|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Erməni təxribat qrupunun Tərtər cəbhəsində hücumunu dəf edərkən avqustun 31-də qəhrəmancasına şəhid olmuş Azərbaycan əsgərləri Pərvin Abdullayev və Vüqar Əmirov sentyabrın 2-də torpağa tapşırılıb. P.Abdullayev doğulduğu Sabirabadın Xəlfəli, V.Əmirov isə İmişlinin Xasçoban kəndində son mənzilə yola salınıb. Dəfn mərasimlərində yerli sakinlər, ictimaiyyət nümayəndələri iştirak edib. Millət vəkili Pənah Hüseyn də dəfn mərasimlərinə qatılıb. O, “Yeni Müsavat”a açıqlamasında rayon rəsmilərinin dəfn mərasimlərində iştirakının aşağı səviyyədə olduğunu və yerli sakinlərin hökumətin bu cür münasibətindən narazı qaldığını bildirdi: “Bu hadisə ağır itki olsa da hamı tərəfindən vətən uğrunda bir şərəfli şəhadət kimi qarşılanır. Amma bir sıra məqamlara diqqət cəlb olunmalıdır. Çünki olduqca ciddi problemlər var. Şəhid əsgərlərimiz Pərvinlə Vüqarın dəfn mərasimlərində oldum, bu problemlərin açıq şəkildə ortada olduğunu gördüm. Doğrudur, kənd camaatı və şəhidlərimizin valideynləri bu şəhidlik zirvəsi ilə qürur duyur. Amma məncə, şəhidlərimiz daha böyük təntənə ilə dəfn olunmalı idi. Dəfn mərasiminin təntənəli təşkil olunması gənclər üçün vətənpərvərliyin tərbiyəsi baxımından da böyük əhəmiyyət kəsb edərdi. Ancaq dəfn mərasimlərində rayon rəsmilərinin iştirakı aşağı səviyyədə oldu. Yerli sakinlər də bu münasibətdən narazılığını bildirdi. Doğrudur, hərbi komissarlığın nümayəndəsi, şəhid əsgərlərimizin komandirləri mərasimdə iştirak edirdi. Amma oradakı insanların bir narazılığı var idi ki, niyə rayon icra başçıları dəfn mərasimlərində iştirak etməyib. İcra başçılarının iştirakı çox vacib idi”. Emil SALAMOĞLU 696 dəfə baxılıb
|
[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ [13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK [13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL [13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ [13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ [13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL [13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ [13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ” [13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ? [13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ? [13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...” [13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB [13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB [13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK [13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI [13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU [12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR |
| Yeni MÜSAVAT © 2008 |
|