 |
Ölkə
RAMAZANDA ÇAYXANALARDA SEYRƏKLİK YAŞANIR 2010-09-05 Müştərilər əsasən iftar vaxtı kafelərə üz tutur; qiymətlərdə isə endirimlər edilməyib
|
Artıq Ramazan ayının 26-ci günüdür. Ancaq ötən illərdə olduğu kimi, bu il də yenə bayramla əlaqədar bazarlarda, restoranlarda bahalaşma müşahidə olunur. Halbuki qardaş Türkiyədə Ramazan ayı ilə bağlı bazarlarda, yeməkxanalarda bayram kampaniyası aparılır və qiymətlər aşağı salınır. Ancaq qəzetimizin ötən saylarında təqdim etdiyimiz reportajlarda da xəbər verdiyimiz kimi, bizdə əksinə, Bakı bazarlarında, restoran-kafelərdə qiymətlər süni şəkildə artırılıb. Bu dəfə paytaxtın ən gur məkanlarından olan çayxanalara yolumuzu saldıq. Bu da səbəbsiz deyil. Çünki azərbaycanlılar çay sevən olurlar. Bəs indi necədir? Orucluq çayxanalarda müştəri qıtlığına və qiymətlərin artırılmasına səbəb olubmu? Qeyd edək ki, çayxanalarda günorta saatlarında bir seyrəklik müşahidə olunur. Bura tək-tük adamları gətirən səbəb isə “bukmeyker” oyunlarına “kofisent” yazmaqdır. Yalnız iftar saatında çayxanalarda canlanma yaranır. İftar açmaq üçün işindən evinə gecikənlər yaxınlıqdakı çayxanalara üz tuturlar. Doğrudur, şəhərin heç bir çayxanasında iftar süfrəsinin verilməsinə rast gəlmədik. Ancaq bir sıra obyektlərdə öyrəndik ki, sahibləri mübarək ayla əlaqədar oruc tutan müştərilərə qiymətdə endirim edirlər. Məsələn, metronun “28 May”, “Memar Əcəmi”, “ Elmlər Akademiyası”, “Nizami” stansiyaları yaxınlığındakı çayxanaların bir neçəsində obyekt sahibləri oruclu olan müştərilərə güzəşt etdiklərini dedilər. İftardan sonra bütün obyektlərdə müştərilər qaynayır. Gecə saatlarına qədər domino, nərd oynayır, bukmeykerlər futbol oyunlarını nəticələrini gözləyirlər. Ancaq oruc tutanlara güzəşt edilməsini Milli Parkdakı kafe, çayxanalara, həmçinin şəhərin mərkəzindəki bahalı obyektlərə şamil etmək olmaz. Çünki həmin çayxanalarda daim müştəri bolluğu olur və qiymətlər “od tutub yanır”. Çayxana sahibləri bunu yer haqlarının qalxması ilə izah edirlər. Müştərilər isə Milli Parkda və “Torqovı”dakı kafelərdə çayın qiymətinin baha olmadığını söylədilər. Yavər Səmədli adlı müştəri çayxanada söhbət zamanı bildirdi ki, çay içmək baha deyil: “Bu sözüm ilk baxışdan qəribə görünə bilər. Ancaq əslində bir çaynik çay 1 manatdır. Amma ”bulvarda", yaxud bir az mərkəzi ərazilərdəki çayxanalarda kafe sahibi deyir ki, çaydan başqa mürəbbə, şokoladın süfrəyə gətirilməsi vacibdir. Özü də məcburi qanun kimi qəbul ediblər. İstəməyən kafeni tərk etməlidir. Bu düzgün deyil. Əslində bir çaynik 1 manatdır. Amma yanına əlavə şeylər düzəndə 10 manata gəlib çıxır". “Bulvar”dakı qiymətlər doğurdan da çox baha idi. Burada bir çaynik çay və yanında mürəbbə, şirniyyat 20-25 manatdan aşağı olmur. Ramazan ayında da burda qiymətlərə endirim edilməyib. “Neftçilər” metrostansiyası yaxınlığındakı açıq havada fəaliyyət göstərən çayxananın sahibi Rüstəm kişinin sözlərinə görə, bayramdan əvvəl də, indi də qiymətlər dəyişməyib: “Bir çaynik 1 manatdır. Əlavə şokolad və ya mürəbbə istəyəndə gətiririk. Nərd oynamaq istəyənlər üçün bir saatı 30 qəpikdir. Ancaq orucluqla əlaqədar bir qədər müştəri azalıb. Axşam saatlarında gələnlər olur. Ancaq üzü payıza doğru gedirik. Havalar soyuduqca çaya tələbat artacaq. Onda işimiz müəyyən qədər düzələcək”. Metronun “Nizami” stansiyası yaxınlığındakı çayxanaya da baş çəkdik. Burada bir çaynik çay 2 manat, şokolad 2 manat (mütləq olmalıdır), bir saatlıq nərd 60 qəpikdir. Kafedə çalışan Ruslan adlı xidmətçi deyir ki, burda oruc olan və olmayanlar arasında fərq qoymurlar: “Əgər biri oruc deyilsə, insan deyil? Qiymətlərə gəlincə, bizdə həmişə belə olub, orucluqda qiymətləri qaldırmamışıq. Düzdür, müştəri azalıb, amma yenə də qənaətbəxş saymaq olar”. Paytaxtın Füzuli meydanı ərazisində isə yay fəsli ilə əlaqədar yeni çayxana açılıb. Burada müxtəlif çeşidli şirniyyat, mürəbbə süfrəyə düzülür. Qiymətlərdəki fərq də bununla müəyyənləşir. Bundan əlavə, müştəri nərd və ya domino sifariş edirsə, o zaman qiymətlərdə mütləq dəyişiklik baş verir. Bir çaynik çay gilas mürəbbəsi ilə birlikdə 7-8 manata başa gəlir. Göründüyü kimi, bu ölkədə adi çay içmək də ucuz deyil. Nuş olsun!... Emil SALAMOĞLU 603 dəfə baxılıb
|
[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI [12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ? [12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU [12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR [12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA [12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI [11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT [11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB” [11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR [11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN” [11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ [11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR [11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK [11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ [11.02.2012] - BAKI ZOOPARKINDA HEYVANLAR İSTİ YERLƏRƏ KÖÇÜRÜLÜB [11.02.2012] - QARLI HAVADA İQTİSADİYYATIMIZ GÜNDƏ 24 MİLYON MANAT İTİRİR [11.02.2012] - DAHA BİR ADAM DONVURMADAN ÖLDÜ ARXIV
|