13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

ACLIQ ÇƏKƏN AİLƏ PREZİDENTƏ MƏKTUB YAZDI

2010-09-05

Pensiyaçı Elza Quliyeva: “İntihar etsəm, dəfnimin balalarıma əlavə yük olacağını düşünüb sizdən imdad istəyirəm”

“Yeni Müsavat”a hər gün xeyli məktub gəlir. Əsasən əhalinin aztəminatlı təbəqəsinin redaksiyamıza yolladığı müraciət və məktublarda ölkədə hökm sürən və analoqu olmayan qanunsuzluqlardan, dərəbəylik və rüşvətxorluqdan söhbət açılır. Ağcabədi rayon sakini Elza Quliyevanın məktubu isə digərlərindən onunla fərqlənir ki, pensiyaçı ananın yazdıqlarını ürək ağrısı keçirmədən oxumaq olmur.

E.Quliyeva prezident İlham Əliyevə yazdığı, surətini bir çox dövlət qurumları ilə yanaşı redaksiyamıza da ünvanladığı məktubunda neft milyardlarına malik varlı bir ölkədə bir ailənin... aclıqdan məhv olmaq təhlükəsi ilə üzləşməsindən yazır. O, məktubuna belə başlayıb: “Ağcabədi rayonunda evi-eşiyi olmayan, küncdə-bucaqda yaşayan 5 nəfərlik ailənin başçısı olan, hər an aclıqdan ölmək təhlükəsi ilə üz-üzə qalan rayon sakini Quliyeva Elza Cahangir qızının ərşə çəkilmiş fəryadı.
Möhtərəm prezident! 1980-ci illərdə ailə qurmuşam. Bir qızım, bir oğlum var. 20 il öncə rəsmi boşanmadan sonra uşaqlarımla birgə qaynanam Bağırova Şövkət Şəmil qızının evindən (28 may küçəsi, 20 saylı ev) qovulmuşam. Həmin küçədə xalama məxsus olan 43 saylı evə köçmüşəm. Övladı olmayan xalam dünyasını dəyişəndən sonra dayım onun torpağını ələ keçirdi. Dayım da dünyasını dəyişəndən sonra dayımın həyat yoldaşı məni uşaqlarımla birgə oradan da çıxardı. 8 il küçələrdə, orada-burada sərgərdan yaşamışıq. Son 1 il 7 aydır ki, rayonun M.Aran küçəsi, 44 saylı evdə kirayənişin yaşamışam. Ev sahibi özü problemlər içində yaşasa da son 6-7 ayda məndən nəinki 10-15 manat kirə pulunu almayıb, hətta 5 nəfərlik ailəmizin dolanışığını da öz üzərinə götürüb.
Ağır formada iflicəm. Məni əllərində gəzdirirlər. 5 nəfərlik ailə mənim 37 manat pensiyama göz dikib. Bizi fəhləliklə birtəhər dolandıran oğlum Sənanın da bel-fəqərə sümüyü zədələnib. Bakıda müalicəyə ehtiyacı var. İndi o da mənə yük olub. Oğlum Sənanla gəlinim Əliyeva Nigar Nurəddin qızı pulsuzluqdan kəbin də kəsdirə bilmirlər. Onların qızı dünyaya gəlib. 23 yaşlı qızım Gülnar 5-ci sinifdən məktəbi atıb mənə qulluq edir. Ünvanlı sosial yardım ala bilmirəm. Məmurlar sənədimizi sahmana salmaq üçün bizi get-gələ salmaqla rüşvət umur və 6 aylıq ünvanlı yardım pulunu onlara verməyimi tələb edirlər. Dolanışığımız fəlakət həddindədir. Xüsusilə də südəmər nəvəmin acından ağlamağına dözə bilmirəm. İntihar haqda düşünürəm. Dəfnimin balalarıma əlavə yük olacağını düşünüb sizdən imdad istəyirəm. 5 nəfərlik ailəmə sığınacaq verməyinizi və digər problemlərimin həllində yardımçı olmağınızı xahiş edirik.
Möhtərəm prezident! Sizə bildirirəm ki, problemlərimizlə əlaqədar müvafiq qurumlara müraciətlərimizə məhəl qoyulmur və bizə yalan vədlər verirlər. Bizə deyilir ki, gedin özünüz özünüzə şərait qurun. Bizə deyilir ki, nə hökumətin, nə də prezidentin elə bir fondu yoxdur ki, sizə kömək etsin. Bəs biz nə edək?"
Redaksiya adından yalnız onu əlavə edə bilərik ki, bu yazıya nəsə əlavə etməyə lüzum yoxdur. Hər şey çox anlaşıqlı və sadə yazılıb.

E.QƏDİMOV

1377 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

[11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ

ARXIV

Yeni MÜSAVAT © 2008