13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

TƏHSİL NAZİRİ ÖZƏL UNİVERSİTETLƏRƏ XƏBƏRDARLIQ ETDİ

2010-09-05

Müzəffər Baxışov: “Elşad Abdullayevi 12 il həbs cəzası gözləyir” Aslan İsmayılov: “Bütün varlığımla Misir Mərdanovun bu addımını alqışlayıram”

Fəaliyyəti Təhsil Nazirliyi tərəfindən dayandırılan Azərbaycan Beynəlxalq Universitetində (ABU) vəziyyət gərgin olaraq qalır. Tələbələrdən aldığımız məlumata görə, universitetə gələnlərin sayı öncəki günlərə nisbətən azalıb: “Bu gün adamlar elə də çox deyil. Həftə sonu olduğundan çox az tələbə gözə dəyir”.

Təhsil işçilərinin dünən keçirilən respublika konfransında isə təhsil naziri Misir Mərdanov ABU-nun tələbələrini narahat olmamağa çağırıb: “ABU ilə bağlı qərar artıq bəllidir. Bu qərarın səbəbləri də açıqlanıb. Tələbələrlə bağlı da heç kim narahat olmasın. Sentyabrın 15-dək qanuni yolla təhsil alan bütün tələbələr müvafiq özəl məktəblərə köçürüləcək” (APA).
Nazirin sözlərinə görə, qanunsuz təhsil alan tələbələrin taleyinə isə Təhsil Nazirliyi cavabdeh deyil. Mərdanov ABU-nun müəllimlərinin işlə təminatında da problem yaranacağını gözləmir: “Çünki oranın müəllimlərinin hamısı kənardan dəvət olunmuşdu”.
Nazir bu il iki ali məktəbin bağlandığını deyib: “Təhsil Nazirliyi Moskva Dövlət Universitetinin Bakı filialı və ABU-nun fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Bu işləri davam etdirəcəyik. Bu gün bizə kəmiyyət yox, keyfiyyət lazımdır”.
Mərdanovun sözlərinə görə, keyfiyyətli təhsil verməyən ali məktəblər barədə müvafiq tədbirlər görüləcək. Nazir bu işi müvafiq qrafiklə həyata keçirəcəklərini də söyləyib.

ABU-nun söküntüsünə başlanıb

Artıq ABU-nun ərazisində söküntü işlərinə də başlanıb. lent.az-ın verdiyi məlumata görə, universitetin ərazisini əhatəyə alan daş divarlar sökülür. Təxminən 2 metr hündürlüyündə olan daş divarın 150 metrədək hissəsi artıq sökülüb. Hətta sökülmüş ərazinin bəzi hissələri tör-töküntüdən də təmizlənib. Xatırladaq ki, ötən ilin yayında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov ABU-nun yerləşdiyi ərazinin bir hissəsinin metroya məxsus olduğunu söyləmişdi. Buranın metronun hərəkət xətlərinin genişləndirilməsi planına daxil olduğunu deyən T.Əhmədov ərazinin tezliklə geri alınacağı barədə xəbərdarlıq da etmişdi.
Bəs ABU-nun rektoru Elşad Abdullayev törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb ediləcəkmi? “Hüquqi dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Müzəffər Baxışov “Yeni Müsavat”a açıqlamasında ABU-da baş verənlərin cinayət əməli olduğunu və E.Abdullayevi buna görə 12 il həbs həyatı gözlədiyini dedi: “Elşad Abdullayevin ABU-ya testdən kənar götürdüyü tələbələrdən rüşvət aldığı sübut edilsə, ən azı Cinayət Məcəlləsinin 308.8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə cəlb ediləcək. Abdullayevin etdiyi ağır cinayət sayılır. Əgər istintaq zamanı müəyyən olunsa ki həmin testdən kənar qəbul zamanı tələbələrin yaxınlarından, özlərindən pul alınıb, onda Abdullayev 311.2-ci maddə ilə, yəni külli miqdarda rüşvət alma ilə təqsirləndirilməlidir. Buna görə də Abdullayevi 12 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Ola bilər ki, cinayət işinin istintaqı zamanı digər cinayət - vəzifə saxtakarlığı, sənəd saxtakarlığı kimi əməllər ortaya çıxsın. Onda konkret cinayət işinin istintaqından asılı olaraq buna hüquqi əsasla qiymət verilməlidir. Abdullayevə belə bir səlahiyyət verilməmişdi ki, ABU-ya tələbələri testdən kənar qəbul etsin. 1995-ci ildə qəbul edilmiş qaydalara görə, ali təhsil müəssisələrinə tələbələr test üsulu ilə qəbul olunmalıdır. Testdən kənar bütün qəbullar qanunsuzdur. Bu əməllər Cinayət Məcəlləsi ilə tövsif edilir. Əfsus ki, ölkəmizdə belə hallar dəfələrlə aşkar edilsə də həmin şəxslər cəzalandırılmayıb”.
Vəkillər Kollegiyasının üzvü, vəkil Aslan İsmayıl ABU kimi universitetin bağlanmasını təqdirəlayiq hal sayır: “ABU məsələsi mənim üçün ağrılı məsələdir. Mən bu məsələ barədə Elşad Abdullayev hələ San-Marino Universitetini yaradanda mətbuatda orada baş verənlərlə bağlı çıxış etmişdim. Bu gün bütün varlığımla Misir Mərdanovun bu addımını alqışlayıram. Çünki bu universitet başda Abdullayev olmaqla minlərlə adamın evini yıxıb. Ən bəlalısı isə odur ki, bu evi yıxılanlar milyonlara sahib olanlar deyil. Kənddə, rayonda, təhsil sistemindən uzaq, Bakı fırıldaqlarını bilməyən imkansız adamlardır. Evlərini, mal-qarasını, toyuq-cücəsini satıb gətirib hamısını bu universitetə veriblər. Elşad Abdullayev bilə-bilə onların evlərini yıxıb. Abdullayevin nə qədər günahı varsa da bu illər ərzində onu ört-basdır edənlərin də o qədər günahı var. Ən azı son iki-üç ildə Mərdanovun ABU-ilə bağlı kəskin çıxışlarını eşitmişəm. Amma bu məsələnin qarşısını almağa gücü çatmayıb. Abdullayev ABU-dan yığdığı pulları kimlərə paylayıb? Bunun cavabdehliyini kim daşımalıdır? Bu günlərdə çox təəccüb doğuran bir məsələni öyrəndim. Hüquqdan anlayışı olmayan Elşad Abdullayev hüquq doktoru və Prezident Yanında Ali Attestasiya Komissiyasının hüquq məsələləri üzrə ekspert şurasının sədridir. Bunu kimlər edib? Əgər bizdə doğrudan prokurorluq sistemi varsa, bu işi xüsusi nəzarətə götürməlidir. Bu işdə iştirak edən hər kəs cinayət məsuliyyətinə cəlb edilməlidir”.

Türkan TURAN

1972 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ

[13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

[13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL

[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...”

[13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB

[13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB

[13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

ARXIV

Yeni MÜSAVAT © 2008