 |
Ölkə
“SOYADLARIN MİLLİLƏŞDİRİLMƏSİNƏ MANE OLANLAR MİLLƏTLƏ DÜŞMƏNÇİLİK EDİR” 2010-09-06 Milli soyad sonluqları ilə bağlı problem qalır...
|
Milli soyad sonluqları ilə bağlı problemlər qalmaqda davam edir. Bu günlərdə redaksiyamıza soyad sonluğunu dəyişmək istəyən, lakin dövlət idarələrində ənənəvi hal almış süründürməçiliklə qarşılaşan oxucumuzun məktubu daxil olub. Türkiyədə təhsil alan Emil Abbasoğlu yazır: “Bu məktubumda Milli Məclisin yeni qəbul etdiyi soyad layihəsi ilə bağlı üzləşdiyim problemləri dilə gətirmək istəyirəm. Hazırda Türkiyədə təhsil alıram. Milli Məclisin yeni layihəsindən xəbər tutan kimi illərdir dəyişdirmək istədiyim və hər dəfə müraciət etdiyim zaman rədd cavabı aldığım soyadımın sonluğunu dəyişdirə biləcəyim ümidiylə Azərbaycana üz tutdum. Çox təəssüf ki, müvafiq quruma müraciət etdiyim zaman bəzi millət vəkillərinin televiziya kanalları və bəzən də qəzetiniz vasitəsilə bəhs etdiyi dörd variantlı soyad sonluqlarından (lı-li-lu-lü, -oğlu, -gil, şəkilçisiz variant) əsər-əlamət olmadığını gördüm. Abbasov soyadımın Abbasoğlu kimi dəyişdirilməsini tələb etdiyim zaman mənə soyadımı yalnız ”Abbaslı" ya da “Abbaszadə” kimi dəyişdirə biləcəyimi söylədilər. Milli Məclisin qərarı çərçivəsində belə olmayan fars mənşəli “-zadə” şəkilçisini anlamaqda hələ də çətinlik çəkirəm. Kimə üz tutacağımı bilmədiyim üçün sizin vasitənizlə səsimi məsul şəxslərə duyurmaq qərarına gəldim". Oxucumuzun qarşılaşdığı problemlə bağlı yenidən məsələni gündəmə gətirmək qərarına gəldik. Məsələ ilə bağlı müraciət etdiyimiz millət vəkili Sabir Rüstəmxanlı bildirdi ki, hələlik soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı qəbul edilmiş yalnız bir sənəd var: “Orada “-li, -lü", “-zadə”, “-oğlu” sonluqları təklif olunur, bu haqda ikinci bir sənəd yoxdur. “-oğlu” soyad sonluğu türkcədi, amma “-zadə” bizim dilimizdə deyil. Əgər kimsə soyad sonluqlarının milliləşdirilməsinə imkan vermirsə, bu, millətə düşmənçilik siyasətidir. Konkret bir qərar qəbul olunmayıb ki, soyad sonluğu yalnız “-zadə” ola bilər, “-oğlu” da istifadə edilə bilər. “-zadə” sonluğu bəzi ənənəvi soyadlar varsa orada qoruna bilər, yeni soyadlarda bu sonluğun istifadə olunması o qədər də məqsədəuyğun deyil. Soyad sonluqlarının dəyişdirilməsi prosesinin asanlaşması üçün müzakirələr davam edir, yəqin ki, konkret qərar veriləcək". Bəs soyad sonluqlarının dəyişdirilməsi üçün hansı sənədlər tələb olunur və proses necədir? Hüquqşunas Müzəffər Baxışovun sözlərinə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələbinə görə, ölkə vətəndaşlarının öz adını və soyadını dəyişdirməsinə 18 yaşdan sonra icazə verilir: “Bunun prosedur qaydaları isə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarında tənzimlənir. Həmin qaydaların müddəalarına görə, vətəndaşlıq vəziyyəti aktlarına dəyişiklik edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti qurumlarla mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerlərində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əgər həmin şəxs Azərbaycan Respublikasının ərazisində yaşayırsa, o zaman hansı ərazidə qeydiyyatdadırsa həmin qeydiyyat şöbəsinə ərizə ilə müraciət etməlidir. Ərizədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada şəxs adının, soyadının və ya ata adının dəyişdirilməsini əsaslandırmalıdır. Ərizədə O, adının, soyadının, atasının adının və ya soyad sonluğunun dəyişdirilməsini xahiş etməlidir. Müraciətdən sonra soyad sonluğunun dəyişdirilməsi haqda qeydiyyat orqanının rəyi olur, həmin rəy əsasında dəyişikliyə icazə verilirsə, bu dəyişiklik aparılmalıdır”. M. Baxışov bildirdi ki, soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı qaydaların müddəalarına görə, qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyətindəki səhvlərin düzəldilməsi və ya ona düzəliş edilməsi məsələsinə ərizənin daxil olduğu gündən etibarən bir ay müddətində baxılmalıdır: “Müstəsna hallarda qeydiyyat şöbəsinin rəisi bu müddəti bir ay da uzada bilər. Müddətin sonunda müvafiq qərar qəbul edilməlidir. Qərarda qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyətinin dəyişdirilməsi ilə razılaşarsa, dəyişiklik edilir. Razılaşmırsa qeydiyyat şöbələri imtina haqda həmin şəxsə məlumat verirlər. Həmin imtinadan sonra şikayət ərizəsi ilə məhkəməyə şikayət oluna bilər. Bundan əvvəl qanunvericilikdə "-lı, li, lu, lü, -zadə, -oğlu" kimi soyad sonluqlarının qəbul edilməsi təsdiq edilir. Soyad sonluqların təmin edilməsi ilə bağlı ərizələr təmin edilməlidir. Əgər kimlərsə bundan imtina edirsə, bu, Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin pozulması deməkdir". Şahnaz NOVRUZQIZI 1332 dəfə baxılıb
|
[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ [13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK [13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL [13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ [13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ [13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL [13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ [13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ” [13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ? [13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ? [13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...” [13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB [13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB [13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK [13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI [13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU [12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR ARXIV
|