşa etməyə getdilər. Elə bu məqamda polis də gəldi çıxdı. Məlum oldu ki, dava əncir üstündə olub. Müştəri qadın əncirdən yeyə-yeyə satıcı ilə alver edib. Satıcı da deyib ki, hər kəs gəlib bir kilo əncir yesə o, axşama kimi xeyli ziyana düşər. Bu da qadının xoşuna gəlməyib, satıcıya dişinin dibindən çıxanı deyib. Mübahisə getdikcə qızışanda satıcı müştəri qadını itələyib. Qadın da öz növbəsində satıcıya sillə vurub. Polisin müdaxiləsindən sonra ara sakitləşdi. - Ay xala, bal kimi əncirdi, özü də gün çıxan tərəfdən dərmişik. Bütün bazarda beləsini tapmayacaqsan. - “Davay” Tofiq, gəl gedək. “Smotri kak” suyu axır əncirin. - Nu çto vı, eto je spelıe injirı. Ənciri satdıq... vedrədə “batdıq” Həmkarımın rus dilində müştərini dilə tutması da karımıza gəlmədi. Amma müştəri iki addım o tərəfə addım atmamış orta yaşlı bir kişi əncirə müştəri düşdü. Əncirin dadına baxan müştərimiz tərəzidə çəkdirmədən vedrəqarışıq aldı. Sevindiyimizdən müştəridən əncirin pulunu alsaq da, vedrənin pulunu almağı da unutduq. Beləcə, 6 kiloqram əncirin alıb satmağımızdan qazandığımız 1 manat 20 qəpiyin 1 manatı da əlimizdə çıxdı. Hələ üstəlik bazarın Zamin adlı qoçusu da başımızın üstünü kəsdirib satdığımız 1 vedrə əncirə görə 1 manat ona verəcəyimizi dedi: - Ay qardaş, yerpulu məcburidir, başa düşürsən? Neçə kilo satırsan sat. Ancaq pulu verməlisən. - Mən axı nə satmışam ki, sənə nə də 1 manat verəm? 6 manatın 1 manatını sənə versəm, mənə nə qalacaq? Uşaqlara nə yedirəcəm bəs? - Mənə nə, pulumu ver! - Verirəm, sən də çekini ver. - Çek istəyirsən? Bilirsən, çek versəm, gərək 8 manat ödəyəsən. 1 manatı ver. - Bu gün 1 vedrə əncir götürdüm ki, yoxlayım, görüm alan olacaq? Sabah səhər 5-10 vedrə əncir gətirəcəyəm, sənə də hörmət eləyərəm. Türkan TURAN, E.QƏDİMOV, Elmin BƏDƏLOV 1753 dəfə baxılıb
|
[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR [12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI [12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB [12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ? [12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR [12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU [12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR [12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA [12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI [11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT [11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB” [11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR [11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN” [11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ [11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR [11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK |
| Yeni MÜSAVAT © 2008 |
|