12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

ÜZEYİR HACIBƏYOVUN YENİ FELYETONU TAPILIB

2010-09-05

Üzeyirşünas-tədqiqatçı Səadət Qarabağlı M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının arxivindəki son araşdırmaları nəticəsində Üzeyir Hacıbəyovun “Molla Nəsrəddin” dərgisində dərc olunmuş daha bir felyetonunu aşkarlayıb. Bunu lent.az-a S.Qarabağlı özü deyib.

Onun sözlərinə görə, indiyədək “Molla Nəsrəddin”dən başqa yerdə çap edilməyən bu felyeton “10 il” adlanır. Felyetonda Üzeyir bəyin dönə-dönə vurğuladığı və yaradıcılığı boyu mübarizə apardığı qadın azadlığı məsələsindən bəhs edilir: “Bundan öncə Üzeyir bəyin ”Molla Nəsrəddin"də işıq üzü görən 7 felyetonunu üzə çıxardım. Onlar kitab şəklində çap olundu. Bu, artıq 8-ci felyetonudur. Alimlərimizin bəziləri deyirdi ki, Üzeyir bəyin “Molla Nəsrəddin”də heç bir yazısı dərc olunmayıb, o, “Molla Nəsrəddin”lə yalnız məslək və əqidə dostu olub. Ancaq bu felyetonlar onu göstərdi ki, Üzeyir bəy dərginin nəinki məslək dostu, onunla hətta birbaşa yaradıcılıq əlaqəsində olub".
S.Qarabağlı deyib ki, “10 il” felyetonu “Molla Nəsrəddin” jurnalının 7 noyabr, 1927-ci il tarixli 45-ci sayında “Bir nəfər” təxəllüsü ilə çap olunub. Bu, Üzeyir bəyin müxtəlif illərdə yazdığı əsərlərində istifadə etdiyi 67 imzasından biridir.

Xəbər xidməti

1227 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

[11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ

[11.02.2012] - BAKI ZOOPARKINDA HEYVANLAR İSTİ YERLƏRƏ KÖÇÜRÜLÜB

[11.02.2012] - QARLI HAVADA İQTİSADİYYATIMIZ GÜNDƏ 24 MİLYON MANAT İTİRİR

[11.02.2012] - DAHA BİR ADAM DONVURMADAN ÖLDÜ

ARXIV

Yeni MÜSAVAT © 2008