12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

MƏKTƏB ZAMANI GƏLDİ, GET BAZARA ANACAN...

2010-09-05

Müxbirimiz Bakıda məktəbli paltarlarının satıldığı mağazalarda oldu; valideynlər qiymətlərdən narazıdır

10 gün sonra Azərbaycanda yeni dərs ili başlayır. Və bununla bağlı ənənəvi narahatlıqlar da başlayır. Onlardan ən böyüyü məktəb ləvazimatıdır. Çünki bu prosesə uşağı orta məktəbdə oxuyan insanların xeyli xərci çıxır.

Bakının müxtəlif yerlərində məktəb paltarları satışı ilə məşğul olan mağazalar fəaliyyət göstərir. Həmin mağazalardan biri də Azadlıq prospekti 185 ünvanında yerləşən “BTE məktəbli dünyası” adlanan mağazadır. Mağazaya gedərkən diqqətimizi çəkən ilk məqam “Gənclik” metrostansiyası yaxınlığından Rusiya səfirliyi istiqamətində gedən bütün avtobusların uşaqlarla dolu olması idi. Valideynlərlə söhbət zamanı məlum oldu ki, sözügedən ünvanda yerləşən mağazada məktəb paltarları satılır və valideynlər paltar almaq üçün həmin mağazaya üz tutur. Bir çox valideynin məhz ora getməsinin səbəbini qiymətlərin ucuz olması ilə əlaqədar olduğunu düşünsək də mağazaya getdiyimiz zaman məlum oldu ki, qiymətlər heç də ucuz deyil. Amma satıcılar bildirir ki, mağazadakı satışlar məktəblərin təşəbbüsü ilə həyata keçirilir.
İlk baxışdan mağaza kimi görünən bu obyekt əslində bazardan heç də fərqlənmir. 20 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən mağaza 4 hissəyə ayrılıb. Qız və oğlan paltarları ayrı-ayrı mağazalarda satılır. Mağazanın qapısında isə içəridə satılan malların qiymətləri yazılıb. Məlum olur ki, satılan malların qiyməti standartdır, heç kəs üçün endirim edilmir. Ölçüsündən asılı olmayaraq bütün paltarlar 40 manatdır, yalnız 40-42 ölçülü paltarlar 45 manatdır.
Mağazaya daxil olmaq çox çətin prosesdir. Hər mağazanın qapısında 2 nəfər “nəzarətçi” dayanır. Gələnləri içəri buraxmaq üçün ən azı 10 dəqiqə nəzarətçiyə xahiş-minnət etmək lazım gəlir. İçəri daxil olmağı bacaran valideyn və uşaqların isə mağazada uyğun ölçülü paltar tapması ən böyük problemlərdən biridir. Öncə oğlan paltarları satılan mağazaya daxil olduq. Alıcıların çoxluğu və mağazadakı isti səbəbindən içəridə hərəkət etmək çətinləşmişdi. Üstəlik səs-küydən qulaq tutulurdu. Satıcılar isə paltar almaq istəyən valideynlərə sözün əsl mənasında qışqıraraq cavab verirdilər. Mağazanın bir neçə yerində məktəbli forması kataloqları olsa da satıcılarla söhbət zamanı məlum olur ki, paltar modelləri standartdır, kataloqların heç bir mənası yoxdur. Oğlanlar üçün paltarlar dəsti şalvar, pencək, jiletka və köynəkdən ibarətdir. Mağazada məktəb paltarlarından əlavə çantalar və ayaqqabılar da satılır. Çantaların qiyməti 15-25, ayaqqabılarınkı isə 20-30 manat arasında dəyişir.
Valideynlər qiymətlərin bahalığından şikayət edirdilər. Nəzirə adlı valideyn müxbirimizlə söhbətdə dedi ki, paltar almaq kitab-dəftər almaqdan baha başa gəlir: “Biz hər il uşaqlara məktəb paltarı alırıq, amma heç vaxt bu qiymətə olmayıb. 40 manata bir uşağa 2 dəst paltar almaq olar. Burada satılan malların qiyməti çox bahadır, başqa yolumuz yoxdu deyə məcbur qalıb alırıq”.
3 uşaq anası Jalə Əliyeva da qiymət bahalığında narazı idi: “Üç uşaq oxuduram, hərəsinə 40 manatdan 3 dəst paltar alanda gör nə qədər pul edir. Hələ ayaqqabı, çanta, dəftər, qələm almaq da lazım gəlir. Heç valideynləri düşünən yoxdu”.
Alıcılarla söhbət zamanı ətrafda iki qadının dalaşdığını gördük. Nə üstə mübahisə etdiklərini öyrənmək üçün onlara yaxınlaşdıq. Məlum olur ki, iki valideyn eyni ölçüdə paltar almaq istəsə də həmin ölçüdən yalnız bir dəst qalıb. Satıcı da alıcılara qışqırır ki, öz aranızda razılaşın. Oğlan paltarları satılan mağazadan çıxarkən qapıçının “yoxalama”sından keçmək ən önəmli şərtdir. Qapıda duran yaşlı adam heç kəs oğurluq etməsin deyə bir-bir alıcıların çeklərini yoxlayır.
Sonra qız paltarları satılan mağazaya keçdik. Mağazada paltar dəyişmək üçün kabinələr olmadığından valideynlər uşaqlarının paltarlarını mağazanın içində dəyişdirməyə məcbur qalırlar. Satışda olan qız paltarları yubka, pencək, jilet və köynəkdən ibarətdir və qiyməti 40 manatdır.
Obyektə olan maraqlı məqamlardan biri də mağazalardan birinin qarajda yerləşməsi idi. Burada isə çox az adamların içəri keçməsinə icazə verilirdi. Qapıda duran mühafizəçilər isə kiçik ölçülü paltarlar az olduğu üçün alıcıların hamısını içəri buraxmırdılar.
Məlumat üçün bildirək ki, uşaq paltarlarının satışı ilə məşğul olan mağaza bazar günündən başqa həftə içi hər gün işləyir.

Şahnaz NOVRUZQIZI

855 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

[11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ

[11.02.2012] - BAKI ZOOPARKINDA HEYVANLAR İSTİ YERLƏRƏ KÖÇÜRÜLÜB

[11.02.2012] - QARLI HAVADA İQTİSADİYYATIMIZ GÜNDƏ 24 MİLYON MANAT İTİRİR

[11.02.2012] - DAHA BİR ADAM DONVURMADAN ÖLDÜ

ARXIV

Yeni MÜSAVAT © 2008